D (ID - 7646)Azərbaycan əlifbasının beşinci hərfi. Bax de1.
|
DA1(DƏ) 1 (ID - 7647)Danışan şəxsin məsələyə münasibətini, hiss və həyəcanmı bildirməyə xidmət edən və çox vaxt yerindən və məna çalarından asılı olub müəyyən intonasiya ilə deyilərək aşağıdakı vəzifələrdə işlədilən ədat. 1) Əmr...
|
DA2 (ID - 7648)“Daha” sözünün canlı dildə işlənən ixtisar forması olub “a” uzadılaraq deyilir. Da sənə nə deyim. - Padşah Əhmədi-Çekkaşdan xəbər aldı: -Da nəyin qaldı? Əhmədi-Çekkaş dedi: - Da sağlığın! (Nağıl).
|
DABAQ (ID - 7649)is. bayt. Qaramal, davar və donuzlarda yoluxucu xəstəlik. Dabaq xəstəliyinə qarşı mübarizə.
□ Dabaq olmaq - dabaq xəstəliyinə tutulmaq. İnək dabaq oldu. |
DABAN (ID - 7650)is. 1. İnsan və heyvan ayağının dal hissəsi. Çox gəzməkdən dabanlarım sızıldayır.
Ayağa geyilən şeylərin arxa hissəsi. Corabın dabanını yamamaq. - Qərənfil xala corabların ikisinin də dabanını toxuyub kəsdi. Ə.Vəliyev. ... |
DABANA (ID - 7651)is. Qapının, pəncərənin, darvazanın alt böyründə olub, çərçivəyə girən və yuvasında dönə bilən çıxıntı. Qapının dabanası. - Tövlə qapısının ağac dabanası cırıldadı.. S.Rəhimov.
|
DABANBALIĞI (ID - 7652)is. zool. Çəkikimilər fəsiləsindən qırmızı üzgəcli şirin su balığı.
|
DABANBASA (ID - 7653)bax dabanbasma. Sənəm, səsəmi gəldin? Dabanbasamı gəldin? A.Şaiq.
|
DABANBASARAQ (ID - 7654)bax dabanbasma. Kimi evə yüyürürdü, kimi də dabanbasaraq küçəyə qaçırdı. S.Şamilov.
|
DABANBASMA (ID - 7655)zərf 1. Sürətlə, qaçaraq, tələsik.
2. Addım-addım izləyərək. Kürkçüoğlu onu göz açmağa qoymayıb, dabanbasma onu paytaxtadək təqib edirdi. M.F.Axundzadə. |
DABANCIQ (ID - 7656)is. Kiçik daban, incə daban.
|
DABANDAŞI (ID - 7657)is. Əldə, dabanda bərkləşmiş çirki sürtüb çıxarmaq üçün süngər kimi məsaməli yüngül daş; pemza, süngərdaşı.
|
DABANIÇATLAQ (ID - 7658)sif dan. Pinti, natəmiz. Yerə kəlağayı sərib, qızı onun üstündə gəzdirərdilər ki, görsünlər, kəlağayı qırışmır ki.. Qırışmış olsa, dabanıçatlaqdır, - deyə almazdılar. R.Əfəndiyev.
|
DABANIQALXIQ (ID - 7659)sif dan. Gəzəyən.
|
DABANIQARA (ID - 7660)b ax qaradaban.
|
DABANLAMA (ID - 7661)“Dabanlamaq”dan f.is.
|
DABANLAMAQ (ID - 7662)f Ardınca düşmək, addım-addım izləmək, təqib etmək. Yüzlərlə adam bir-birini dabanlayırdı. S.Rəhimov.
|
DABANLI (ID - 7663)sif 1. Dabanı olan. Dabanlı tufli.
2. məc. dan. Qılçaları qüvvətli. Dabanlı adam. |
DABANSIZ (ID - 7664)sif. Dabanı olmayan. Dabansız ayaqqabı.
|
DABBAĞ (ID - 7665)is. [ər.] Heyvan dərilərini aşılama vasitəsilə gönə və meşinə çevirmək sənəti ilə məşğul olan usta. Dabbağ sevdiyi dərini yerdən-yerə vurar. (Ata. sözü).
Dabbag etmək - dərini aşılama vasitəsilə gön və ya meşinə... |
DABBAĞXANA (ID - 7666)is. [ər. dəbbağ və fars. ...xanə] Xam dərilərdən aşılama yolu ilə gön və meşin hazırlanan karxana, emalatxana. Qadın dabbağxana dərəsi məhəlləsinə dönərkən Fəxrəddin onu səslədi.. M.S.Ordubadi. Sərdar Təbrizin məşhur...
|
DABBAĞLIQ (ID - 7667)1. is. Xam dəriləri gön və meşin halına salma sənəti. Dabbağlıq etmək.
2. sif. Gön və meşin olmağa yarayan. Dabbağlıq dəri. |
DAD1 (ID - 7668)is. 1. Yeyilən və ya içilən şeyin acılıq, şirinlik, turşluq, duzluluq, şitlik və s. cəhətdən hiss olunan xüsusiyyəti; tam. Kür suyunun dadı nə acıdır, nə şordur, nə turşdur, .. nə iylidir. C.Məmmədquluzadə.
□ Dad orqanı... |
DAD2 (ID - 7669)is. [fars] 1. Fəryad, fəğan, haray. Dedi: ayə nədir bu dadə səbəb; Halətin görsənir nəzərdə əcəb. S.Ə.Şirvani.
□ Dad eləmək (etmək) - fəryad etmək, fəğan etmək. Dad eylərəm, yetişməzsən hərayə; Neçün rəhmin gəlməz... |
DAD3 (ID - 7670)nida. Aman, haray, vay. Ey sevdiyim, səndən qeyri kimim var? Gəl üstümə, aman, öldüm, dad, öldüm! M.V.Vidadi. Əhdi pozub əgərçi mən üsyanın eylərəm; Ey dad, haray, nə növlə samanın eylərəm. M.Ə.Sabir.
// Çox vaxt “dad... |
DADAMAL (ID - 7671)sif dan. Bir şeyə (adətən arzu edilməyən şeyə) dadanmış, öyrəşmiş; vərdişli, adətkərdə.
□ Dadamal olmaq (öyrənmək, düşmək) - adət etmək, öyrəşmək, dadanmaq, vərdiş etmək. Bir də istəmədim ki, uşağım hər dəfə... |
DAD-AMAN (ID - 7672)b ax dad3
|
DADANAQ (ID - 7673)b a x dadamal.
□ Dadanaq olmaq - öyrənmiş olmaq, yaxın olmaq, tanımaq. |
DADANDIRILMA (ID - 7674)“Dadandırılmaq”dan f.is.
|
DADANDIRILMAQ (ID - 7675)məch. Öyrəşdirilmək, alışdırılmaq, dadanaq edilmək.
|
DADANDIRMA (ID - 7676)“Dadandırmaq”dan f.is.
|
DADANDIRMAQ (ID - 7677)f Bir şeyin dadmı daddırmaqla və ya başqa vasitə ilə alışdırmaq, bir şeyə dadanmasına səbəb olmaq, bir şeyə aludə etmək, dadanması üçün şərait yaratmaq; öyrəşdirmək, alışdırmaq.
|
DADANIQ (ID - 7678)bax dadanaq.
|
DADANMA (ID - 7679)“Dadanmaq”dan f.is.
|
DADANMAQ (ID - 7680)f Bir şeyin dadmı dadıb alışmaq; bir şeyə adət etmək, öyrəşmək, adətkərdə olmaq, aludə olmaq (adətən arzu edilməyən bir şeyə). Motala dadanan köpək bir də gələr. (Ata. sözü). Canım, belə şey olmaz, axı! Görün bu zəhrimara...
|
DADANMIŞ (ID - 7681)f.sif. Bir şeyin dadmı dadıb ona alışmış, adət etmiş, aludə olmuş. Dadanmış qudurmuşdan betərdir. (Ata. sözü). Müftə qazanca dadanmış qoçular arasında rəqabət gedirdi. A.Şaiq.
|
DADAŞ (ID - 7682)is. Kiçik qardaş və bacıların böyük qardaşa verdikləri ad; böyük qardaşa müraciət. Bir gün gəldim, rəhmətlik dadaşıma dedim: - Dadaş, məni qoy dərsə. C.Məmmədquluzadə. [Əntiqə:] Dadaş, səsinə qurban olum! Mir Cəlal.
... |
DAD-BİDAD (ID - 7683)nida [fars.] Adətən “ey dadbidad” şəklində - təəssüf, kədər bildirir. Müxtəsər, əqlim çaşıb, ey dad-bidad Ərdəbil; Bir də namərdəm, əgər etsəm səni yad, Ərdəbil! M.Ə.Sabir. Ey dad-bidad! Bizyatmışıq, sel az qalıb gələ,...
|
DADBİLMƏ (ID - 7684)is. Bir şeyin dadmı bilmə qabiliyyəti, dad duyğusu - beş duyğudan biri.
|
DADBİLMƏZLİK (ID - 7685)is. Dadbilmə hissinin olmaması.
|
DAD-DAMAQ (ID - 7686)is. Ləzzət, nəşə. Yurd edəli Azərbaycanı; Dad-damaq vermisən bizim ellərə. R.Rza.
|
DADDIRMA (ID - 7687)“Daddırmaq”dan f.is.
|
DADDIRMAQ (ID - 7688)f 1. Dadma baxdırmaq, dadını-ləzzətini duyacaq dərəcədə yedirmək, ya içirmək.
2. məc. Hiss etdirmək. |
DAD-DUZ (ID - 7689)is. B ax dad1
|
DAD-FƏĞAN (ID - 7690)bax dad-fəryad.
|
DAD-FƏRYAD (ID - 7691)is. [fars.] Köməyə çağırma.
// Fəryad, fəğan, dad. □ Dad-fəryad etmək (eləmək) - imdada çağırmaq, köməyə çağırmaq. |
DADICI (ID - 7692)is. xüs. Bir şeyin dadmı müəyyən edən mütəxəssis; dequstator, dequstasiya mütəxəssisi.
|
DADIXMA (ID - 7693)“Dadıxmaq”dan f.is.
|
DADIXMAQ (ID - 7694)f Çox qalmaqdan dadmı itirmək, yaxud pis dadmaq, dadı korlanmaq.
|
DADILMA (ID - 7695)“Dadılmaq”dan f.is.
|
Bu səhifə dəfə baxılıb