İzahlı lüğət

DUMBUL (ID - 10996)

is. Biri böyük, biri kiçik olmaqla ikiçanaqlı zərbli musiqi aləti. Dumbul çalmaq. - Dumbul əvvəl ağır, sonra sürətli templə çalınardı. H.Sarabski.

DUMBULÇALAN, DUMBULÇU (ID - 10997)

is. Dumbulda çalan çalğıçı. Dumbulçu həmin mahnının tempi ilə dumbulu çalar, iştirak edənlər də aşağıdakı mahnını oxuyardılar. H.Sarabski.

DUMBULÇULUQ (ID - 10998)

is. Dumbulçunun işi, peşəsi.

DUM-DUM (ID - 10999)

[coğrafi, addan]: Dum-dum gülləsi - ucu küt olub ağır surətdə yaralayan, qəlpələnən güllə.

DUMDUM (ID - 11000)

dumdum halvası dan. - real olmayan, həqiqətdə tapılmayan, mümkün, yaxud asan olmayan şey haqqında.

DUMDUMA (ID - 11001)

is. məh. Fırfıra.

DUMDURU (ID - 11002)

sif. 1. Lap duru, büllur kimi şəffaf. Dumduru su. - Araz gəlir daşınnan;
Suyu qalxır başınnan; Əzəli dumduruydu; Bulandı göz yaşınnan. (Bayatı). Bu səssiz dərədəsə sular axır dumduru; Mürgüləyən qayalar sanki geyib zərxara....

DUMDURULUQ (ID - 11003)

is. Dumduru şeyin hal və keyfiyyəti.

DUMRUQ (ID - 11004)

is. məh. 1. Bax tumurcuq.
Açılmayıb düymə halında olan qönçə, çiçək qönçəsi. Alça ağacı dumruq göstərir, daha yazdır.
Dəridə qabarcıqlı səpgi. Üzü dumruqla doludur.

DUMRUQLANMA (ID - 11005)

“Dumruqlanmaq”dan

DUMRUQLANMAQ (ID - 11006)

f Tumurcuqlanmaq, tumurcuq əmələ gəlmək.

DUMURCUQ (ID - 11007)

is. Damcı.
dumurcuq-dumurcuq zərf Damcı-damcı.

DUPDURU (ID - 11008)

bax dumduru.

DUPLET (ID - 11009)

[fr.] Bilyard oyununda: şar vurma üsullarından biri.

DUR (ID - 11010)

zərf [fars.] klas. Uzaq, uzaq məsafədə olan.
□ Dur etmək (eyləmək) - uzaqlaşdırmaq. Cənnəti-vəslindən, ey canım, məni dur eyləmə. Xətayi. Dur olmaq - uzaqlaşmaq. Məzur tut, ey əziz, məzur! Mən qəsd ilə səndən olmadım...

DURACAQ (ID - 11011)

is. 1. Nəqliyyat vasitələrinin dayanacaq yeri; duraq. Biz gəlib duracağa çatdıq. Avtobus duracağı. - Yol üzərində bulunan duracaqların birində bir qədər dincəlmək lazım gəldi. S.Hüseyn. Bir qədərdən qatar duracağa çatdı. S.Rəhimov....

DURAQ (ID - 11012)

is. Duracaq, dayanacaq yer, mənzil, düşərgə. Çarvadarların duraqları karvansaralar olardı. - Çənlibel durağım, Qırat oynağım; At minməkdə arzumanım qalmadı. “Koroğlu”. Deyirlər, qaçağın olmaz durağı... M.Rahim.
// bax...

DURBİN (ID - 11013)

[fars.] 1. is. Uzaq şeyləri görmək üçün iki paralel müşahidə borucuğundan ibarət, əldə tutulan optik cihaz; binokl. Bir də gördüm,.. səyahətçi libasında bir şəxs durbin ilə qayanın döşündəki köhnə imarətə baxır. S.S.Axundov....

DURBİNLİ (ID - 11014)

sif. Durbini (binoklu) olan, əlində durbin (binokl) tutmuş. 'Pəncərədən baxıb qaçır ağ durbinlixanımlar. S.Vurğun.

DURDURMAQ (ID - 11015)

icb. Durmağa məcbur etmək.

DURĞU (ID - 11016)

is. Dayanma, durma, dayanış.
□□ Durgu işarələri qram. - yazıda (mətndə) sözlər və ya söz birləşmələri arasında sintaktik əlaqəni göstərən qrafik işarələr (nöqtə, vergül, iki nöqtə və s.).

DURĞUN1 (ID - 11017)

sif. 1. Hərəkətsiz, sakit. Durğun hava. - Gecə olduqca sakit və durğun idi. M.S.Ordubadi. Yaz səhərinin sərin, təmiz, durğun havasında telefon elə cingildəyirdi, deyərsən, mis tiyana çaşnı tökürlər. Mir Cəlal. Balaca bir külək...

DURĞUN2 (ID - 11018)

is. Yoğun bağırsağın sonu.

DURĞUNLUQ (ID - 11019)

is. 1. Durğun şeyin halı; hərəkətsizlik, hərəkət etməmə. [Turxan bəy:] Hər duruşunda, hər baxışında bir durğunluq var. H.Cavid. İndi [Qısanın] simasında intihara qərar vermiş kimi, küt bir durğunluq vardı. Mir Cəlal.
2....

DURĞUZMA (ID - 11020)

“Durğuzmaq”dan f.is.

DURĞUZMAQ (ID - 11021)

f 1. Ayağa qaldırmaq, yerindən qaldırmaq.
// Yerindən qalxmağa (durmağa) məcbur etmək. Başqasını durğuzub yerində oturmaq. - Mansur onu durğuzub aparmaq istədisə də, Sitarə mane olub oturdu. C.Cabbarlı.
Yuxudan oyatmaq. Uşaqları...

DURMA (ID - 11022)

“Durmaq”dan f.is.

DURMADAN (ID - 11023)

zərf Dayanmadan, arası kəsilmədən, ara vermədən, daim. Yağış durmadan yağır. Durmadan danışır. Biliyinizi durmadan artırın! - Əsirdi durmadan birbaşa yellər; Döyürdü bağrını dağ-daşa sellər. S.Vurğun.

DURMAQ (ID - 11024)

f 1. Ayaq üstə, şaquli vəziyyətdə hərəkətsiz dayanmaq. Ağacın altında kölgədə durmaq. Güzgünün qabağında durmaq. Sahildə durub dənizə baxdıq. - [Odabaşı Xudayar bəyə:] ..Di, burada niyə durubsan, buyur, gedək mənzilə. C.Məmmədquluzadə....

DURMAQAÇ (ID - 11025)

zərf dan. Tez, tələsik, təcili, birnəfəsə.

DURMAQSIZIN (ID - 11026)

bax durmadan.

DURNA (ID - 11027)

is. zool. Dimdiyi, boğazı və ayaqları uzun köçəri iri bataqlıq quşu. Qatarqatar olub qalxıb havaya; Nə çıxıbsız asimanə, durnalar?! M.V.Vidadi. Durnalar dəstə-dəstə göydə uçar; Oxuyar nəğmələr, cənuba qaçar. A.Səhhət. Göylərin...

DURNABALIĞI (ID - 11028)

is. zool. Şirin sularda yaşayan yastı və uzunsov başlı yırtıcı balıq. Suyun özünün və çayın dibinin rəngindən asılı olaraq, durnabalıqları tutqun və ya sarımtıl yaşıl rəngdə olur. Bədəninin uzunsov oxşəkilli olması və...

DURNABOĞAZ(LI) (ID - 11029)

sif. Uzun boğazı olan, uzunboğaz.

DURNAGÖZ(LÜ) (ID - 11030)

sif. şair. 1. Gözəl, aydın gözləri olan. [Gülsənəm:] Kəndimizdəki durnagözlü qızları ürkütməklə saymaq olmur. M.Hüseyn.
2. məc. Təmiz, saf, dumduru mənasında. Çox keçmişəm bu dağlardan; Durnagözlü bulaqlardan. S.Vurğun....

DURU (ID - 11031)

sif. 1. Maye halında olan, su kimi axıcı, sıyıq. Duru yanacaq. Durupalçıq. Duru xörək.
// Həddindən artıq sıyıq olan, suyu çox olan, sulu. Duru qatıq. Duru dovğa.
Saf, təmiz, şəffaf, aydın. Vətənimin göyləri göllərindən...

DURUXDURMA (ID - 11032)

“Duruxdurmaq”dan f.is.

DURUXDURMAQ (ID - 11033)

icb. Duruxmağa məcbur etmək, duruxmasına səbəb olmaq; çaşdırmaq, karıxdırmaq, təəccübləndirmək. Bu sual [Əbülhəsən bəyi] duruxdurdu. M.S.Ordubadi.

DURUXMA (ID - 11034)

“Duruxmaq”dan f.is. Mən onların duruxmasına hirsləndim. Mir Cəlal.

DURUXMAQ (ID - 11035)

f Fikrə getmək, söz axtarmaq, düşünmək. Gözlərin kimi gözlər; Duruxub kimi gözlər? Sarı Aşıq. ..Sadıq bir az duruxub cavab verdi ki, lağlağı onun ayamasıdır. C.Məmmədquluzadə. [Məşədi bəy] duruxdu, gülümsünərək daha ifadəli...

DURUXSU(N)MAQ (ID - 11036)

bax duruxmaq.
..Xidmətçi qadın gəlib [qapını] açdı. Məni görürkən duruxsundu. M.S.Ordubadi. Cəfər qarpızı hirslə yerinə qoyub geri çəkildi, qiymətini azaltmaq üçün bir-iki addım da qızdan uzaqlaşdı. Sonra duruxsuyub Rüstəm...

DURULAMA (ID - 11037)

“Durulamaq”dan f.is.

DURULAMAQ (ID - 11038)

f dan. Aydınlaşdırmaq, müəyyənləşdirmək. O, çötkəni qabağına çəkdi, çırt yoxuşa, çırt enişə, haqq-hesabı durulayıb aydınlaşdırdı. S.Rəhimov.

DURULANMA (ID - 11039)

“Durulanmaq”dan f.is.

DURULANMAQ (ID - 11040)

f Duru olmaq, duru hala gəlmək, durulmaq; şəffaflanmaq. Su durulandı.

DURULAŞDIRILMA (ID - 11041)

“Durulaşdırılmaq”dan f.is.

DURULAŞDIRILMIŞ (ID - 11042)

f.sif. Duru hala gətirilmiş.

DURULAŞDIRMA (ID - 11043)

“Durulaşdırmaq”dan

DURULAŞDIRMAQ (ID - 11044)

f. Duru hala salmaq; şəffaflaşdırmaq. Suyu durulaşdırmaq.

DURULAŞMA (ID - 11045)

“Durulaşmaq”dan f.is.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed