İzahlı lüğət

DADILMAQ (ID - 7696)

məch. Dadına baxılmaq.

DADIMLIQ (ID - 7697)

is. Dad, tam, şirinlik.

DADIŞMAQ (ID - 7698)

f köhn. Yumurta döyüşdürərkən onun bərkliyini dişə vurub yoxlamaq. Məlumdur ki, uşaqlar yumurta döyüşəndə əvvəl bir dadışırlar, yəni yumurtalarını dəyişib vururlar dişlərinə. C.Məmmədquluzadə.

DADIZDIRILMA (ID - 7699)

“Dadızdırılmaq”dan f.is.

DADIZDIRILMAQ (ID - 7700)

məch. Dadma baxdırılmaq, dadını, ləzzətini duyacaq dərəcədə yedirilmək, ya içirilmək.

DADIZDIRMA (ID - 7701)

“Dadızdırmaq”dan f.is.

DADIZDIRMAQ (ID - 7702)

bax daddırmaq. Südü uşağa dadızdırmaq. - [Qətibə:] Bəlkə də şair məni bu günün acılıqlarını dadızdırmaq üçün ölümdən qurtardı. M.S.Ordubadi.
// Azacıq yedirmək, ya içdirmək.

DADIZMA (ID - 7703)

“Dadızmaq”dan f.is.

DADIZMAQ (ID - 7704)

bax dadızdırmaq. [Arılar] bir qədər bal dadızdılar eşşəyə. S.Ə.Şirvani. Reyhan ürəyində bu xoruzdan bir tikə də olsa koxaya dadızmamağı qərara aldı. S.Rəhimov.

DADLANDIRMA (ID - 7705)

“Dadlandırmaq”dan f.is.

DADLANDIRMAQ (ID - 7706)

f Dad vermək, dada gətirmək, bir şey artıraraq dadlı etmək.

DADLANMA (ID - 7707)

“Dadlanmaq”dan f.is.

DADLANMAQ (ID - 7708)

f Dada gəlmək, ləzzətli olmaq, dadlı olmaq. Qar dağa çıxır, dadlanır. (Ata. sözü).

DADLI (ID - 7709)

1. sif Yaxşı dadı olan, ləzzətli. Dadlı meyvə. Dadlı yeməklər. - Baxmaz guşeyi-çəşm ilə fəqiranə tərəf; Yüyürürsüz ora kim, dadlı, f.isincanlı olur. M.Ə.Sabir. [Piri baba:] Onun balı çox dadlıdır. S.S.Axundov. Üç ay qabaq...

DADLICA (ID - 7710)

sif Çox dadlı, çox ləzzətli.

DADLI-DUZLU (ID - 7711)

sif Xoşagələn, gözəşirin, qanışirin.

DADLILIQ (ID - 7712)

is. Dadlı şeyin hal və keyfiyyəti; şirinlik, ləzzətlilik. Həyatın dadlılığı. Bulaq suyunun dadlılığı.

DADMA (ID - 7713)

“Dadmaq”dan f.is.

DADMAQ (ID - 7714)

f 1. Dadını, tamını bilmək üçün bir az yemək və ya içmək. - Dadmaqla mal tükənməz. (Ata. sözü). [Xanmirzə bəy:] Sən məzhəbin haqqı, bu şərablardan bir az dad. N.Vəzirov.
// Ümumiyyətlə yemək, ya içmək. Axşam azanı...

DADMALI (ID - 7715)

1. is. Yeməli, ya içməli şey. Beləliklə, bu adamlar barmaqlarını batırıb dadmalını dadardılar. S.Rəhimov.
2. sifi Dadlı, ləzzətli. Dadmalı şey.

DADRƏS (ID - 7716)

is. [fars.] klas. Köməkçi, müdafiəçi, himayəçi, dada çatan. Dildadələrin dadrəsi, yavəri sənsən. Q.Zakir. Mən fəqiri bəsləmişsiz orada; Dadrəsim bunda yetişsin dada. Aşıq Pəri. Fəryadına yetdiklərin imdadına yetməz; Fikr...

DADSIZ (ID - 7717)

sif. Dadı olmayan; ləzzətsiz, tamsız. Dadsız xörək. Dadsız meyvə.
// məc. Heç bir zövq və nəşə verməyən; mənasız, maraqsız. Dadsız ömrü nə eylərdim? Əzəldən; Mən səninçün düşmədimmi qovğaya? Ə.Cavad.

DADSIZLIQ (ID - 7718)

is. 1. Dadı, ləzzəti olmayan şeyin hal və keyfiyyəti. Xörəyin dadsızlığı. Yemişin dadsızlığı.
2. Dad, tam duymama, dad bilməmə. Ağzının dadsızlığı.

DADÜ-BİDAD (ID - 7719)

bax dad-bidad.

DADÜ-FƏRYAD (ID - 7720)

bax dad-fəryad. Gör hesabın mən çəkdiyim azarın; Bu dadü-fəryadın, bu ahü-zarın. M.P.Vaqif. Əgər dadüfəryada tezyetişməsək, mümkündür ki, millətdən bir əsər dəxi qalmaya. C.Məmmədquluzadə.

DADVERİCİ (ID - 7721)

sif. Müəyyən dad verən, dadlandıran, dad gətirən. Dadverici maddələr. - Təbiətdə cirədən dadverici maddə kimi geniş miqyasda istifadə edilir. R.Əliyev.

DAĞ1 (ID - 7722)

is. 1. Yerin hündür, dik, yamaclı və zirvəli hissəsi. Qafqaz dağları. - Dağ dağa rast gəlməz, adam adama rast gələr. (Ata. sözü). Adətən ətəyi, yamacları və zirvəsi nisbətən aydın görünən hər hansı bir yüksəkliyə dağ...

DAĞ2 (ID - 7723)

[fars.] 1. is. Damğa, qızdırılmış dəmirlə qoyulmuş iz.
□ Dağ basmaq - qızdırılmış dəmirlə bədənə damğa basmaq.
sif. Qaynamaqda olan, qaynar. Saleh dağ sudan çaynikə alıb, onu çalxadı. M.İbrahimov. Gör bu çayniki...

DAĞAL (ID - 7724)

sif. və is. dan. Cığal; davakar. Dağal adam. Oyuna dağal qatmaq (cığallıq eləmək).

DAĞALLIQ (ID - 7725)

is. dan. Cığallıq, davakarlıq. Zeyğəm, Bəşir və Məmmədağa dağallığa başlamışdılar. S.Rəhimov.

DAĞAR (ID - 7726)

is. köhn. 1. Qaramal dərisindən hazırlanan torba. Köçəri skiflər dəri qab xəz torba (dağar) və matra (suqabı) işlədirdilər. “Qədim dünya tarixi”.
Keçmişdə: üzərində qaytan toxumaq üçün içi əsgi-üsgü və ya yun ilə...

DAĞARCIQ (ID - 7727)

is. Kiçik dağar; çox vaxt dəridən tikilən kiçik torba, çanta. Dağarcığını çuvala tay tutur. (Ata. sözü). Amma məbada dağarcığın ağzı bərk bağlanmış olmuya, əgər pişik oradan özünü xilas eləsə, üz-gözünü cırmaqlayıb...

DAĞAYISI (ID - 7728)

is. 1. zool. Dağlıq yerlərdə yaşayan ayı növü.
2. məc. dan. Mədəniyyətsiz, qaba, qanacaqsız adam haqqında.

DAĞBASAR (ID - 7729)

is. Dağətəyi, dağ həndəvəri. Dağbasarda yaşayanlar. Dağbasar havası.

DAĞBƏYİ (ID - 7730)

is. tar. Yayda dağa köçən köçərilərin inzibati işlərini idarə edən hökumət məmuru. Nəbi yenə burda bir ad elədi; Dağbəyini tutub nə ad elədi! “Qaçaq Nəbi”.

DAĞBOYANASI (ID - 7731)

is. bot. Çətirçiçəklilər fəsiləsindən çoxillik ot bitkisi.

DAĞ-DAĞ1 (ID - 7732)

sif. Dağ kimi uca, çox yüksək.

DAĞ-DAĞ2 (ID - 7733)

sif 1. Çox isti, qaynar. Dağdağ su.
2. məc. Çox dərdli. Ana yalqız dayanıb; Ananın qəlbi dağ-dağ. R.Rza.

DAĞDAĞA1 (ID - 7734)

is. bax dəğdəğə. Çöllərdə var bağalar; Ürəkdə dağdağalar; Yarın vurduğu yara; Məhşər günü sağalar. (Bayatı). Elə belə, ürəyimə dağdağa düşüb ki, görəsən, sən kimsən? “Koroğlu”. [Əlimərdan:] Hə, indi bildim...

DAĞDAĞA2 (ID - 7735)

is. məh. Kiçik taxta parçasından qayrılan və fırladarkən kəskin, uğultulu səs çıxaran uşaq oyuncağı.

DAĞDAĞAN (ID - 7736)

is. bot. 1. Bərk oduncağı olan, meşələrdə bitən bir ağac və ya kol.
Dağdağan ağacının noxud iriliyində olan şirin meyvəsi.
Köhnə məişətdə: dağdağan ağacından qayrılaraq, guya pis gözdən qorumaq üçün uşağın papağına...

DAĞDAĞANLIQ (ID - 7737)

is. bot. Dağdağan ağacları bitən yer. Dağdağanlıqda bir ayı gördük. Dağdağanlıqda sərinlənmək.

DAĞ(1)DAR (ID - 7738)

sif [fars.] klas. Dağlı, ürəyi dağlı, çox kədərli, yaralı. Dağidar ürək.
// İs. mənasında. Ürəyi dağlı adam. Ey sariban, qətarimizi kuyi-yarə çək; Rəhm et, bu dağidarları laləzarə çək. S.Ə.Şirvani.
Dağ(i)dar etmək...

DAĞ-DAŞ (ID - 7739)

is. Yolu olmayan, yaşamaq üçün yararsız olan təpəlik və daşlıq yerlər. [Səlim qızı:] ..Aydəmir də, bilirsən ki, dağda-daşda, ona qızmı yaraşar? C.Cabbarlı. [Əmiraslan baba:] Bax, o zaman bizim bu Ağbulaq obasına, dağ-daşdan...

DAĞ-DƏRƏ (ID - 7740)

is. b ax dağ-daş. Dağ-dərəni dolannam; Dərya kimi bulannam. (Bayatı). [Kərimqulu:] Bir də bu qızı kola-kosa, dağdərəyə buraxma! S.Rəhimov. İki qardaş ömür sürür; Dağ-dərədə uzun zaman. B.Vahabzadə.

DAĞDİBİ (ID - 7741)

sif. Dağın lap aşağı hissəsində olan.

DAĞDÖŞÜ (ID - 7742)

is. Dağın ön və orta tərəfi, azca mail səthi.
// sif Dağın döşündə yerləşən. Dağdöşü otlaqlar.

DAĞƏTƏYİ (ID - 7743)

sif Dağın düzənliyə qovuşan maili tərəflərində yerləşən. Dağətəyi zonalar. Azərbaycanın dağətəyi və dağlıq rayonlarında əkmək üçün xaşa ən münasib çoxillik paxlalı bitkidir.
// is. Dağın ətəyində yerləşən...

DAĞIDICI (ID - 7744)

sif Dağıdan, dağıtmağa qadir olan. Zərbə dalğasının dağıdıcı təsiri.
// Pozucu, pozğunluq salan, çox zərərli.

DAĞIDICILIQ (ID - 7745)

is. Dağıtma qabiliyyəti. Atom bombasının dağıdıcılıq qüvvəsi.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed