İzahlı lüğət

DADLI

1. sif Yaxşı dadı olan, ləzzətli. Dadlı meyvə. Dadlı yeməklər. - Baxmaz guşeyi-çəşm ilə fəqiranə tərəf; Yüyürürsüz ora kim, dadlı, f.isincanlı olur. M.Ə.Sabir. [Piri baba:] Onun balı çox dadlıdır. S.S.Axundov. Üç ay qabaq qazılmış quyu bol, dadlı və sərin su verirdi. Ə.Vəliyev.
// məc. Xoşagələn, ləzzətverən, ruhu oxşayan, ürəyəyatan, lətif, xoş, şirin. Dadlı söz - can arzusu, dadsız söz - baş ağrısı. (Ata. sözü). Şairim! Seyr elə ətrafi, təbiət nə gözəl! Bax mənim hüsnümə, inşad elə bir dadlı qəzəl. A.Səhhət. ..Hacı Qulu dadlı röyasından oyanmış kimi oldu. A.Şaiq.
is. Xörəkdən sonra yeyilən şirniyyat, məzə. ..Konsulun evində təbrizlilərə məxsus bütün şirniyyatı və dadlıları görmək mümkün idi. M.S.Ordubadi.
dadlı-dadlı 1) sif. ləzzətli-ləzzətli, şirinşirin. Doyammadım dadlı-dadlı dilindən; Aman, Əslim, öylə sözlər söyləmə! “Əsli və Kərəm”; 2) zərf mənasında. Çobanlar tütək çalar, mahnı oxuyar, dadlı-dadlı söhbət edərdilər. A.Şaiq. Bişirərdi gözəl f.isincanlar; Dadlı-dadlı lətif müsəmmalar. A.Səhhət.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

DO1

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed