İzahlı lüğət

CÜT1

zərf 1. Bir yerdə işlənən və bir bütövü təşkil edən iki eyni şey. Bir cüt əlcək. Bir cüt çəkmə. - [Tələbə:] Usta Ağabala .. bir imperial və iki cüt başmaq verdi. Başmağın bir cütü ağa üçün, bir cütü külfəti üçündür. Çəmənzəminli. Bu sözlərdən sonra Camal əmi səliqə ilə .. üç cüt yun, bir cüt tiftik əlcək, beş cüt yun corab, bir yun başlıq, dörd dənə əl dəsmalı səliqə ilə yeşiyə qabladı. Ə.Vəliyev.
İki dənə, iki baş, qoşa. Cüt uşaq. Cüt qardaşlar. Cüt qızlar. - Şuma vacibdi çünki beş cüt kəl; Biçinə çin gərəkdi, xırmana vəl.S.Ə.Şirvani. [Sitarə:] Axır, zalım cüt balamı öldürdü. C.Cabbarlı.
İki bərabər ədədə bölünə bilən. Cüt ədəd.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed