
DABBAĞis. [ər.] Heyvan dərilərini aşılama vasitəsilə gönə və meşinə çevirmək sənəti ilə məşğul olan usta. Dabbağ sevdiyi dərini yerdən-yerə vurar. (Ata. sözü).
Dabbag etmək - dərini aşılama vasitəsilə gön və ya meşinə çevirmək. □□ Dabbagda gönünə bələd olmaq (gönünü tanımaq) - bir adamın keçmişinə və hər cür gizli işlərinə yaxşı bələd olmaq, keçmişini, iç-üzünü bilmək. [Əbdül:] Mənim gözüm kor deyil, mən Kərimin dabbağda gönünü tanıyıram. Ə.Haqverdiyev. [Xanlar:] Mən [Abuzər bəyin] dabbağda gönünə bələdəm. M.Hüseyn. Paylaşın - Hamı bilsin
|