İzahlı lüğət

DİRİ (ID - 9996)

sif. 1. Canı olan, canlı, sağ, yaşayan (ölü ziddi). Diridir, ölməmiş Simon hala; Ona fürsət verərmiyim? H.Cavid.
// Öldürülməmiş, başı kəsilməmiş, canı çıxmamış. Diri quş. Diri balıq. - [Quşu] diri (z.) saxlamaq niyyəti...

DİRİBAŞ (ID - 9997)

sif. Cəld, çevik, zirək, bacarıqlı. [İskəndər bəy:] Xala, sən nə diribaş qarısan? N.Vəzirov. [Qəhrəman:] Yoldaşlarımın biri nazik, arıq, alagözlü, .. qarasaçlı, diribaş bir qız idi. H.Nəzərli. Laçın hələ yeddicə yaşında...

DİRİBAŞLAŞMA (ID - 9998)

“Diribaşlaşmaq”dan f.is.

DİRİBAŞLAŞMAQ (ID - 9999)

f Diribaş olmaq, diribaşlığı daha da artmaq; çevikləşmək, zirəkləşmək.

DİRİBAŞLI (ID - 10000)

bax diribaş.

DİRİBAŞLIQ (ID - 10001)

DİRİCƏ (ID - 10002)

“Diri”dən oxş.

DİRİ-DİRİ (ID - 10003)

zərf 1. Diri halda, öldürmədən, ölməmiş. Quşu diri-diri tutmaq. - Amma razı olduqda özümü diri-diri od içinə salmış olurdum. T.Ş.Simurq. [Birinci kəndli:] Ay Mirzə, başına dönüm, .. Səfər bəy bizi diridiri qırıb tələf edir.....

DİRİGÖZLÜ (ID - 10004)

sif. 1. Canlı, diri. [Əsgər:] Mən arşını iki şahılıq çiti görməmiş almayıram; Halbuki dirigözlü arvad ola! Ü.Hacıbəyov.
İtigörən, zirək. Bu uşaqlar dirigözlü, təpədən-dırnağa qədər silahlanmış düşmənlə vuruşurdular.....

DİRİJABL (ID - 10005)

[fr.] İçərisi qazla doldurulmuş korpusu olan, xüsusi mühərrikli, havadan yüngül, uçucu aparat; idarə olunan aerostat.

DİRİJOR (ID - 10006)

[fr.] Orkestri, xoru, opera, ya balet tamaşasını idarə edən şəxs. Balet dirijoru. Orkestr dirijoru. - Səbri dirijor çubuğunu yuxarı qaldırarkən salon kiridi, alqış dərin və mənalı bir sükuta çevrildi. M.Hüseyn. Davud əllərini kənara...

DİRİJORLUQ (ID - 10007)

is. Dirijorun işi, sənəti, vəzifəsi. Dirijorluq etmək (orkestri, xoru idarə etmək).

DİRİLDİCİ (ID - 10008)

sif. Dirildən, can verən, ruh verən, həyat verən.

DİRİLİK (ID - 10009)

is. 1. Diri, canlı cismin halı, diri halda olma; sağlıq. Ölü öldü, diriyə dirilik gərək. (Ata. sözü).
// Varlıq, mövcudluq, var olma, mövcud olma. [Qədir:] Mən yekəlikdə adamın diriliyini danırlar. Mir Cəlal.
Həyat, yaşayış,...

DİRİLMƏ (ID - 10010)

“Dirilmək”dən f.is.

DİRİLMƏK (ID - 10011)

f 1. Canlanmaq, cana gəlmək,
dirçəlmək; qüvvəsi, gücü, cəsarəti özünə qayıtmaq. Bənnasız hörgü hörülməz; Təbibsiz xəstə dirilməz. “Koroğlu”. Məstan bəy dirildi. Papağını qaşının üstə çəkib bığlarını tumarladı.....

DİRİLTMƏ (ID - 10012)

“Diriltmək”dən f.is.

DİRİLTMƏK (ID - 10013)

f 1. Canlandırmaq, həyata qaytarmaq, yenidən enerji və qüvvət vermək, ruhlandırmaq. Orqanizmi diriltmək. Bu su məni diriltdi. Dağ havası xəstəni diriltdi.
[Həcər xanım:] Oğlum, Çingiz, mənə yenidən ruh verib diriltdin, Allah səni...

DİRİNGƏ (ID - 10014)

is. 1. Bax diringi. Arabir diringə (oyun havası) çalanda mütrüb oynamağa başlardı. H.Sarabski. [Nazlı] elə bil, çalğısız, diringəsiz də olsa, bu dəqiqə hökmən oynamaq istəyirdi. Ə.Əbülhəsən.
Uşaqları, ilk ayaq açarkən...

DİRİNGİ (ID - 10015)

is. mus. Muğamat hissələri arasında çalman yüngül və oynaq musiqi parçaları. Azərbaycan xalq musiqisi ölçülərindən ən çox inkişaf edən, sazəndələr arasında “üç badam bir qoz” deyilən vəzn əsasında olan diringilərdir....

DİRİSOYAN (ID - 10016)

is. dan. Amansız, rəhmsiz, insafsız.
// Həddindən artıq tamahkar adam haqqında.

DİRRİK1 (ID - 10017)

is. Səbzəvat, göyərti və s. əkilən yer; bostan. Dirrik bitkiləri. - Bəzi adamlar da öz dirrikyerlərində çalışırdı. S.Rəhimov. ..Bayram bəzən işə getmirdi. Öz həyətinin çəpərini möhkəmləndirir, ağaclarına qulluq edir, suyu...

DİRRİK2 (ID - 10018)

is. dan. Ev müxəlləfatı, ev şeyləri.

DİRRİKÇİ (ID - 10019)

is. Dirrikçiliklə məşğul olan adam; bostançı. Dirriklərdə dizinəcən çirməkli dirrikçilər lək sulayırdılar. Mir Cəlal.

DİRRİKÇİLİK (ID - 10020)

is. Dirrikçinin işi, peşəsi, məşğuliyyəti; dirrik becərmə işi; bostançılıq.

DİRSƏK (ID - 10021)

is. 1. Qol ilə bilək arasında olan büküyün bayır hissəsi. 'Bəzən Dilşad xanım üzüqoylu uzanıb, dirsəklərini yerə qoyaraq çayı nəlbəki ilə içər və ayaqlarını part-part yerə döyərdi. T.Ş.Simurq. Diyar kişi dirsəyi...

DİRSƏKCİK (ID - 10022)

is. Kiçik dirsək.

DİRSƏKLƏMƏ (ID - 10023)

“Dirsəkləmək”dən f.is.

DİRSƏKLƏMƏK (ID - 10024)

f. 1. Dirsəyi ilə yavaşca vurmaq, itələmək; dirsəyini toxunduraraq bir şey bildirmək. Yanında oturanı dirsəkləyib oyatdı.
2. Dirsəyindən tutmaq.

DİRSƏKLƏNMƏK (ID - 10025)

1. məch. Dirsəklə yavaşca vurulmaq.
2. qayıd. Dirsəyi ilə söykənmək. Dirsəkləndi, başını qoydu və yatdı. - Dirsəkləndi yerində; Göz gəzdirdi otağa. R.Rza. Kiçikxanım pəncərəyə dirsəklənib çənəsini ovcuna almış, həyətə...

DİRSƏKLİ (ID - 10026)

sif. 1. Dirsəyi olan, yaxud dirsəklər şəklində olan (b ax dirsək 2 və 3-cü mənalarda). Dirsəkli val, boru.
2. məc. dan. Qüvvətli, qolugüclü, sözükeçən. Dirsəkli adam.

DİRSƏKŞƏKİLLİ (ID - 10027)

b ax dirsəkvari.

DİRSƏKVARİ (ID - 10028)

sif. Dirsəyə oxşayan, dirsək şəklində olan, dirsək kimi bükük olan.

DİSHARMONIK (ID - 10029)

sif. Harmoniyasız, ahəngsiz.

DİSHARMÖNİYA (ID - 10030)

[yun.] mus. Harmoniyanın pozulması; ahəngsizlik.

DİSK (ID - 10031)

[yun.] 1. Yastı, dairəvi lövhə.
// idm. Uzağa atmaq üçün həmin şəkildə olan idman aləti. Disk tullama yarışı.
// Maşının və s. qurğunun yastı, dairə, halqa şəklində olan hissəsi. Telefonun diski. - Qazıma turbininin...

DİSKANT (ID - 10032)

[lat.] mus. Zil uşaq səsi.
// Bu cür səsi olan oxuyan uşaq.

DİSKET (ID - 10033)

is. tex. Kompyuterdə yazım diski.

DİSKLƏMƏ (ID - 10034)

“Diskləmək”dən f.is.

DİSKLƏMƏK (ID - 10035)

f k.t. Torpağı diskli mala, kultivator və s. ilə becərmək.

DİSKLƏNMƏ (ID - 10036)

“Disklənmək”dən f.is.

DİSKLƏNMƏK (ID - 10037)

məch. k.t. Diskli mala, kultivator və s. ilə becərilmək (torpaq).

DİSKLİ (ID - 10038)

sif. Diski olan. Diskli mala. Diskli alət.

DİSKÜSSİYA (ID - 10039)

[lat.] Hər hansı bir mübahisəli məsələnin iclasda, mətbuatda və s. də azad, açıq müzakirəsi. Diskussiya keçirmək. Ədəbiyyat məsələsinə həsr olunmuş diskussiya. - Diskussiyada yazıçılar, ədəbiyyatşünaslar, tənqidçilər,...

DİSPANSER (ID - 10040)

[fr.] Xüsusi müalicə və müntəzəm tibbi nəzarət yolu ilə xəstəliklərin qabağını almaqla məşğul olan tibbi müəssisə. Vərəm dispanseri.

DİSPANSERİZASİYA (ID - 10041)

[fr.] bax dispanserləşdirmə.

DİSPANSERLƏŞDİRMƏ (ID - 10042)

f.is. tib. Dispanserlər vasitəsilə nəzarət və tibbi-profılaktik yardım sahəsində görülən tədbirlər sistemi.

DİSPETÇER (ID - 10043)

[ing.] xüs. Nəqliyyatın hərəkətini, yaxud müəssisənin işinin gedişini bir mərkəzi məntəqədən idarə edən işçi. Dəmiryol stansiyası dispetçeri. Baş dispetçer.

DİSPETÇERLİK (ID - 10044)

is. Dispetçerin işi, vəzifəsi. Dispetçerlik etmək.

DİSPLEY (ID - 10045)

is. [ing.] Kineskoplu qurğu, cihaz.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed