İzahlı lüğət

DOTƏLƏBLİK (ID - 10546)

is. Dotələb olma; cəsarətlilik, qorxmazlıq. Şerin ritmində Koroğluya xas olan bir dotələblik vardır. M.Hüseyn.

DOV (ID - 10547)

is. dan. Dava, hərbə-zorba. Dinibdanışdığı davadır, dovdur; Söndürən ruzgardır, yandıran dovdur. “Koroğlu”.
□□ Dov çəkmək - səslənərək hücum etmək. Məhəllənin adamları dov çəkib gəldilər. Dov düşmək dan. -...

DOVDAQ (ID - 10548)

is. 1. zool. Durnalar fəsiləsindən yeyilən iri çöl quşu.
2. məc. Çox asan aldadıla bilən, uzağı görməyən, dardüşüncəli adam haqqında. Dovdaq adamı aldatmaq asandır. - Karvanbaşı cilovu əlinə almışdı və dovdaq kimi donub...

DOVĞA (ID - 10549)

is. Ayran, göyərti və düyüdən bişirilən duru xörək. Ətli dovğa. Noxudlu dovğa. - Dovğa doqqazacan, qatıqlı aş qapıyacan. (Ata. sözü). [Seyid dedi:] Müsəlman aşpazı saxlayıram, gözəl plov, dovğa, dolma, küftə bişirir ki,...

DOVĞALIQ (ID - 10550)

is. Dovğa bişirmək üçün yarar, dovğa üçün ayrılmış. Dovğalıq qatıq.

DOVLA (ID - 10551)

is. ovç. Kəklik və turacı aldadıb ovlamaq üçün ovçuların istifadə etdikləri şux rəngli parçadan bürüncək; tələ. Namərd ovçu dovla qurar arxadan; Göyqurşağı, çöl düzünə, aldanma. R.Rza.

DOVLALI (ID - 10552)

sif. ovç. Dovlası olan, dovlaya bürünmüş (ovçu).

DOVŞAN (ID - 10553)

is. 1. Gəmiricilər dəstəsindən qabaq ayaqları dal ayaqlarından qısa, uzun və dik qulaqlı, dodağı yarıq kiçik heyvan. Dovşanlar otla və bitki ilə keçinir. Dovşan əti dadsız olur. - Dovşanın gümanı ayaqlarına gələr. (Ata. sözü).
2....

DOVŞANALMASI (ID - 10554)

is. məh. Dağlarda öz-özünə yetişən bir ağac və onun alma kimi xırda və acı meyvəsi. Bir sıra dovşanalması növləri bəzək bitkisi kimiparklarda və bağlarda becərilir. H.Qədirov.

DOVŞANCIĞAZ (ID - 10555)

“Dovşan” söz. oxş.

DOVŞANCIQ (ID - 10556)

is. Balaca dovşan, dovşan balası.

DOVŞANCIL (ID - 10557)

is. Çalağan, quzğun.

DOVŞANÇI (ID - 10558)

is. Dovşançılıqla məşğul olan adam.

DOVŞANÇILIQ (ID - 10559)

is. Dovşan, xüsusilə adadovşanı yetişdirmə işi.

DOVŞANDODAQ1 (ID - 10560)

sif. dan. Dodağının ortası yarıq. Dovşandodaq uşaq.

DOVŞANDODAQ2 (ID - 10561)

is. bot. Dodaqçiçəklilər fəsiləsindən çoxillik bitki.

DOVŞANTƏPƏL (ID - 10562)

sif. dan. Dar qaşqalı təpəl at.

DOVŞANYATIŞI (ID - 10563)

bax dovşan yuxusu (“dovşan”da).

DOVTƏLƏB (ID - 10564)

bax dotələb.

DOVUXMAQ (ID - 10565)

bax donuxmaq.

DOYDURMA (ID - 10566)

“Doydurmaq”dan f.is.

DOYDURMAQ (ID - 10567)

f. 1. Tox hala gətirmək, doyunca yedirmək, yemək vermək. Aclıq mənə lap kar etmişdi, durdum ki, evimizə gedib bu arsızı doydurdum. A.Divanbəyoğlu.
kim. Bir mayeni, öz içərisində çoxlu miqdarda başqa maddəni əridəcək (həll edəcək)...

DOYDURUCU (ID - 10568)

sif. Kifayət qədər qidalı; doyduran, doyumlu. Doydurucu yemək.

DOYDURULMA (ID - 10569)

“Doydurulmaq”dan f.is.

DOYDURULMAQ (ID - 10570)

məch. Tox hala gətirmək, doyunca yedirilmək.

DOYMA(MA)ZLIQ (ID - 10571)

is. Doymayan, həddindən artıq çox yeyən adamın hal və keyfiyyəti; acgözlük, qarınqululuq.

DOYMA (ID - 10572)

“Doymaq”dan f.is.

DOYMAQ (ID - 10573)

f. 1. Yeməyə olan ehtiyacı rəf olmaq, lazımınca yeyib tox hala gəlmək, qarnı tox olmaq. Bu xörəkdən doydum. - Bozbaşdan doymaq istəyirsənsə, qonaqlarını tox hala salmaq istəyirsənsə, çölməyə çox ət sal. C.Məmmədquluzadə....

DOYMAMIŞ (ID - 10574)

f.sif. 1. Doyunca yeməmiş, yeməyə olan ehtiyacı tam surətdə olmamış; alaqarın.
2. kim. Öz içərisində kifayət maddəni əritməmiş, həll etməmiş, çəkməmiş; tərkibində tələb olunan maddələr olmayan.

DOYMAZ (ID - 10575)

sif. Doymaq bilməyən, həddən artıq çox yeyən; acgöz. Doymaz adam.

DOYMUŞ (ID - 10576)

f.sif. 1. Yeməyə olan ehtiyacı rəf olmuş, yeyib tox hala gəlmiş.
kim. Öz içərisində çoxlu miqdarda maddələr əritmiş, həll etmiş, canına çəkmiş. Doymuş məhlul.

DOYUM (ID - 10577)

is. Doyma, doydurma. Bir doyum saman. Bir doyum yer.

DOYUMLU (ID - 10578)

sif. Doyduran, doydurucu, qidalı. Qəbul olunan qida dadlı, mənfəətli, doyumlu olmalıdır.

DOYUMLUQ (ID - 10579)

is. Doymağa kifayət edən qədər. Bir doyumluq un. - Qarpız doyumluq üçün deyil, sərinlik üçündür. (Ata. sözü.). [Vaqif:] Hər şey doyumluq olsa, zövq olarını, həsrət olarını? Çəmənzəminli.

DOYUNCA (ID - 10580)

zərf 1. Doyana qədər. Doyunca yemək. - Tut ağacı boyunca; Tut yemədim doyunca. (Bayatı). [Əsgər:] Barı bir zəhmətə görə, əziyyətə görə doyunca adama çörək verə, yenə dərdyarıdır. N.Vəzirov. ..Hamımız süfrə başına oturub...

DOYURMA (ID - 10581)

“Doyurmaq”dan f.is.

DOYURMAQ (ID - 10582)

f 1. Yedirmək, qarnını doydurmaq, aclığını rəf etmək. Arvad məni inandırır ki, bir çox ac itlər və heyvanlar öz rizqlərini zibildə tapırlar; onları doyurmaq da savabdır. C.Məmmədquluzadə. Bol nemətli, bərəkətli hövzəsi Nilin;...

DOYUZDURMA (ID - 10583)

“Doyuzdurmaq”dan f.is.

DOYUZDURMAQ (ID - 10584)

bax doydurmaq. Yatdıq və səhər dedilər ki, gecə oğru inək hara isə əkilib və qarnını doyuzdurub, sübh tezdən qayıdıb gəlibdir. C.Məmmədquluzadə.

DOYUZDURULMA (ID - 10585)

“Doyuzdurulmaq”dan f.is.

DOYUZDURULMAQ (ID - 10586)

bax doydurulmaq.

DOZA (ID - 10587)

[yun.] Bir dəfədə, yaxud bir gün ərzində qəbul etmək üçün müəyyən edilən dərman və s.-nin miqdarı. Dozanı azaltmaq (əskiltmək).

DOZALAMA (ID - 10588)

“Dozalamaq”dan f.is.

DOZALAMAQ (ID - 10589)

f Dozalara bölmək, dozasını müəyyən etmək.

DOZALANMA (ID - 10590)

“Dozalanmaq”dan f.is.

DOZALANMAQ (ID - 10591)

məch. Dozalara bölünmək, dozası müəyyən edilmək.

DOZANQURDU (ID - 10592)

is. 1. Özünümüdafiə üçün bədənindən pis qoxu ifraz edən bir böcək; qaraböcək. Rusiyanı görməyənlərə bunu ərz etməliyəm ki, Rusiya nömrələrində həşəratülərzdən hər nə istəsən tapılar: birə, taxtabiti, siçan, tarakan...

DÖHÜL (ID - 10593)

is. köhn. Nağara, təbil, davul. Qoca hələ sözünü tamamlamamışdı ki, birdən .. döhül vuruldu. “Koroğlu”. Çalındı döhül, köçdü bütün qafilələr. Ə.Nəzmi.

DÖL (ID - 10594)

is. 1. Rüşeym, maya. Döl üçün ayrılan xınaquyruqlu qoçlar .. döyükmüş ətrafa baxırdılar. S.Rəhimov.
// Ana bətnində bala.
// Mayalanma, döllənmə dövrü.
□ Döl düşmək - ev heyvanlarının doğum vaxtı çatmaq....

DÖLÇÜ (ID - 10595)

is. k.t. Döl mütəxəssisi olan zootexnik.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed