İzahlı lüğət

DEYİB-DANIŞMAQ (ID - 8646)

f Söhbət etmək. Yetişibsən, indən belə yaraşmaz; Yadlar ilə deyib-danışmaq sənə. Q.Zakir. İndiyə kimi Rahimin evi belə şad deyib-danışmaq, oxuyub-gülmək, cavan səsləri eşitməmişdi. S.S.Axundov.

DEYİB-GÜLƏN (ID - 8647)

f.is. Söhbətcil, şən, ürəyiaçıq (adam). 'Deyib-gülənlərin bəxtiyar səsi; Aygünün qəlbində dinir tar kimi. S.Vurğun. Qızların da arasında; Az deyildi deyib-gülən. M.Dilbazi.

DEYİB-GÜLMƏ (ID - 8648)

is. Şən bir halda söhbət etmə, şirin söhbət, şənlənmə, sevinmə. İkram .. yoldaşlarının deyib-gülməsində iştirak etmirdi. Ə.Əbülhəsən.

DEYİB-GÜLMƏK (ID - 8649)

f Şən bir halda söhbət etmək, şirin söhbət etmək; şənlənmək, sevinmək. İnsan deyib-gülməz vətəndən ayrı. S.Rüstəm. Üzlərdə şənlik, deyib-gülmək, çalıb-çağırmaq həvəsi görünür. Mir Cəlal.

DEYİCİ (ID - 8650)

1. sif. Söyləyən, danışan. Bu sözün deyicisi kimdir?
is. məc. Araqarışdıran, şeytanlıq edən. Adamın min yeyicisi olsun, bir deyicisi olmasın. (Ata. sözü).

DEYİCİLİK (ID - 8651)

is. Şeytanlıq, xəbərçilik.
Deyicilik etmək - şeytanlıq etmək, xəbərçilik etmək, xəbər vermək. [Dəmirov:] Görəsən, məndən kim deyicilik eləyib? Yoxsa bu, rayona gələndən mənim üstümə belə bu qədər düşməzdi. S.Rəhimov....

DEYİKLƏMƏ (ID - 8652)

“Deyikləmək”dən f.is.

DEYİKLƏMƏK (ID - 8653)

f Kiçik yaşında ikən qızı oğlana adaxlamaq, nişanlamaq.

DEYİKLİ (ID - 8654)

is. Uşaqlıqdan adaxlanmış qız, ya oğlan; nişanlı. [Tarverdi:] Bu qız .. mənim deyiklimdir. M.F.Axundzadə. Cəfərin əmisi qızını, uşaqlıqdan deyiklisi olan Xoşqədəmi ona aldılar. Ə.Vəliyev.

DEYİKLİLİK (ID - 8655)

is. Nişanlı olma.

DEYİL (ID - 8656)

əd. 1. Özündən qabaq gələn sözə inkarlıq, ya zidlik mənası verir. O, tək deyil. Otaq qaranlıq deyil. - Əziziyəm, nə qandır; Gözdən axan nə qandır; Daş deyil, kəsək deyil; Rəhm eylə, bu ki candır. (Bayatı).
// Eyni mənada...

DEYİLƏN (ID - 8657)

f.sif. Söylənilən, sözlə, ya yazılı surətdə ifadə edilən. Qətibənin özü onun [Səba xanımın] tamahkarlığını bilirdi, deyilən sözlərin heç birisinə inanmırdı. M.S.Ordubadi.

DEYİLİŞ (ID - 8658)

is. Deyilmə tərzi, tələffüz tərzi; tələffüz. Sözün deyilişi. - Xəlil sözlərin deyilişindən hiss etdi ki, Bəhmən daha samovara baxmır. İ.Məlikzadə.

DEYİLMƏ (ID - 8659)

“Deyilmək”dən f.is. Qafar .. arvadına güldən ağır söz deyilməsinə dözməyəcəkdi. Ə.Əbülhəsən.

DEYİLMƏK (ID - 8660)

1. “Demək”dən məch. Bu barədə heç bir söz deyilməmişdir. Xalq arasında belə deyilir. - Ərlə arvad ünvanına qoşa sağlıqlar; Deyildikcə fikrə getdi, qəm yeyə-yeyə. S.Vurğun.
2. “Deyilir” formasında - elmi və s. təriflərin...

DEYİLMİŞ (ID - 8661)

f.sif. Söylənmiş, sözlə və ya yazılı surətdə ifadə edilmiş. Deyilmiş söz.

DEYİN1 (ID - 8662)

dan. bax deyə. [Güləsər] Ağzın isti yerdədi deyin, ərə getmək sənə asan gəlir. İ.Şıxlı.

DEYİN2 (ID - 8663)

is. məh. Vəsiyyət, son ürək sözü.

DEYİNDİRMƏ (ID - 8664)

“Deyindirmək”dən f.is.

DEYİNDİRMƏK (ID - 8665)

icb. Deyinməyə məcbur etmək, deyinməsinə səbəb olmaq.

DEYİNƏN (ID - 8666)

bax deyingən.

DEYİNGƏN (ID - 8667)

sif. Çox deyinən, hər şeydən ötrü danışan. 'Deyingən adam. - Arvadın deyingəni kişini tez qocaldar. (Ata. sözü). Nübar .. tündməcaz, dargöz və deyingən bir qarı idi. S.Rəhimov.

DEYİNGƏNLİK (ID - 8668)

is. Deyinmək xasiyyəti. Deyingənlik pis xasiyyətdir.

DEYİNMƏ (ID - 8669)

“Deyinmək”dən f.is.

DEYİNMƏK (ID - 8670)

f Narazılığını bildirərək danışmaq, söylənmək, şikayətlənmək. [Tanya:] İndi yenə də İvanov gələr, başlar deyinməyə ki, laboratoriyada oxuyurlar. C.Cabbarlı. ..Həpirin hirsi soyumadı. O öz-özünə deyinirdi.. Mir Cəlal.

DEYİNTİ (ID - 8671)

is. Narazılıq, şikayət, deyinmə.

DEYİNTİLİ (ID - 8672)

sif. Bir şeydən ürəyi sınınış, deyintisi olan, narazı qalmış, narazı.

DEYİŞ (ID - 8673)

is. Söz döyüşdürmə.

DEYİŞDİRMƏ (ID - 8674)

“Deyişdirmək”dən f.is.

DEYİŞDİRMƏK (ID - 8675)

icb. Deyişməyə məcbur etmək, ara vurmaq; dalaşdırmaq.

DEYİŞMƏ (ID - 8676)

is. 1. Mübahisə, sözləşmə, söyüşmə, höcətləşmə, dalaşma. Bu vaxta qədər sükut ilə iki qardaşın çəkişmə və deyişməsini gözləyən Əlisəfa, nəhayət, dilə gəldi.
Şaiq. Raya [Əminə və qoçunun] arasında deyişmə...

DEYİŞMƏK (ID - 8677)

qarş. 1. Bir-biri ilə mübahisə etmək, bir-biri ilə sözləşmək, höcətləşmək, söyüşmək. Onlar hər necə yarızarafat, yarıciddi deyişsələr də, əl-ələ verdilər, qabqacağı birlikdəyuyub-yığışdırdılar. S.Rəhimov. Atlılar...

DEYR (ID - 8678)

is. [ər.] köhn. Monastır, kilsə. [Hüseyn xan:] Axırda yetişdik bir deyrə. Ə.Haqverdiyev. ..Xanımın atası Şam tərəflərində mövcud olan bir deyrdə ibadət edən məşhur keşişlərdən idi. M.S.Ordubadi.

DEZERTİR (ID - 8679)

is. [fr.] Özbaşına olaraq öz qoşun hissəsini qoyub gedən, hərbi mükəlləfiyyətdən boyun qaçıran hərbi qulluqçu; fərari. [Qurban:] Yəqin sən elə, cəbhədə də əmrzad qanmayıbsan, dezertir olmusan! İ.Şıxlı.
// məc. Öz vətəndaşlıq...

DEZERTİRLİK (ID - 8680)

is. Ordudan qaçma, hərbi çağırışdan boyun qaçırma.
// məc. Öz vəzifəsini, dövləti və ya ictimai borcunu yerinə yetirməkdən boyun qaçırma. Sənə bu işi tapşırıblar, qaçırsan, demək, dezertirsən. M.Hüseyn.

DEZİNFEKSİYA (ID - 8681)

[fr. des... və lat. inficere] Zərərli həşəratın müxtəlif üsullarla məhv edilməsi. Anbarlarda olan ziyanvericiləri məhv etmək üçün dezinfeksiya üsulundan istifadə edilir. Dezinfeksiya etmək. Dezinfeksiya kamerası. Kül suyu - ucuz...

DEZİNFEKSİYAÇI (ID - 8682)

is. Dezinfeksiya işi ilə məşğul olan adam. Dezinfeksiyaçı dəstəsi.

DƏ (ID - 8683)

b ax da1. Məhkəmə sədri üçün məsələ aydın idi. Buna baxmayaraq, bir neçə şahidi də danışdırdı. S.Hüseyn. Hər şey gözəlləşmədə; Sən də gözəlləş; Bu həyat kimi. M.Müşfiq.

DƏB (ID - 8684)

is. [ər.] Xalq arasında yayılmış adət, ənənə. Köhnə dəbdə layla demək köhnəlib artıq; Bəs neyləyək? M.Araz. Bilirəm, əziz tutub babaların dəbini. Unutmayıb Babəkin o döyüş məktəbini. R.Rza.
// Moda. [Suğra] güllü-çiçəkli...

DƏBBƏ1 (ID - 8685)

is. [ər.] Bir şey haqqında əldə edilmiş saziş və razılığı pozmaq üçün bəhanə, öz vədindən və sözündən səbəb olmadan imtina etmə.
□ Dəbbə eləmək (çıxarmaq) - b ax dəbbələmək.

DƏBBƏ2 (ID - 8686)

is. köhn. Ağacdan, sümükdən və s.-dən qayrılmış qab. Bal, yağ dəbbəsi.
Dəbbədən bal çıxar. (Ata. sözü). Görmürsən, nə təhər barıt dəbbəsi kimi partlayır? S.Rəhimov.

DƏBBƏÇİ (ID - 8687)

is. Özü razı olduğu və haqqında sazişə gəldiyi şeydən imtina edən, sözündən qaçan adam; cığal.

DƏBBƏÇİLİK (ID - 8688)

is. Dəbbəçi adamın xasiyyəti.

DƏBBƏKAR (ID - 8689)

[ər. dəbbə və fars. ...kar] bax dəbbəçi.

DƏBBƏLƏMƏ (ID - 8690)

“Dəbbələmək”dən f.is.

DƏBBƏLƏMƏK (ID - 8691)

f. Razı olduğu və haqqında sazişə gəldiyi şeydən imtina etmək, sözündən dönmək, qaçmaq. Söz verdi nigarım məni incitməyə bir də; Tez döndü sözündən, bu açıq dəbbələməkdir. Ə.Vahid.

DƏBDƏBƏ (ID - 8692)

is. [ər.] Təmtəraq, təntənə, cah-calal, büsat. [Fəxrəddin:] Həyatdakı xəlifələr bu qədər cəlal və dəbdəbəyə malik olduqları halda, xəlifə namını ləkələyə biləcək bu vəziyyətin qarşısını ala bilmirmi? M.S.Ordubadi.
...

DƏBDƏBƏLİ (ID - 8693)

sif 1. Təntənəli, əzəmətli. Yurdumun dəbdəbəli, dalğalı bir bayrağı var. S.Rüstəm.
// Təmtəraqlı, çox zəngin. [Firidun] Öz aləmində Südabənin evini dəbdəbəli bir imarət təsəvvür edirdi. M.İbrahimov.
2. məc. Zahirən...

DƏBƏ (ID - 8694)

is. tib. Qasıq yırtıqlığı xəstəliyi; qrıja.
// Bu cür xəstəliyi olan adam.

DƏBƏRDİLMƏ (ID - 8695)

“Dəbərdilmək”dən f.is.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed