İzahlı lüğət

DƏLİBÖYÜRTKƏN (ID - 8846)

is. bot. Moruğa bənzər tünd-qırmızı meyvəsi olan kol və onun meyvəsi.

DƏLİCƏ (ID - 8847)

1. sif. Dəli kimi, dəlisoy. Dəlicə hərəkət.
zərf məc. Çox bərk, son dərəcə, hədsiz, dəlicəsinə. Dəlicə sevmək.
zool. Qoyun beynində əmələ gələn qurd.

DƏLİCƏSİNƏ (ID - 8848)

zərf 1. Dəli kimi, dəlilərə xas olan bir surətdə, özünü itirmiş halda. 'Dəlicəsinə hərəkət. Dəlicəsinə danışmaq.
Rəsul dəlicəsinə ayılıb gördü ki, qəbiristanlıqdadır. “Aşıq Qərib”. [Ayna:] Yoxsa sən mənim...

DƏLİCİ (ID - 8849)

is. Dələn (deşən) alət, deşici alət. Dəlmə işləri elektrik dəliciləri vasitəsilə aparılır.
// Sif. mənasında. Dəlici alət.

DƏLİ-DİVANƏ (ID - 8850)

bax dəli 1 və 4-cü mənalarda. Bu uçan pərvanədir; Qəlbi şanəşanədir; Mən xəbərsiz gəlmişəm; Yar dəlidivanədir. (Bayatı). Bən bir dəli-divanəyəm, gör kim, nə məmur olmuşam. Nəsimi. [1-ci əcinnə:] Budur, neçə vaxtdır xanım...

DƏLİ-DOLU (ID - 8851)

sif. dan. İntizamsız, danışığını, hərəkətini bilməyən. Dəli-dolu adam.
// Dəlibaş. Hirsli, dəli-dolu bir gəncə bənzər; Atalar demişkən, acıqlı mərddir. S.Vurğun.

DƏLİGİLAS (ID - 8852)

is. bot. Dağlarda bitən və yeyilməyən acı meyvəsi olan yabanı gilas.

DƏLİXANA (ID - 8853)

is. 1. Ruhi xəstələri, dəliləri saxlamaq və müalicə etmək üçün xəstəxana. A kişi, bu məlun oğlu [Molla Abbas] genə buradadır? Bəs bunları aparacaq idilər dəlixanaya? C.Məmmədquluzadə.
2. məc. Çox hay-küy olan, səsdən...

DƏLİXƏK (ID - 8854)

sif. və is. dan. 1. Dəli xasiyyətləri göstərən. Onun sözlərinə çox bənd olma, dəlixək adamdır.
2. Gülməli hərəkətlər göstərən və gülməli sözlər danışan adam; təlxək.

DƏLİXƏKLİK (ID - 8855)

is. Güldürücülük; təlxəklik.

DƏLİK (ID - 8856)

b ax deşik. Dəlik açmaq. - [Molla Xəlil] bir dəlik axtarırdı ki, içəridəki qadının kim olduğunu görüb tanısın. S.Hüseyn.
dəlik-dəlik sif. Deşik-deşik, çox deşikli. Dəlik-dəlik taxta.
□ Dəlik-dəlik etmək deşik-deşik...

DƏLİKÇİÇƏK (ID - 8857)

is. bot. Novruzçiçəyi fəsiləsindən olan bir, iki, bəzən çoxillik ot bitkisi.

DƏLİK-DEŞİK (ID - 8858)

1. sif. Çox deşikli, deşikdeşik. Dəlik-deşik bayraqların rəngi qana boyanmışdır. S.Vurğun.
2. top. Dəliklər, deşiklər. Dəlik-deşiyini tutmaq. - [Heydər bəy:] Əgər yüz min zəhmətlə birisini dağların dəlik-deşiyindən çıxartsan,...

DƏLİK-DEŞİKLİ (ID - 8859)

sif. Dəlik-deşikləri çox olan, başdan-başa deşik olan. Dəlik-deşikli damdan yağış damır.

DƏLİKLİ (ID - 8860)

sif. Dəliyi olan; deşikli. Dəlikli sərnic. Dəlikli dolça.
□□ Dəlikli sümük anat. - qılça ilə birləşən sümük.

DƏLİQANLI (ID - 8861)

1. is. Həddi-büluğa çatmış gənc, cavan oğlan. ..Səfərin Sibirdən qaçıb, başına özü kimi dəliqanlıları cəm edərək quldurluq etməyi hər yerə yayılmışdır. S.S.Axundov. Bu adamın hərəkətindən və simasından gəncliyində...

DƏLİQANLILIQ (ID - 8862)

is. 1. Həddi-büluğa çatmış gəncin hal və keyfiyyəti.
İgidlik, cəsurluq, cəsarət.
// Qızğınlıq, coşqunluq.

DƏLİ-QUDURMUŞ (ID - 8863)

is. Azğın, qudurğan (adam). [Tükəz:] Görəsən, gənə hansı dəliqudurmuşa rast gəldi, tovlayıb at, mal oğurluğuna götürüb getdi. M.F.Axundzadə. Nemət çiynində beşaçılan olduğu halda, bir neçə özü kimi dəli-qudurmuşlarla...

DƏLİL (ID - 8864)

is. [ər.] Hər hansı bir şeyi sübut etmək üçün əsas; sübut. Tutarlı dəlil. Dəlil gətirmək. Bunu sübut etmək üçün dəlil lazımdır.
[Hacı Kərim:] İksirin aləmdə vücudu olmağına dəlil çoxdur! M.F.Axundzadə. Müəllim hiss...

DƏLİLƏŞMƏ (ID - 8865)

“Dəliləşmək”dən f.is.

DƏLİLƏŞMƏK (ID - 8866)

f Dəli olmaq, dəli halına gəlmək, özündən çıxmaq, azğmlaşmaq, dəli kimi hərəkət etmək. Onun acığı tutanda dəliləşir.

DƏLİLİK (ID - 8867)

is. 1. Ağlı başından çıxmış adamın halı. Dəlilik əlamətləri.
məc. Ağılsız iş və hərəkət, ağılsız söz; tərslik.
□ Dəlilik etmək - ağılsız iş görmək, mənasız hərəkət etmək; tərslik etmək. [Səlim:] Qızım,...

DƏLİLLƏŞDİRİLMƏ (ID - 8868)

“Dəlilləşdirilmək”dən f.is.

DƏLİLLƏŞDİRİLMƏK (ID - 8869)

məch. Dəlillərlə əsaslandırılmaq.

DƏLİLLƏŞDİRMƏ (ID - 8870)

“Dəlilləşdirmək”dən f.is.

DƏLİLLƏŞDİRMƏK (ID - 8871)

f Dəlillərlə əsaslandırmaq.

DƏLİLLƏŞMƏ (ID - 8872)

“Dəlilləşmək”dən f.is.

DƏLİLLƏŞMƏK (ID - 8873)

f Dəlillərlə əsaslanmaq.

DƏLİLLİ (ID - 8874)

sif. Dəlili olan; sübutlu, əsaslı.

DƏLİLSİZ (ID - 8875)

sif. Dəlili olmayan; sübutsuz, əsassız. Dəlilsiz fikir sübuta yetməz.

DƏLİLSİZLİK (ID - 8876)

is. Dəlil, sübut olmaması; sübutsuzluq, əsassızlıq.

DƏLİNMƏ (ID - 8877)

“Dəlinmək”dən f.is.

DƏLİNMƏK (ID - 8878)

f. Deşilmək. ..Bir çuval ki köhnəldi, o tərəfdən-bu tərəfdən hey başlayacaq yırtılmağa və dəlinməyə. “Mol. Nəsr.”
// Qazılmaq. Yerlərin bağrı dəlinir; Əcəb tunellər vurulur. Aşıq Əli.

DƏLİSOV (ID - 8879)

sif. Dəli kimi; nə dəli, nə də ağıllı. Dəlisov adam.
// Qızğın, heç bir şeydən çəkinməyən, qorxmayan, cəsarətdə ifrata varan. Siz mənim bir az sərt, bir az ərköyün; Bir az da dəlisov övladlarımsız. M.Araz.

DƏLİSOVLUQ (ID - 8880)

is. Dəlisov adamın halı.
// Dəli hərəkətinə oxşayan hərəkət. Mirsalehin dəlisovluq etməsi; .. İndi desək, əhvalatdı, nağıldı.. Şəhriyar.

DƏLİSOY (ID - 8881)

bax dəlisov. Mənim də onun kimi dəlisoy anlarım var; Vaxt olur ki, pozuram şerimin ahəngini. S.Rüstəm.

DƏLİSOYLUQ (ID - 8882)

bax dəlisovluq.

DƏLİTƏHƏR (ID - 8883)

bax dəlisov.

DƏLİTƏRƏ (ID - 8884)

is. bot. İkişər lələkvari yarpaqları olan xaşxaş fəsiləsindən birillik ot bitkisi.

DƏLLAL (ID - 8885)

is. [ər.] 1. Alverdə alanla satan arasında vasitəçilik edən şəxs. Genə şəhr içrə gördü ol minval; Satır əvvəlki eşşəyi dəllal. S.Ə.Şirvani. Dəllallar ilə hiylədə şeytan da bacarmaz! Şeytan nəçidir, cin nədi, xortdan da...

DƏLLALBAŞI (ID - 8886)

is. köhn. Dəllalların böyüyü, başçısı. [Ağa Kərim:] ..Əziz bəy, məlum ola ki, mənə Ağa Kərim dəllalbaşı deyirlər. M.F.Axundzadə.

DƏLLALHAQQI (ID - 8887)

köhn. b ax dəllallıq 2-ci mənada.

DƏLLALLIQ (ID - 8888)

is. 1. Dəllallın işi, peşəsi; alverdə alanla satan arasında vasitəçilik. Muxtalə dəllallıq edən bir qadındır. M.S.Ordubadi. [İsmayıl:] Kərbəlayı Xəlil at dəllallığı eləyir, evi də Əmirxizdədir. P.Makulu.
2. Dəllalın vasitəçilik...

DƏLLƏK (ID - 8889)

is. [ər.] 1. Baş və üz qırxmaq peşəsi ilə məşğul olan adam; bərbər. Bəli, başlar başlayıblar qırxılmağa. Dəllək dükanlarında macal yoxdur. C.Məmmədquluzadə.
Köhnə məişətdə: baş və üz qırxmaqla yanaşı, qan almaq...

DƏLLƏKXANA (ID - 8890)

is. [ər. dəllak və fars. ...xanə] Dəllək dükanı; bərbərxana. Səməd, doğrudan da o gedən gedib, bir daha dəlləkxanaya üz çevirmədi. M.Hüseyn.

DƏLLƏKLİK (ID - 8891)

is. 1. Dəllək (1, 2 və 3-cü mənalarda) peşəsi, işi; bərbərlik. Dəlləkliyi bizim başımızda öyrənir. (Ata. sözü).
2. məc. Hiyləgərlik, haqqı danma.

DƏLMƏ (ID - 8892)

1. “Dəlmək”dən f.is. Dəlmə aləti.
is. Divarda açılmış kiçik taxça. İçəridə kahanın divarlarında böyüklü-kiçikli beş dəlmə gözə çarpırdı. S.Rəhimov.
is. Bərə, çəpər, hasar və s.-də deşik.
sif. Dəlinmiş,...

DƏLMƏ-DEŞİK (ID - 8893)

top. Öz-özünə açılmış, yaxud süni surətdə əmələ gətirilmiş irilixırdalı deşiklər. Dəlmə-deşiyi tutmaq.
// Sif. mənasında. Dəlmə-deşik divar. Dəlmə-deşik yer. - [Umud:] Dədəm axşamlar nahaq təzək yandırır, tay...

DƏLMƏGÖZ(LÜ) (ID - 8894)

bax dombalangöz(lü).

DƏLMƏK (ID - 8895)

f 1. Bir şeylə deşmək, dəlik açmaq, oymaq. Taxtanı dəlmək. Dəmiri dəlmək. - Ağacdələn öz yuvasını ağac koğuşlarında qayırır. Bunun üçün o, ağacda olan hazır koğuşlardan istifadə edir və ya qurumaqda olan ağacları dələrək,...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed