İzahlı lüğət

DOĞRULMA (ID - 10246)

“Doğrulmaq”dan f.is.

DOĞRULMAQ (ID - 10247)

f 1. Düzəlmək, dikəlmək, düz durmaq, dik qalxmaq. Otel sahibi gürcü Dmitri onun əllərini yaxasından rədd edib itələdi, o, dəhlizin divarına dəyib doğruldu. M.S.Ordubadi. Bir nəfər yoldaşı ilə yükü yerbəyer edən gödək, yoğun...

DOĞRULTMA (ID - 10248)

“Doğrultmaq”dan f.is.

DOĞRULTMAQ (ID - 10249)

f 1. Gözlənilən ümidi doğruya çıxarmaq; verilən ada, göstərilən etibara və s.-yə layiq olduğunu göstərmək, sübut etmək, gerçəkləşdirmək. Göstərilən etimadı doğrultmaq.
// Bəraət qazandırmaq. Zeynal öz yaramazlıqlarını...

DOĞRULUQ (ID - 10250)

is. 1. Düzgünlük, həqiqilik, düzlük; sədaqət, səmimiyyət. Səy elə, sən də belə insan ol! Doğruluqda bu ada şayan ol! A.Səhhət. [Vidadi:] Dünya dəyişilmiş, əhd, vəfa, sədaqət, doğruluq qalmamışdır. Çəmənzəminli. Məhəbbət,...

DOĞRUSU (ID - 10251)

ara s. Doğrudan əslinə baxanda, düzü. [Hacı Həsən:] Şeyxəna, doğrusu, mən övladdan yana bədbəxt olmuşam. C.Məmmədquluzadə. Baxdıqca bu dağlardakı qartallara heyran; Sakit dura bilmir ürəyim, doğrusu, bir an. S.Rüstəm.
□...

DOĞRUYABƏNZƏR, DOĞRUYAOXŞAR (ID - 10252)

sif. Həqiqətə yaxın olan, inanıla bilən. Doğruyabənzər xəbər. Doğruyaoxşar əhvalat.

DOĞU (ID - 10253)

is. Gündoğan, günçıxan; gündoğan, günçıxan tərəf. Doğu tərəfdən külək əsir.

DOĞUB-TÖRƏMƏK (ID - 10254)

f Törəyib artmaq.

DOĞULMA (ID - 10255)

“Doğulmaq”dan f.is.

DOĞULMAQ (ID - 10256)

f 1. Anadan olmaq, dünyaya gəlmək. Nizami 1141-ci ildə doğulmuşdur.
Tutalım sən o vaxt olmamısan; Anadan, ya ki heç doğulmamısan. A.Səhhət. Şad oldum o gün ki, sən doğuldun; Min şükr elədim ki, oğlum oldun. M.Ə.Sabir.
2. məc....

DOĞULUŞ (ID - 10257)

is. 1. Anadan olma, dünyaya gəlmə.
2. məc. Meydana gəlmə, törəmə.

DOĞUM (ID - 10258)

is. Uşaq (bala) dünyaya gəlməsi fizioloji prosesi; doğma, doğulma; doğuş.
Doğum evi - doğum zamanı qadınlara
tibbi yardım göstərmək üçün tibb müəssisəsi. Burada kitabxana, körpələr evi, hələ tikilib istifadəyə verilməmiş...

DOĞUMQABAĞI (ID - 10259)

sif. Doğum yaxınlaşdığı zaman olan; doğuşqabağı. Doğumqabağı ağrılar.

DOĞURĞAN (ID - 10260)

sif. Çox doğuran, yaxşı döl verən.

DOĞURMA (ID - 10261)

“Doğurmaq”dan f.is.

DOĞURMAQ (ID - 10262)

f 1. Bax doguzdurmaq.
2. məc. Törətmək, meydana gətirmək, əmələ gətirmək; törəməsinə, əmələ gəlməsinə səbəb olmaq. ..Elm və sənəti insanların ehtiyacı doğurmuşdur. M.S.Ordubadi. Bu bəxtiyar üzlərdə nə nadir yaraşıq...

DOĞUŞ (ID - 10263)

is. 1. Bax doğum.
2. Göy cisimlərinin çıxması, üfüqdə görünməsi; tülu. Günün doğuşu. Ayın doğuşu.
Çün gün doğuşu buraxdı tələt; Mən xəstəyə yenə düşdü firqət. Xətayi. Bir müəyyən qanun üzrədir həyat; Bir...

DOĞUŞQABAĞI (ID - 10264)

b ax doğumqabağı.

DOĞUZDURMA (ID - 10265)

“Doğuzdurmaq”dan f.is.

DOĞUZDURMAQ (ID - 10266)

icb. 1. Doğum zamanı kömək etmək, uşağını tutmaq.
2. Meydana gətirmək, səbəb olmaq, bais olmaq, törətmək, oyatmaq.

DOĞUZDURULMAQ (ID - 10267)

məch. Meydana gətirilmək, törədilmək. Ancaq bu günəş öz-özlüyündə doğduğu halda, .. ağ gün günəşi öz-özünə əmələ gəlmir, zor-güclə, qan-qada ilə doğuzdurulur. S.Rəhimov.

DOĞUZMA (ID - 10268)

“Doğuzmaq”dan f.is.

DOĞUZMAQ (ID - 10269)

dan. bax doğurmaq.

DOXSAN (ID - 10270)

say. 90 sayının adı; 90 rəqəmi; doqquz onluqdan ibarət say. Doxsan rəqəmi ona bölünür. Şəhərdən doxsan kilometr uzaqda. Doxsan yaşında qoca. Doxsan manat. - Bizim kənddə, doxsan igid qayıtmadı; Doxsan ana yola baxdı; doxsan ümid...

DOXSANINCI (ID - 10271)

Səksən doqquzuncudan sonra gələn sıra sayı. Doxsanıncı nömrə.
Doxsanıncı illər (bir əsrin 90-cı ilindən 99-cu ilinə qədər olan dövr).

DOXSANYAŞLI (ID - 10272)

sif. Doxsan yaşı olan, doxsan yaşında. Doxsanyaşlı qoca.

DOK (ID - 10273)

[ing.] Gəmilərin təmir olunduğu karxana. Uzücü dok.

DOKTOR (ID - 10274)

[lat.] 1. Həkim, təbib. Can doktoru. Uşaq doktoru. Doktor çağırmaq. Dedi: - Yanmış çörək yedim, doktor! Yediyim bir əlavə şey yoxdur. M.Ə.Sabir. [Rəşid:] Məlum şeydir ki, kənddə həkim, doktorzad tapılmaz. T.Ş.Simurq.
2. Doktorluq...

DOKTORANT (ID - 10275)

[lat.] Doktorluq dissertasiyası hazırlamaq üçün bir elmi idarəyə təhkim olunmuş alim.

DOKTORANTLIQ (ID - 10276)

is. 1. Bax doktorantura.
2. Doktoranturada olma, elmlər doktorluğuna hazırlanma. Doktorantlıq dövrü.

DOKTORANTÜRA (ID - 10277)

[lat.] Elmlər akademiyalarında yüksək ixtisaslı elmi işçilər
elmlər doktorları hazırlama sistemi.

DOKTORLUQ (ID - 10278)

is. 1. Həkimlik sənəti, həkimlik ixtisası, həkimin işi, peşəsi; həkimlik, təbiblik. Doktorluq etmək.
2. Doktor elmi dərəcəsi. Doktorluq dissertasiyası.

DOKTRİNA (ID - 10279)

[lat.] Elmi, fəlsəfi və ya siyasi nəzəriyyə, sistem.

DOQQAZ (ID - 10280)

DOQQAZÇA (ID - 10281)

is. 1. Doqqaza keçirilən ağac. Doqqazçanı tax, həyətə mal-qara girməsin.
2. Balaca doqqaz.

DOQQAZKƏSMƏ (ID - 10282)

is. etnoqr. Keçmişdə: gəlin köçəndə yolda doqqazın qabağını kəsib xərclik alma adəti.

DOQQAZLANMA (ID - 10283)

“Doqqazlanmaq”dan.

DOQQAZLANMAQ (ID - 10284)

məch. Bağlanmaq, kilidlənmək (doqqaz).

DOQQAZLI (ID - 10285)

sif. Doqqazı olan.

DOQQUZ (ID - 10286)

miqd. s. Səkkizdən sonra gələn və 9 rəqəmi ilə işarə olunan say və miqdar. Səkkizdən sonra doqquz gəlir.

DOQQUZAYLIQ (ID - 10287)

sif. Doqquz ay davam edən, doqquz ay müddətində olan, əmələ gələn, doqquz ay ömrü olan. Doqquzaylıq hesabat. Doqquzaylıq uşaq.

DOQQUZCA (ID - 10288)

say. Ancaq doqquz. Doqquzca manat pulum qalıb.

DOQQUZDON (ID - 10289)

is. bot. Meşələrdə bitən, park və bağlarda isə əkilən kol bitkisi. Doqquzdonun oduncağı çox davamlı olur.

DOQQUZLUQ (ID - 10290)

sif. Doqquz vahiddən ibarət olan; doqquz xalı olan, 9 rəqəmi ilə işarə olunan. [Cəbi:] Mən Mehdi bəyin yerinə olsaydım, onluğa vurulanda qaçardım doqquzluğa. S.S.Axundov.
// 9 nömrəli.
□□ Doqquzluq qoymaq (gəlmək) - hiylə...

DOQQUZMƏRTƏBƏ(Lİ) (ID - 10291)

sif. Doqquz mərtəbəsi olan. Doqquzmərtəbəli bina.

DOQQUZUNCU (ID - 10292)

sıra s. 8-cidən sonra gələn, sırası, dərəcəsi, növbəsi doqquz olan. Doqquzuncu skamya. Doqquzuncu sıra.

DOQQUZYAŞLI (ID - 10293)

sif. Doqquz il yaşı olan, doqquz yaşmda. Doqquzyaşlı qız.

DOQMA (ID - 10294)

[yun.] kit. Bütün dövrlər və tarixi şərait üçün dəyişməz bir həqiqət kimi qəbul edilən hökm, müddəa; ehkam.

DOQMAÇI (ID - 10295)

is. Doqmatizmə mail olan adam; ehkamçı.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed