DESANT (ID - 8596)is. [fr.] 1. Hərbi əməliyyat aparmaq üçün gəmi, təyyarə və b. vasitələrlə düşmən torpağına çıxarılan qüvvə. Hava desantı. Desant çıxarmaq. - Sahilə çıxan desant almanları limandan qovdu... M.Hüseyn. ...Gecə desantını...
|
DESANTÇI (ID - 8597)is. Desant qoşunları döyüşçüsü.
|
DESERT (ID - 8598)is. [fr.] Xörəkdən sonra verilən meyvə, şirniyyat və s.
|
DESPOT (ID - 8599)[yun.] 1. Dövləti qanun əsasında deyil, öz istədiyi kimi idarə edən zülmkar, müstəbid hökmdar; hakimi-mütləq. Taxt və tac, yaxşı məqsədlə işə başlayan Nadiri də despota çevirir. M.Arif.
2. məc. Başqalarını öz iradəsinə... |
DESPOTCASINA (ID - 8600)zərf Despot kimi, müstəbidcəsinə, zülmkarcasına. Despotcasına hərəkət etmək.
|
DESPOTIK (ID - 8601)sif. [yun.] Müstəbid, istibdadçı, zülmkar. Despotik hökumət. - Rza xanın qəzəbli üzü və gözləri, despotik rəftarı onu çaşdırmışdı. M.İbrahimov.
|
DESPOTIZM (ID - 8602)[yun.] 1. İstibdada əsaslanan dövlət quruluşu; qeyri-məhdud hakimiyyət; istibdad, mütləqiyyət.
məc. Zülmkarlıq, müstəbidlik, zülm. Məlumdur ki, elm və mədəniyyət geniş yayıldıqdan sonra despotizm, fanatizm .. artıq yaşaya... |
DESPOTLUQ (ID - 8603)bax despotizm 2-ci mənada.
|
DESYATIN (ID - 8604)[rus.] Metr sistemindən qabaq tətbiq edilən 1,09 hektara bərabər yer ölçüsü. Desyatinə iki yüz manat deyənin ağzından vururlar. A.Şaiq.
|
DEŞDİRİLMƏ (ID - 8605)“Deşdirilmək”dən f.is.
|
DEŞDİRİLMƏK (ID - 8606)məch. Başqasına deşdirmək, deşik açdırılmaq.
|
DEŞDİRMƏ (ID - 8607)“Deşdirmək”dən f.is.
|
DEŞDİRMƏK (ID - 8608)icb. Deşik açdırmaq. Taxtanı deşdirmək. Dəmiri deşdirmək.
|
DEŞİCİ (ID - 8609)sif 1. Dələn, deşən, dəlici, deşə bilən. Deşici alət.
2. məc. Sancıcı, dəlici, iti. |
DEŞİK (ID - 8610)is. 1. Dəlik, dərin daz çuxur. Deşiyi bərkitmək. Deşikdən siçan çıxdı. - Qaranlıq bucaqlarda taxça kimi deşiklərə düzülüb saxsı qab-qaşıq, bir-iki mis qab. C.Məmmədquluzadə.
// Boşluq, boş yer. [Tülkü] öz heyvanlığı... |
DEŞİKAÇAN (ID - 8611)is. Deşik açmaq üçün alət.
|
DEŞİK-DEŞİK (ID - 8612)sif Çox deşiyi olan. Deşikdeşik divar. Deşik-deşik kağız.
□ Deşikdeşik eləmək - çoxlu deşik açmaq, hər yerini deşmək. Ol siçana çəngini vurdu pişik; Eylədi əndamını deşik-deşik. S.Ə.Şirvani. Tikan onun [Salatının]... |
DEŞİKLİ (ID - 8613)sifi Deşiyi olan, deşilmiş.
|
DEŞİLMƏ (ID - 8614)“Deşilmək”dən f.is.
|
DEŞİLMƏK (ID - 8615)1. “Deşmək”dən məch. ...Nişançının atdığı oxlardan kürkün də deşilib, papağın da. “M.N.lətif.”
t-siz. Üstü açılmaq, irinin və s.-nin çıxması üçün yol açılmaq. Çiban deşildi. |
DEŞİLMİŞ (ID - 8616)“Deşilmək”dən f.sif. Deşilmiş divar. Deşilmiş vedrə. Deşilmiş yara. - Güləsər atasının altı deşilmiş çarığını gözdən keçirdi və içəri adladı. İ.Şıxlı.
|
DEŞMƏ (ID - 8617)“Deşmək”dən f.is.
|
DEŞMƏK (ID - 8618)f. 1. Deşik açmaq, dəlmək. Burğu ilə taxtanı deşmək. Divarı deşmək. Siçan döşəməni deşib. - [Eyvaz kişi] bəndə çatınca su bəndi deşib məğrur bir tərzdə gücü gəldikcə fışqırırdı. Ə.Vəliyev.
İynə və s. ucuiti... |
DETAL (ID - 8619)is. [fr.] 1. Ən xırda təfərrüat.
tex. Maşın və mexanizmin irili-xırdalı hissələri. Ağ hamar detal iti bıçaq altında fırlanır... H.Seyidbəyli. |
DETALLAŞDIRILMA (ID - 8620)“Detallaşdırılmaq”dan f.is.
|
DETALLAŞDIRILMAQ (ID - 8621)məch. Bütün cəhətləri və təfərrüatı nəzərə alınmaq; dəqiqləşdirilmək.
|
DETALLAŞDIRMA (ID - 8622)“Detallaşdırmaq”dan f.is. ..Əsərlərin yazılışında detallaşdırma cəhətinə xüsusi diqqət yetirilir. Ə.Bədəlbəyli.
|
DETALLAŞDIRMAQ (ID - 8623)f. Bütün cəhətlərini və təfərrüatmı nəzərə almaq; dəqiqləşdirmək. Planı detallaşdırmaq.
|
DETEKTİV (ID - 8624)[ing. əsli lat.] Casusların macəralarını təsvir edən əsər. Detektiv roman.
|
DETEKTOR (ID - 8625)is. [lat.] rad. Yüksək tezlikli titrəyişləri qulaqla qavranıla bilən alçaq tezlikli titrəyişlərə çevirən cihaz.
|
DETERMİNİST (ID - 8626)[lat.] fəls. Determinizm tərəfdarı.
|
DETERMİNİZM (ID - 8627)[lat.] fəls. Cəmiyyət və təbiətdə baş verən bütün hadisələrin ümumi obyektiv qanunlardan və səbəbiyyət əlaqəsindən asılı olduğu haqqında elmi anlayış.
|
DEVALVASİYA (ID - 8628)[fr.] iqt. Qiymətdən düşmüş kağız pulların tədavüldən götürülərək sabit kağız pullarla əvəz edilməsindən ibarət pul islahatı.
// Kağız pulların məzənnəsinin aşağı salınması. |
DEVİK (ID - 8629)sif. məh. İş görəndə o yan-bu yana baxmağa adət etmiş. Devik adam.
|
DEVİKMƏ (ID - 8630)“Devikmək”dən f.is.
|
DEVİKMƏK (ID - 8631)bax döyükmək. Bunların devikdiyini görən Rüstəm dayandı. S.Rəhimov.
|
DEVİRMƏ (ID - 8632)“Devirmək”dən f.is.
|
DEVİRMƏK (ID - 8633)f 1. Altını üstünə çevirmək, başıaşağı etmək. Qazanı devirmək. Stolu devirmək.
2. məc. Yıxmaq, hakimiyyətdən məhrum etmək, ortadan qaldırmaq, ləğv etmək. Mütləqiyyəti devirmək. Burjuaziyanı devirmək. - İndi artıq yıxıldı,... |
DEVİZ (ID - 8634)is. [fr.] 1. Əsas bir fikrin, məsləkin, əqidənin qısa şəkildə ifadəsi. Səbirlə fürsət gözləmək.. [Mollayevin] devizi idi. M.Hüseyn.
2. Konkurslarda: müəllifin öz ad və familiyası əvəzində əsəri üzərində yazdığı söz,... |
DEVR (ID - 8635)1. Bax dövr1.
Bax dövrə 2-ci mənada. Bu ümid ilə ki qəmzəndən ala kami-dilin; Düzülüb gözlərini dövrünə müjgan səf-səf. S.Ə.Şirvani. etnoqr. Evə gətirilmiş gəlinə xalça üzərində yer açmaq adəti. Həsən ağanın... |
DEVRİLİŞ (ID - 8636)is. Devirmə işi, devrilmə, çevriliş.
|
DEVRİLMƏ (ID - 8637)“Devrilmək”dən f.is.
|
DEVRİLMƏK (ID - 8638)məch. 1. Altı üstünə çevrilmək, başıaşağı edilmək.
2. məc. Hakimiyyətdən məhrum edilmək, məhv edilmək, ortadan qaldırılmaq. Çar üsuli-idarəsi 1917-ci il fevral ayının 27-də devrildi. - Şahlıq devrilsə də, başqa rəng... |
DEYƏ (ID - 8639)qoş. Səbəb və ya məqsəd bildirir. Gecikməsin deyə tezdən durdu. - Əmirxanı oyatmayır, dincəlsin deyə; Bəzən onun nəfəsinə qulaq da asır. S.Vurğun. Rahatyatsın deyə körpəm beşikdə; Dayanmışdır keşikdə igid, qəhrəman Bakı....
|
DEYƏ-GÜLƏ (ID - 8640)zərf Gülə-gülə, şən bir halda söhbət edə-edə. Əmirxan quş kimi qalxdı ayağa; Dostlar deyə-gülə getdilər bağa. S.Vurğun. Eyvazın manqasındakı oğlan və qızlar deyə-gülə işləyirdilər. Ə.Vəliyev.
|
DEYƏK (ID - 8641)(Kİ) ara söz. Tutaq ki, fərz edək ki, elə bil. Deyək ki, bu gün xəstələndin. [Şamxal] Yaxşı, deyək ki, atam kişidi, gözü qızışıb, bəs bu nə üçün evini-eşiyini buraxıb arvad üstünə gəlib?! İ.Şıxlı.
|
DEYƏN (ID - 8642)dan. b ax deyəsən. Deyən, o getdi. - Deyən, əkizlərlə gəldi bərabər; Poladın evinə ögey-doğmalıq. M.Rahim.
|
DEYƏN-GÜLƏN (ID - 8643)sif Şən, ürəyiaçıq, zarafatcıl, əhvallı. Deyən-gülən, söhbətcil oğlan.
|
DEYƏSƏN (ID - 8644)ara söz mənasında. Ehtimal, gərək ki, görünür (ki). Onun dedikləri, deyəsən, düz çıxmadı. Deyəsən, gələn var.
[Fazil:] Vallah, mən özüm də məəttəl qalmışam; çünki o dəli övrətdən də, deyəsən, bir haray yoxdur. C.Məmmədquluzadə.... |
DEYİB-DANIŞMA (ID - 8645)is. Söhbət, söhbət etmə.
|
Bu səhifə dəfə baxılıb