İzahlı lüğət

DUZSUZ (ID - 11146)

sif. 1. Duzu olmayan, duz vurulmamış, yaxud duzu az. Duzsuz xörək. Şorba yaman duzsuzdur.
2. məc. dan. Şit, bayağı, xoşagəlməz, qanısoyuq. Duzsuz adam.
// Maraqsız, mənasız. İclas çox soyuq və duzsuz (z.) qurtardı. Ə.Vəliyev....

DUZSUZLANMA (ID - 11147)

“Duzsuzlanmaq”dan f.is.

DUZSUZLANMAQ (ID - 11148)

bax duzsuzlaşmaq.

DUZSUZLAŞDIRILMA (ID - 11149)

“Duzsuzlaşdırılmaq”dan f.is.

DUZSUZLAŞDIRILMAQ (ID - 11150)

məch. Duzsuz hala gətirilmək, duzdan təmizlənmək.

DUZSUZLAŞDIRMA (ID - 11151)

“Duzsuzlaşdırmaq”dan f.is.

DUZSUZLAŞDIRMAQ (ID - 11152)

f Duzsuz hala gətirmək, duzdan təmizləmək, duzunu çıxarmaq.

DUZSUZLAŞMA (ID - 11153)

“Duzsuzlaşmaq”dan f.is.

DUZSUZLAŞMAQ (ID - 11154)

f. Duzsuz hala gəlmək, duzu çıxmaq, duzu qaçmaq.

DUZSUZLUQ (ID - 11155)

is. 1. Duzsuz şeyin halı.
2. məc. Şitlik, bayağılıq, xoşagəlməzlik; qanısoyuqluq.

DÜ (ID - 11156)

say [fars.] İki (ancaq nərd oyununda işlənir).

DÜA (ID - 11157)

DÜBARƏ (ID - 11158)

zərf [fars.] 1. İkinci dəfə, təkrar. Dübarə gəldi, yenə getdi. - Bu halda həyətdə dübarə qalmaqal qopur. M.F.Axundzadə. Yusifin sanma dübarə görə Yəqub üzünü. X.Natəvan. Fərhad Aslanın sualına cavab vermədi. Aslan dübarə...

DÜBBƏ (ID - 11159)

is. köhn. dan. Masqaraçı, oyunbaz.

DÜBBƏDÜZ (ID - 11160)

sif. Dümdüz, tamamilə düz.

DÜBBƏLİK (ID - 11161)

is. dan. Masqaraçılıq, oyunbazlıq. Siz bu dübbəlikdən nə kimi ləzzət alırsınız? M.S.Ordubadi.

DÜBBİ-ƏKBƏR (ID - 11162)

is. [ər.] klas. Böyük ayı bürcü.

DÜBBİ-ƏSĞƏR (ID - 11163)

is. [ər.] klas. Kiçik ayı bürcü.

DÜBEYT (ID - 11164)

is. [fars. dü və ər. beyt] ədəb.
İki beytdən ibarət olan lirik şeir forması.
2. Saz (aşıq) havalarından birinin adı. Dübeyt oxumaq. - Aşığın çaldığı bir dübeyt dərhal onu mütəəssir edir. O. Sarıvəlli.

DÜBƏDÜ (ID - 11165)

zərf [fars.] dan. İkilikdə.

DÜBƏND(İ) (ID - 11166)

is. [fars.] köhn. Ayaqqabı növü. [Molla Qasım] ayağına qara meşindən dikdaban Təbriz dübəndisi və bəzi vaxt sarı rəngli nəleyin geyərdi. H.Sarabski.

DÜBƏRD (ID - 11167)

dübərdini dağıtmaq dan. - divan tutmaq.

DÜÇAR (ID - 11168)

sif. [fars.] Mübtəla, tutulmuş. Naçaram, mən naçaram; Yaman dərdə düçaram. (Bayatı).
□ Düçar etmək - üz-üzə gətirmək, rastlaşdırmaq, məruz qoymaq, uğratmaq. [Hacı Qara:] Amma bu zəmanədək [qanınızı] tökən olmayıb,...

DÜDƏK (ID - 11169)

bax düdük. Çomaq əldə dolaşır dağı, daşı; Qoyun, quzu, köpək, düdək yoldaşı. A.Şaiq.

DÜDƏMƏ (ID - 11170)

sif. və is. 1. İki cinsdən törəmiş; mələz. Qatır düdəmə heyvandır.
2. İkiağızlı; iri. Düdəmə bıçaq.

DÜ-DÜ-DÜ (ID - 11171)

təql. Toyuq, xoruz və cücələri çağırmaq üçün çıxarılan səs. Ovcumu dən ilə doldurub “dü-dü-dü!” səslədiyim zaman hər yerdə olsalar [toyuq və cücələr] qanad çalıb yanıma gələrdi. A.Şaiq.

DÜDÜK (ID - 11172)

is. 1. Qarğıdan və s.-dən qayrılan, nəfəslə çalınan ən sadə çalğı aləti; ney. Bir qədər keçəndən sonra musiqiyə olan həvəsim o qədər azaldı ki, başıbəlalı düdüyü bilmərrə gözdən saldım. C.Məmmədquluzadə. Sevgili...

DÜDÜKÇALAN, DÜDÜKÇÜ (ID - 11173)

sif. və is.
Düdük çalan çalğıçı. [1-ci mücahid:] Ay düdükçülər, .. düdükləri işə salın görək. M.S.Ordubadi.
2. məc. dan. Adamaldadan, yalan vədlər verməyi özünə peşə etmiş adam.

DÜDÜKÇÜLÜK (ID - 11174)

is. 1. Düdükçünün (1-ci mənada) işi, peşəsi, məşğuliyyəti.
2. məc. dan. Adam aldatma xasiyyəti.

DÜDÜLƏMƏ (ID - 11175)

“Düdüləmək”dən f.is.

DÜDÜLƏMƏK (ID - 11176)

f. “Dü-dü” deyərək ev quşlarını çağırmaq. Toyuqları düdüləmək.

DÜGAH (ID - 11177)

is. [fars.] Musiqi muğamlarından birinin adı.

DÜHA (ID - 11178)

is. [ər.] 1. İnsan zəkasının, istedadının ən yüksək zirvəsi; xariqüladə ağıl və zəka; dahilik. [Xumar:] Oxunur gözlərində nuri-düha; Yüksəl, ey şeyx! Gəl, düşünmə daha!.. H.Cavid. Füzuli öz dühası ilə Azərbaycana parlaq...

DÜHALI (ID - 11179)

sif. Dühası olan, dühaya malik olan.

DÜXİŞ (ID - 11180)

is. [fars.] k.t. dan. Əkin yerinə iki dəfə cüt sürmə.

DÜXTƏR (ID - 11181)

is. [fars.] klas. Qız. Gözəllikdə gəlsə düxtəri-Misri; Səni ondan min ziyadə deyərlər. “Abbas və Gülgəz”. Görmədinmi, necə o Şeyx Sənan; Düxtəri-tərsayə xidmətkar olmuş! Q.Zakir.

DÜJÜN (ID - 11182)

[rus.] On iki eyni növ şeyin ədədi, on iki eyni növ əşyadan düzəldilmiş dəst, komplekt. Bir düjün qaşıq (12 dənə qaşıq). [Məşədi Səttar:] .. Onun malının siyahısı həmişə yadında qalar. Mən ərz eləyim: on girvənkə yağ,...

DÜKAN (ID - 11183)

is. [ər.] 1. Mal satmaq üçün kiçik bina, kiçik mağaza. Qəssab dükanı. Çörək dükanı. - ..Biz deyirik, cümə günlərini tətil eliyək, dükanlarımızı bağlayaq və alışverişə məşğul olmuyaq. C.Məmmədquluzadə. [Həmzə:] Qurban!...

DÜKAN-BAZAR (ID - 11184)

is. Dükanlar olan yer, bazar, çarşı. Dükan-bazar bağlanıbdır. - Bir su içim saatda bütün dükan-bazar qaldı başına. “Koroğlu”.

DÜKANÇA (ID - 11185)

is. Kiçik dükan.

DÜKANÇI (ID - 11186)

is. Dükan sahibi, dükan saxlayan, dükanda alış-verişlə məşğul olan adam. Dükançılar bir-birinə dəydi, dükanlar bir anın içində bağlandı. A.Şaiq. Abbas qırdığı odunu şələləyib bazarda dükançılara satırdı. S.S.Axundov....

DÜKANÇILIQ (ID - 11187)

is. Dükançı peşəsi, dükançının işi, məşğələsi; dükan alverçiliyi.

DÜKANDAR (ID - 11188)

[ər. dükkan və fars. ...dar]
köhn. bax dükançı. Üç adam bir stolun başında oturub çilov yeyirdi.. Onlardan biri onu [Firidunu] bir dükandar, yaxud xırda tacir zənn edərək, ayağa durdu.. M.İbrahimov.
2. Dükanda satıcı. [Dadaş:]...

DÜKANDARLIQ (ID - 11189)

bax dükançılıq.

DÜKÇƏ (ID - 11190)

is. məh. Cəhrənin iyinə sarılan yumaq. Qarı gündə bir dükçə ip əyirir.

DÜLBƏRÇİN (ID - 11191)

is. məh. Yonca növlərindən birinin adı.

DÜLƏR (ID - 11192)

is. [fars.] Nərd oyununda: hər iki zərin iki (dü) göstərməsi.

DÜLGƏR (ID - 11193)

is. Taxtadan qapı, pəncərə kimi şeylər qayıran usta. Atam allaf babam dülgər idi. M.Ə.Sabir. Tapdıq gah taxta yonan dülgərlərə, gah təkərləri yoxlayıb mazutlayanlara, gah da dəyə çubuğu seçib təmizləyənlərə göstəriş verirdi....

DÜLGƏRXANA (ID - 11194)

is. Dülgər emalatxanası.

DÜLGƏRLİK (ID - 11195)

Dülgər sənəti, işi, peşəsi. Dülgərlik etmək. - Və o gündən artıq [Haşım] dülgərlik sənətini öyrənməyə çalışırdı. Talıblı.
// Taxtadan müxtəlif şeylər qayırma. [Rəsul] bir qədər irəli gedib gördü ki, bir kişi...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed