İzahlı lüğət

DİRİ

sif. 1. Canı olan, canlı, sağ, yaşayan (ölü ziddi). Diridir, ölməmiş Simon hala; Ona fürsət verərmiyim? H.Cavid.
// Öldürülməmiş, başı kəsilməmiş, canı çıxmamış. Diri quş. Diri balıq. - [Quşu] diri (z.) saxlamaq niyyəti ilə üsulluca çantaya salıb Eldarın yanına qayıtdı. M.Rzaquluzadə.
□ Diri etmək - diriltmək, yaşatmaq, əbədiləşdirmək. Təəccüb budur ki, mərhum Molla Vəli Vidadinin .. asar və əşarından və tərcümeyi-halından bixəbərdirlər və onun adını diri etməyə əsla hümmət və qeyrət göstərməyirlər. F.Köçərli.
// İs. mənasında. Ölülər elə bilirlər ki, dirilər halva yeyir. (Ata. sözü). Demək olmaz dirilərtəkyatıb, əlbət, duracaq; Ölülər yatmağıdır, yox buna payan, ölüb... ə! M.Ə.Sabir. Diri qalmaq - yaşamaq, ölməmək, var olmaq. Farsların Sədi və Hafizi diri qalan kimi, bizlərin də Zakiri, Seyyidi, Nəbatisi, Saliki, Arifi gərək diri qalsınlar. F.Köçərli.
Yaxşı bişməmiş; çiy. Xörəyin düyüsü diridir.
Sərt, cod. Diri parça.
məc. Qüvvətli, çevik, qıvraq, diribaş, əlli-ayaqlı, bacarıqlı. Diri adam. Diri qocadır.
// Canlı, qüvvətli. Safonun baldırı min dəfə səninkindən diridir. S.Rəhimov.
// Canlı, ifadəli. Uşağın iri və diri gözləri muncuq kimiparıldadı. Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed