DAŞIRQAMAQ (ID - 8296)f. məh. 1. Ayağı nalsız heyvanın ayağını daş əzmək. Heyvan daşırqayıbdır.
2. məc. Yeriməkdən yorulmaq, əldən düşmək. |
DAŞIRMA (ID - 8297)“Daşırmaq”dan f.is.
|
DAŞIRMAQ (ID - 8298)f. 1. Çox tökərək doldurmaq, daşdırmaq, başından aşınca doldurmaq.
2. Qaynayan şeyin altmı çox qalayaraq daşdırmaq. Südü daşırmaq. |
DAŞITDIRMA (ID - 8299)“Daşıtdırmaq”dan f.is.
|
DAŞITDIRMAQ (ID - 8300)icb. Başqasına daşıtmaq, daşıma işi gördürmək. Qulam müəllim şeyləri daşıtdırıb bir tərəfəyığdırdı.. S.Rəhimov.
|
DAŞITMA (ID - 8301)“Daşıtmaq”dan f.is.
|
DAŞITMAQ (ID - 8302)icb. Bir yerdən başqa yerə apartmaq, nəql etdirmək, köçürtmək. Yükü daşıtmaq.
|
DAŞIYICI (ID - 8303)sif 1. Bir şeyi bir yerdən başqa yerə daşıyan, nəql edən maşın, qurğu, arabacıq, konveyer və s.
tex. Fəzaya, yaxud uzaqlara uçurulan raketlərin cihazlarla və s. ilə təchiz edilmiş hissəsini müəyyən məsafəyə aparıb çatdıran... |
DAŞKA (ID - 8304)is. [rus.] Əl arabası. Əli Bibiheybət mədənlərində bir dəstə işçi ilə birlikdə daşka çəkir. M.İbrahimov.
// Təkatlı araba. |
DAŞ-KƏSƏK (ID - 8305)top. Daş və bərkimiş torpaq parçaları. Onlar yerdən daş-kəsək alıb darvazanı daşa basdılar. P.Makulu. İstidən tərləmiş İsmayıl .. cırıq çustlarından çıxan barmağını daş-kəsəyə vurmamaq üçün yolun kənarında bitən...
|
DAŞ-KƏSƏKLİ (ID - 8306)sif. Çoxlu daş və kəsək olan. Daş-kəsəkli torpağı qazımaq mümkün deyil. - Daş-kəsəkli yollarla zülmdən qaçaqaça; Qucağında tək balan, qoca Təbrizə gəldin. S.Rüstəm.
|
DAŞKƏSƏN (ID - 8307)sif xüs. Tikinti üçün daşları müəyyən ölçüdə kəsən; daşqıran. Daşkəsən maşın.
|
DAŞQALAQ (ID - 8308)is. tar. Keçmişdə müttəhimi daşa basmaqla, üstünə daş yığmaqla cəzalandırma üsulu.
□ Daşqalaq etmək 1) həmin üsulla cəzalandırmaq; 2) məc. çox ağır tənə və məzəmmət etmək, bərk danlamaq, üzərinə lənət yağdırmaq.... |
DAŞ-QAŞ (ID - 8309)top. Qiymətli daşlar, cavahirat (brilyant və s.). Səadətxanım Gülnazı ətriyyat və daş-qaş dükanlarını gəzdirdi. M.İbrahimov. Bu sandıqda yüz min dinar bahasında daş-qaş, cavahirat vardır. M.Hüseyn.
|
DAŞ-QAŞLI (ID - 8310)sif. Qiymətli daşlarla, cavahiratla bəzədilmiş. Daş-qaşlı qolbaq. [Zərintac xanım:] Guya ki, dünyanın hansı daş-qaşlı bir tacı bu Müqimciyin çal başından yuvarlanıb göbələk kimi yerə düşübdür! S.Rəhimov.
|
DAŞQƏLBLİ (ID - 8311)sif. Rəhmsiz, sərt, mərhəmətsiz; ürəyi çox bərk, amansız. Daşqəlbli insanları neylərdin, ilahi?! Bizdə bu soyuq qanları neylərdin, ilahi?! M.Ə.Sabir. Lakin daşqəlbli qaniçən kazaklar, buna baxmayaraq, zavallı işçiləri bacardıqca...
|
DAŞQƏLBLİLİK (ID - 8312)is. Rəhmsizlik, mərhəmətsizlik, sərtlik, amansızlıq.
|
DAŞQIN (ID - 8313)1. is. Sahildən çıxan çay və ya dəniz suyunun qurunu, ətrafı basması; sel. Güclü yağışlardan sonra çayda daşqın əmələ gəlir.
sif. Yatağından kənara çıxan, ətrafı basan; daşmış. 0ux səslərlə dolu isti yuvalar; Daşqın... |
DAŞQINLIQ (ID - 8314)is. Daşqın Çayın halı.
|
DAŞQIRAN (ID - 8315)is. xüs. Daşları xırda-xırda doğrayan maşın. Daşları mexaniki qüvvə ilə hərəkətə gətirən daşqıranlarda qırırlar. (Qəzetlərdən).
// Sif. mənasında. Daşqıran maşın. |
DAŞQOVUNU (ID - 8316)is. Girdə, yaxud yastı şəkildə olan qovun (yemiş) növü.
|
DAŞQURAY (ID - 8317)is. məh. Palçıq və kirəcsiz hörülən alçaq daş divar. Bağın ətrafındakı daşquray.
|
DAŞLAMA (ID - 8318)“Daşlamaq”dan f.is.
|
DAŞLAMAQ (ID - 8319)f 1. Daş atmaq, daşa basmaq, daşla vurmaq. [Qədim:] Bir də qapımızda sağsağan qırıldasa, daşlayıb qovacağam. Ə.Haqverdiyev. [Qorxmaz:] Bu gün böyük bir izdihamın [Elxanı] söyərək, lənətlər sovuraraq daşladığını gördüm....
|
DAŞLANDIRMA (ID - 8320)“Daşlandırmaq”dan f.is.
|
DAŞLANDIRMAQ (ID - 8321)f Daşdırmaq; axıtmaq. Kəblə Abbasəli dartındı. Ağzından köpük daşlandıraraq söydü. Mir Cəlal.
|
DAŞLANMA1 (ID - 8322)“Daşlanmaq1’dan f.is.
|
DAŞLANMA2 (ID - 8323)“Daşlanmaq2”dan f.is.
|
DAŞLANMAQ1 (ID - 8324)məch. Daşa basılmaq, daşla vurulmaq, üzərinə daş yağdırılmaq. Məskənimiz sarp qayalar olubdur; Qaçanlar çağrışır, pələng daşlanır. “Koroğlu”.
|
DAŞLANMAQ2 (ID - 8325)f 1. Axmaq, tökülmək, daşıb tökülmək, gəlmək. Qızın ağzından, burnundan bulanıq dəniz suyu daşlandı. M.Hüseyn. Kənarlara daşlananpalçıq ötənlərin üstünü bulayırdı. Mir Cəlal.
2. məc. Tökülüşüb gəlmək, axışıb... |
DAŞLAŞMA1 (ID - 8326)“Daşlaşmaq1’dan f.is.
|
DAŞLAŞMA2 (ID - 8327)“Daşlaşmaq2”dan f.is.
|
DAŞLAŞMAQ1 (ID - 8328)f 1. Daş halına gəlmək, daşa dönmək, daş kimi bərkimək. Gil, yer altında uzun zaman qaldıqda daşlaşır.
2. məc. Bərkişmək, sərtləşmək, daşa dönmək. Ürəyi daşlaşıbdır. |
DAŞLAŞMAQ2 (ID - 8329)qarş. Bir-birinə daş atmaq, bir-birini daşa basmaq. Uşaqlar daşlaşırdılar.
|
DAŞLATMA (ID - 8330)“Daşlatmaq”dan f.is.
|
DAŞLATMAQ (ID - 8331)icb. Üstünü daşla örtdürmək, üstünə daş döşətdirmək.
|
DAŞLI (ID - 8332)sif. 1. Daşı olan, çoxlu daş olan; içində daş, daş parçaları olan. Daşlı torpaq. Daşlı təpə. Bu düyü daşlıdır. - Eləmi daşlı yerlər; Torpaqlı, daşlı yerlər; Bu dünyada hələ var; Gözləri yaşlı yerlər. (Bayatı).
Daş... |
DAŞLI-KƏSƏKLİ (ID - 8333)bax daş-kəsəkli. O daşlı-kəsəkli boş səhralarda; Çörək də yetirdik boz səhralarda. S.Vurğun. Budur, maşın çətin, daşlı-kəsəkli, sürüşkən dağ yoxuşlarını zorla yuxarı qalxır. M.Ibrahimov.
|
DAŞLIQ (ID - 8334)is. Daş çox olan yer, daşla örtülü yer. Daş daşlığa yağar, dolu dəryaya. (Ata.
sözü). Atlar .. Kür sahilindəki daşlığın xəlvət bir yerində söyüd ağaclarına bağlanmışdı. M.Hüseyn. Dərinlərə düşmüş dərə ağ daşlıq... |
DAŞMA1 (ID - 8335)“Daşmaq”dan f.is. Çayın daşması. Samovarın daşması.
|
DAŞMA2 (ID - 8336)is. aşp. Düyüsünün suyu süzülmədən bişirilən plov; dəmyə. Daşma bişirmək.
|
DAŞMAQ (ID - 8337)f 1. Kənarlarından çıxaraq ətrafı basmaq (su haqqında). Kür daşmışdır.
Bulandı dəryalar, həm daşdı sular; Qaynaqsız bulaqlar çaya dönübdür. Qurbani. Çaylar daşıb sel olsun; Taxıllar tel-tel olsun. M.Ə.Sabir. Qabın tutumundan... |
DAŞMALIQ (ID - 8338)sif. aşp. Daşma2 bişirmək üçün yararlı. Daşmalıq düyü.
|
DAŞMİŞARLAYAN (ID - 8339)is. Daşları mişarlayıb müəyyən əndazəyə salan işçi.
|
DAŞNAK (ID - 8340)[erm.] XIX əsrin 90-cı illərində meydana gəlmiş millətçi-terrorçu erməni “Daşnaksütyun” partiyasının üzvü. Daşnak quldur birləşmələri. Antanta ölkələri də daşnakların əməllərindən narazılıqlarını bildirirdilər....
|
DAŞOYNADAN (ID - 8341)is. Daşlarla gimnastik hərəkətlər göstərən ağır atletika idmançısı. Daşoynadanların yarışı.
// Sif. mənasında. Daşoynadan pəhləvan. |
DAŞ-TƏRƏZİ (ID - 8342)top. Çəki ləvazimatı (tərəzi və daşları). [Araz dedi:] ..Əli əsə-əsə daş-tərəzi tutan adamın bu sözlərinə inanmaram. A.Şaiq.
|
DAŞTÜLƏK (ID - 8343)is. 1. Vəhşi, vəhşi böyümüş, ələ öyrədilməsi çətin olan qırğı.
Qoşquya getməyən, yoldaşı ilə qoşa, yan-yana çəkməyən at. məc. Sital, üzlü, sırtıq, həyasız (adam). |
DAŞÜRƏKLİ (ID - 8344)bax daşqəlbli. Daşürəkli adam. - Mən ancaq onu bilirəm ki, arvad nə qədər daşürəkli də olsa, onu yola gətirmək olar. N.Vəzirov. Nişan alıb ox atmağı, nə çarə; Daşürəkli mələklərdən öyrəndim. M.Müşfiq.
|
DAŞÜRƏKLİLİK (ID - 8345)bax daşqəlblilik.
|
Bu səhifə dəfə baxılıb