İzahlı lüğət

CÜTLƏMƏK

f Eyni qəbildən olan iki şeyi bir-birinin yanına qoymaq, cüt eləmək, cüt qoymaq, qoşalamaq. [Koroğlu:] Barmaqlarını cütləyib tellərə elə vurdu ki, meydan səsə gəldi. “Koroğlu”. [Şirzad] ayaqlarını cütləyərək xalçanın üstündə süzür.. M.İbrahimov. [Əlyarov:] Hə, indi su tök görüm, - dedi və əllərini cütləyib aftafanın qabağına tutdu. M.Hüseyn.
// İki-iki götürmək, ikiləmək, cüt-cüt ayırmaq. Güləngiz ipək açmağı mükəmməl bildiyi kimi, ipək telləri cütləməyi və burmağı da yaxşı bilir. (Qəzetlərdən).
□□ Başmaqlarını (qabağına) cütləmək
b ax başmaq. O oldu ki, Həsənovun başmaqlarını cütlədilər qabağına. Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

CUR

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed