DƏYMƏK2 (ID - 9446)f 1. Dəymiş hala gəlmək; yetişmək. Taxıl dəymişdir. Tut dəymişdir. -Ağac meyvəni dəyənə qədər saxlar. (Ata. sözü). Yavaş-yavaş dəyər, bitər; Ləzzətli, dadlı meyvələr. A.Səhhət. Bu yerin misli yoxdur əncir-üzüm dəyəndə....
|
DƏYMƏQAÇ (ID - 9447)is. Uşaq oyunlarından birinin adı.
|
DƏYMƏMİŞ (ID - 9448)sif. Kal, yetişməmiş. Dəyməmiş gilas.
// f.sif. mənasında. Köhnə yaram qövr elədi təzədən; Təbib nəştər vurdu, yara dəyməmiş. Aşıq Ələsgər. |
DƏYMƏZ (ID - 9449)əd. mənasında. Layiq deyil (təşəkkür və razılığa cavab olaraq işlədilir). Təşəkkürə dəyməz. Razılığa dəyməz. Narahatlığa dəyməz. Baxmağa dəyməz.
|
DƏYMİŞ (ID - 9450)sif. Yetişmiş, yeyilməli hala gəlmiş. Dəymiş alça. Dəymiş gavalı. - Meşənin dəymiş əzgili saralar; Həm zoğal da dərilməyib qaralar. A.Səhhət.
// İs. mənasında. Yetişmiş meyvə. Dəymişini qoyub kalını dərir. (Ata. sözü). ...dək... |
DƏYYUS (ID - 9451)is. [ər.] Öz arvadının xəyanətinə dözən adam; qeyrətsiz, namussuz. //Bəzən söyüş yerində. [Xudayar bəy:] ...Eşşəyi mənə o dəyyus özü veribdi. C.Məmmədquluzadə.
|
DƏYYUSLUQ (ID - 9452)is. Öz arvadının namussuzluğuna dözmə; qeyrətsizlik, namussuzluq.
|
DƏZGAH (ID - 9453)is. [fars.] 1. Ağac, metal və başqa materialları emal edən və müxtəlif şeylər hazırlayan maşın. Deşmə dəzgahı. Toxuculuq dəzgahı. Qazma dəzgahı. - Kərim birbaş qazma dəzgahının yanında durmuş uzunboylu, sarışın adama yaxınlaşdı....
|
DƏZGAHALTI (ID - 9454)is. Dəzgahın altlığı, bünövrəsi.
|
DƏZGAHÇI (ID - 9455)is. xüs. 1. Bax dəzgahsazlayan.
2. Dəzgahda işləyən fəhlə. |
DƏZGAHQAYIRAN (ID - 9456)sif. Müxtəlif dəzgahlar istehsal edən. Dəzgah qayıran zavod.
|
DƏZGAHQAYIRMA (ID - 9457)sif. və is. Müxtəlif dəzgahlar və onların hissələrini istehsal etmə. Dəzgahqayırma sənayesi.
|
DƏZGAHLI (ID - 9458)sif. Dəzgahı olan, dəzgah üstündə duran (bax dəzgah 5-ci mənada). Hər yer dəzgahlı pulemyot, əlpulemyotu, 50 və 82 millimetrlik .. minasaçanla dolu idi. Ə.Əbülhəsən.
|
DƏZGAHSAZLAYAN (ID - 9459)is. xüs. Dəzgahları yerində qurub sazlayan usta.
|
DIBIR (ID - 9460) |
DIBIRIQ (ID - 9461)zərf dan. Yeyin, cəld. Dıbırıq getmək.
|
DIĞ (ID - 9462)is. [ər.] Vərəm, ciyər vərəmi.
|
DIĞA (ID - 9463)is. [erm.] dan. Erməni uşağı, erməni balası (oğlanı). Yeniyetmə dığalar əl-ələ tutuşubyallı oynayırdılar. S.Rəhimov. [Kərim bəy:] Həmzə xozeyin, sən özünü bu dığadan gözlə. Ə.Əbülhəsən.
|
DIĞDIĞ (ID - 9464)is. dan. 1. Çox quru.
2. Dedi-qodu, adamı təngə gətirən danışıqlar, arası kəsilməyən söz-söhbət, mübahisə. Dığdığ qardaşı qardaşdan ayırar. (Ata. sözü). |
DIĞ-DIĞ (ID - 9465)təql. Qaynayan mayelərin çıxardığı səs.
|
DIĞDIĞA (ID - 9466)dan. bax dığ-dığ.
|
DIĞDIĞI (ID - 9467)sif. və is. dan. Çox deyingən (adam).
|
DIĞILDAMA (ID - 9468)“Dığıldamaq”dan f.is.
|
DIĞILDAMAQ (ID - 9469)f. Dığ-dığ etmək, dığ-dığ səs çıxarmaq. Samovar dığıldayır.
|
DIĞILTI (ID - 9470)is. Dığ-dığ səsi, qaynama zamanı mayelərdən çıxan səs.
|
DIĞIR (ID - 9471)is. dan. 1. Keçi aşığı.
2. Düyü xırdası. |
DIĞIRLADILMA (ID - 9472)“Dığırladılmaq”dan f.is.
|
DIĞIRLADILMAQ (ID - 9473)məch. Diyirlədilmək, gillədilmək, yumbaladılmaq.
|
DIĞIRLAMA (ID - 9474)“Dığırlamaq”dan f.is.
|
DIĞIRLAMAQ (ID - 9475)f. Diyirlətmək, gillətmək, yumbalatmaq. Üzüaşağı dığırlamaq. - [Qasım] dəyirman daşı şəklində bir girdə daşı iki təkər üstünə qoyub dığırlayır. C.Məmmədquluzadə.
|
DIĞIRLANMA (ID - 9476)“Dığırlanmaq”dan f.is.
|
DIĞIRLANMAQ (ID - 9477)qayıd. Diyirlənə-diyirlənə getmək, gillənmək, yumbalanmaq. Səhəng onun çiynindən düşüb üç-dörd addım qabağa dığırlandı. İ.Şıxlı. Balaca zəng cınqıltı ilə dığırlanıb yerə düşdü. Ə.Əbülhəsən.
|
DIĞIRLATMA (ID - 9478)“Dığırlatmaq”dan f.is.
|
DIĞIRLATMAQ (ID - 9479)icb. Diyirlətmək, gillətmək, yumbalatmaq. [Tapdıq] özünü divarın dibinə verib tağalağı dığırlatdı. Ə.Vəliyev.
|
DIĞLAMA (ID - 9480)“Dığlamaq”dan f.is.
|
DIĞLAMAQ (ID - 9481)f. Dığ tutmaq, vərəm xəstəliyinə tutulmaq (çox vaxt məcazi mənada işlənir). Dığlar insan çıxmasa bu xaneyibərbaddən! M.Möcüz.
|
DIĞLANMA (ID - 9482)“Dığlanmaq”dan f.is.
|
DIĞLANMAQ (ID - 9483)qayıd. Dığ gətirmək, dığ azarına düşmək; həddən artıq yorulmaq, canı üzülmək; təngə gəlmək.
|
DIĞLATMA (ID - 9484)“Dığlatmaq”dan f.is.
|
DIĞLATMAQ (ID - 9485)icb. Dığ azarma salmaq, həddən artıq yormaq, canmı üzmək, təngə gətirmək.
|
DIQQA (ID - 9486)dan. bax dıqqan(a).
|
DIQQAN(A) (ID - 9487) zərf dan. Bir az, lap azca, bir tikə, bir qırıq (çox vaxt “bir” sözü ilə). Çörəkdən bir dıqqan ver.
|
DIQQAN(A)CIQ (ID - 9488)sif. dan. Azacıq.
|
DIQQI (ID - 9489)dan. bax dıqqılı.
|
DIQQILDATMA (ID - 9490)“Dıqqıldatmaq”dan f.is.
|
DIQQILDATMAQ (ID - 9491)bax tıqqıldatmaq.
|
DIQQILI (ID - 9492)zərf dan. Bir az, bir zərrə. Halvadan dıqqılı uşağa ver.
|
DIQQILTI (ID - 9493)bax tıqqıltı.
|
DILĞIR (ID - 9494)dan. 1. sif. Tükü tökülmüş, qotur. Dılğır at. - Sən qovdun kənddən elin kor, dılğıryabısını. S.Rüstəm.
2. is.və sif. Boş, avara, lüt, yaramaz. Dılğırın biridir. - Amma bu dılğırların heç birindən eşitmədim ki, desin:... |
DILĞIRLAMAQ (ID - 9495)f. dan. Dılğır olmaq, dılğır hala düşmək; yararsız, boş, gülünc hala düşmək.
|
Bu səhifə dəfə baxılıb