DRAXMA (ID - 10896)is. [yun.] Yunanıstanın pul vahidi.
|
DRAJE (ID - 10897)is. [fr.] 1. Yumru formalı kiçik konfet.
tib. Yumru dərman dənələri. |
DRAQUN (ID - 10898)[fr.] Çar ordusunda və bəzi xarici ölkə ordularında: xüsusi atlı qoşun hissələri nəfəri, yaxud zabiti. Draqun polku. -Axşam yeməyinin axırına qədər Qruşnitski draqun kapitanı iləpıçıldaşır və gözləşirdi. Lermontovdan.
|
DRAM (ID - 10899)1. Bax drama. Hələ 1932-ci ildən düşünməkdə olduğu “Əfqanıstan ” dramı üzərində Cabbarlı daha ciddi çalışmaq niyyətində idi. M.Arif.
2. Sif. mənasında. Dram janrı. Dövlət dram teatrı. Dram əsərləri. |
DRAMA (ID - 10900)[yun.] 1. Səhnədə ifa olunmaq üçün dialoq şəklində (müəllifin öz sözü olmadan) yazılmış ədəbi əsər növü. N.Vəzirovun dramaları. Yeni dramanın tamaşaya qoyulması. - İstər şeirlərində və istərsə də ilk hekayə və dramalarında...
|
DRAMATİK (ID - 10901)sif. [yun.] 1. Dramaya məxsus, dramaya aid olan. Dramatik artist. Dramatik sənətkar.
Dramatizm ilə dolu; ağır, gərgin, sarsıdıcı; faciəli. Dramatik səhnə. Dramatik hadisə. mus. Tembrcə güclü, bir qədər kəskin (səs haqqında).... |
DRAMATİKLƏŞDİRİLMƏ (ID - 10902)“Dramatikləşdirilmək”dən f.is.
|
DRAMATİKLƏŞDİRİLMƏK (ID - 10903)məch. Dramatizmi, gərginliyi şiddətləndirilmək; dramatik şəklə salınmaq.
|
DRAMATİKLƏŞDİRİLMİŞ (ID - 10904)f.sif. Dramatizmi, gərginliyi şiddətləndirilmiş; dramatik şəklə salınmış.
|
DRAMATİKLƏŞDİRMƏ (ID - 10905)“Dramatikləşdirmək”dən f.is.
|
DRAMATİKLƏŞDİRMƏK (ID - 10906)f Dramatizmi, gərginliyi artırmaq, şiddətləndirmək; dramatik şəklə salmaq.
|
DRAMATİKLİK (ID - 10907)bax dramatizm.
|
DRAMATİZM (ID - 10908)[yun.] Hadisələrin dramaya xas olan gərginliyi; dramatiklik. Süjetin dramatizmi. Pyes dramatizmlə doludur.
// Faciəlilik. |
DRAMATURGIYA (ID - 10909)[yun.] ədəb. 1. Drama sənəti. Dramaturgiya əsərləri. Dramaturgiyanın vəzifələri.
Hər hansı bir xalqın, yazıçının, dövrün və s.-nin dramatik əsərləri. M.F.Axundzadə dramaturgiyası. Maarifçi dramaturgiyanın inkişafında yeni... |
DRAMATURJİ (ID - 10910)sif. [yun.] Dramaturgiyaya aid. Dramaturji fəaliyyət. Dramaturji məharət. Əsərin dramaturji quruluşu. [“Solğun çiçəklər”dəki] dramaturji vəziyyət .. mürəkkəbdir; çünki burada nadanlıqdan və cəhalətdən artıq tamah, pul, xüsusi...
|
DRAMATURQ (ID - 10911)[yun.] ədəb. Drama yazan yazıçı. “Solğun çiçəklər”pyesində Cabbarlının bir dramaturq kimi müvəffəqiyyəti pulun pozucu təsirini göstərməyə təşəbbüs etməsi idi. M.Arif. [H.Ərəblinski] heç bir tamaşa buraxmır, artistlərlə,...
|
DRAMATURQLUQ (ID - 10912)is. Dramaturqun işi, peşəsi, sənəti, məşğuliyyəti; drama yazma sənəti.
|
DRAMLAŞDIRILMA (ID - 10913)“Dramlaşdırılmaq”dan f.is.
|
DRAMLAŞDIRILMAQ (ID - 10914)məch. Dram şəklinə salınmaq.
|
DRAMLAŞDIRILMIŞ (ID - 10915)f.sif Dram şəklinə salınmış. Dramlaşdırılmış roman.
|
DRAMLAŞDIRMA (ID - 10916)“Dramlaşdırmaq”dan f.vs.
|
DRAMLAŞDIRMAQ (ID - 10917)f. Dram şəklinə salmaq. Hekayəni dramlaşdırmaq.
|
DRAMNƏVİS (ID - 10918)is. [yun. dram və fars. ...nəvis] köhn. b ax dramaturq. Dramnəvis özü də bugünkü tamaşadan çox razı qalmışdı. S.Rəhimov.
|
DRAMNƏVİSLİK (ID - 10919)köhn. bax dramaturqluq.
|
DRAP (ID - 10920)[fr.] Üst paltarı üçün qalın yun parça növü. Mağazadan üç metr drap aldım.
// Bu parçadan tikilmiş. Qoşatxan sarı drap paltosunun ətəyini yığıb maşından çıxan özü kimi balacaboy arvadını qarşılayıb qolundan tutdu.... |
DREDNOUT (ID - 10921)[ing.] Müasir xətt gəmisinin sələfi olan güclü silahlarla silahlanmış, itigedən iri zirehli gəmi.
|
DREL (ID - 10922)is. [rus.] Burğu aləti, cihaz.
|
DRENAJ (ID - 10923)[fr.] 1. tex. Arxlar və ya borular sistemi vasitəsilə torpağın qurudulması; həmçinin bu məqsəd üçün işlədilən arx və borular sistemi. Drenaj arx. Drenaj kanal. Drenaj sistemi. - Şoran torpaqları yuduqda şor suyu axıtmaqdan ötrü...
|
DRENAJLAMA (ID - 10924)tex. tib. “Drenajlamaq”dan f.is.
|
DRENAJLAMAQ (ID - 10925)f. 1. tex. Torpağı arxlar və ya borular sistemi vasitəsilə qurutmaq.
2. tib. Piltə çəkmək; irini çəkmək üçün yaraya piltə qoymaq. |
DRENAJLANMA (ID - 10926)“Drenajlanmaq”dan f.is.
|
DRENAJLANMAQ (ID - 10927)məch. 1. tex. Arxlar, ya borular vasitəsilə qurudulmaq. Bataqlıq drenajlandı.
2. tib. Piltə qoyulmaq; piltə və s. vasitəsilə çəkilmək (irin). |
DREYF (ID - 10928)[holl.] dəniz. Buzların, gəmilərin və s.-nin öz-özünə külək və ya cərəyan istiqamətində hərəkət etməsi.
|
DREZİNA (ID - 10929)[alm.] Rels üzərində motor və ya əllə hərəkətə gətirilən kiçik dəmiryol arabası, vaqonu.
|
DRUJİNA (ID - 10930) |
DRUJİNAÇI (ID - 10931)is. Drujina üzvü, drujina nəfəri.
|
DUA (ID - 10932)is. [ər.] 1. Adamların bir mətləblə Allaha və müqəddəs saydıqları şəxslərə müraciət, yaxud da ibadət zamanı zikr etdikləri sözlər. Şəhərin kənarı, camaat ayaq üstə, əlləri duada, dodaqları dua vird edir. C.Məmmədquluzadə.
... |
DUAÇI (ID - 10933)is. köhn. Dua edən, birinə yaxşılıq, uzun ömür, səadət arzu edən adam. Borclunun duaçısı alacaqlıdır. (Ata. sözü). Duaçınam, salma məni nəzərdən; Əskik olmayasan sənadan, Pəri! M.P.Vaqif. [Xudayar bəy:] Bəlı, qazı ağa,...
|
DUAGU (ID - 10934)[ər. dua və fars. ...gu] köhn. bax duaçı. ..Əgər bizim vilayətin əhvalını xəbər almaq istəsəniz, lillahülhəmd, sağ və salamat sizin ömrünüzə duagu varıq. C.Məmmədquluzadə. [Məşədi Püstə bacı:] A bala, boyuna qurban! Hər...
|
DUALAMA (ID - 10935)“Dualamaq”dan f.is.; dua oxuma mərasimi.
|
DUALAMAQ (ID - 10936)f din. Nikah mərasimində oğlanla qızın bir yerdə xoşbəxt və uzun ömür sürmələri üçün dua oxumaq; dualama mərasimi icra etmək. Gəlini molla dualayandan sonra faytona minişərdilər. R.Əfəndiyev.
|
DUALANMA (ID - 10937)“Dualanmaq”dan f is.
|
DUALANMAQ (ID - 10938)məch. din. Üzərində dualama mərasimi icra edilmək.
|
DUALATMA (ID - 10939)“Dualatmaq”dan f.is.
|
DUALATMAQ (ID - 10940)icb. din. Dualama mərasimi icra etdirmək (başqası vasitəsilə).
|
DUALİİST (ID - 10941)[lat.] Dualizm (1-ci mənada) tərəfdarı.
// Sif. mənasında. Dualist dünyagörüşü. |
DUALİZM (ID - 10942)[lat.] 1. fəls. Varlığın əsasını, bir-birini inkar edən və bir-biri ilə mübarizə aparan iki əsas səbəb (materializm və idealizm) təşkil etdiyini iddia edən fəlsəfi nəzəriyyə (monizm ziddi).
2. Ümumiyyətlə, ikilik. |
DUA-SƏNA (ID - 10943)is. [ər.] b ax dua 1-ci mənada.
□ Dua-səna etmək - bax dua etmək (“dua”da). Şəms padşaha dua-səna edib xəzinənin üstünə gəldi, açarları alıb işə başladı. (Nağıl). Anası uşağı Cavadın qucağından aldıqdan sonra... |
DUAYAZAN (ID - 10944)is. din. köhn. Dua yazmaqla məşğul olan adam. [Sərvinaz xanım:] ..Deyiblər İrandan bir duayazan gəlib, getmişəm onun da yanına, beşcə manat ona vermişəm, genə bir əsər olmayıb. N.Vəzirov.
|
DUBLET (ID - 10945)[fr.] kit. Hər hansı bir şeyin ikinci nüsxəsi; iki eyni şeydən biri. Kitabın dubleti. Heykəlin, qravürün dubleti.
// Qoşa. |
Bu səhifə dəfə baxılıb