
CÜRƏTis. [ər.] Cəsarət, igidlik, hünər, ciyərlilik, ürəklilik, qorxmazlıq. [Nüşabə:] Bir bu gəncdə hünərə, cürətə bax! A.Şaiq. Buna daha artıq qüvvə, daha böyük cürət lazım idi. T.Ş.Simurq.
□ Cürət etmək (eləmək) - cəsarət etmək, qorxmamaq, çəkinməmək (bir şey etdikdə). Ədə, filan, filan şüdə, sən cürət elədin, mənim arvadımın adını soruşdun? C.Məmmədquluzadə. [Sultan bəy:] [Əsgər] gör nə qudurğan gədədir ki, cürət edib qızımı istəyir. Ü.Hacıbəyov. Paylaşın - Hamı bilsin
|