DİRİLTMƏKf 1. Canlandırmaq, həyata qaytarmaq, yenidən enerji və qüvvət vermək, ruhlandırmaq. Orqanizmi diriltmək. Bu su məni diriltdi. Dağ havası xəstəni diriltdi.
[Həcər xanım:] Oğlum, Çingiz, mənə yenidən ruh verib diriltdin, Allah səni hər bəladan hifz etsin. S.S.Axundov. Dini-mistik təsəvvürlərdə: ölü halından canlı - diri hala gətirmək, can vermək. Badisəba İsa kibi gərçi dirildir ölüyi; Ənbərfişan zülfün dəmi badi-səbayə tən edər. Nəsimi. [Nazlı:] Ana, deyirlər, bu gələn qonağımız ölüləri dirildir. C.Məmmədquluzadə. məc. Göz qabağma gətirmək, göz önündə canlandırmaq. Şerim, bu hikməti aləmə bildir; Xəyal ölənləri bəzən dirildir. M.Rahim. // məc. Unudulmuş, xatirədən silinmiş, tərk edilmiş bir şeyi yenidən bərpa etmək; dirçəltmək. Paylaşın - Hamı bilsin
|