DÖYMƏC (ID - 10846)is. məh. Yaş meyvənin döyülməsi ilə hazırlanan yemək. Gün uzun, külfət oruc, döyməc ilə keçmir əməl. M.Möcüz.
// Doğranmış çörək və pendiri qarışdırıb yağda qovurmaqla hazırlanan yemək. // Ovulmuş çörəklə... |
DÖYMƏDÖŞƏMƏ (ID - 10847)is. aşp. İçərisinə döyülmüş ət qoyulmuş, yaxud qarası ət qiyməsi olan plov. [Ağa Kərim xan:] ..Tez ürəktutan xörəklərdən birisi döymədöşəmədir. N.Vəzirov.
|
DÖYMƏK (ID - 10848)f. 1. Əziyyət vermək, yaxud cəzalandırmaq üçün birini əl, yaxud başqa bir şeylə vurmaq; kötəkləmək, əzişdirmək. Xanım haqsız yerə [Sarıköynəyi] söyübdanlamağa, döyməyə, incitməyə başlayır. S.Hüseyn. [Qədir:] Öküzü...
|
DÖYMƏKABAB (ID - 10849)is. Döyülmüş ətdən bişirilən kabab. Başladı zakazı: döymə kabab, cücə kababı, çoxoxbili, daha nə bilim nə. Ə.Haqverdiyev.
|
DÖYMƏQİYMƏ (ID - 10850)is. aşp. Döyülmüş ət, noxud və kişmişdən bişirilən yemək.
|
DÖY-SINDIR (ID - 10851)zərf dan. Bərk-bərk döyərək, əzişdirərək; döyülmüş halda. Kişini döysındır aparıb qatırlar zindana. “M.N.lətif.”.
|
DÖYÜKDÜRMƏ (ID - 10852)“Döyükdürmək”dən f.is.
|
DÖYÜKDÜRMƏK (ID - 10853)f. Təəccübləndirmək, mat qoymaq, çaşdırmaq. Bünyadın qulaqları uğuldayırdı, [külək] onu döyükdürmüşdü. Ə.Əbülhəsən.
|
DÖYÜKMƏ (ID - 10854)“Döyükmək”dən f.is.
|
DÖYÜKMƏK (ID - 10855)f Özünü itirmək, mat qalmaq, təəccüb etmək, çaşıb qalmaq, çaşmaq. Sofiya xanım Rüstəm bəyi görən kimi əvvəl döyükdü, rəngi qaçdı. Çəmənzəminli. [Ruqiyyə] ovçu əlindən qurtarmış maral kimi döyüküb töysünürdü....
|
DÖYÜKMÜŞ (ID - 10856)f.sif. Çaşmış, özünü itirmiş, çaşıb qalmış, mat qalmış. O, içəri girdi, döyükmüş gözləri ilə dükanın içindəkilərə baxdı. M.Hüseyn. ..Qulam döyükmüş (z.) halda ətrafına baxınıb soruşdu. Ə.Əbülhəsən. Camaat...
|
DÖYÜLMƏ (ID - 10857)“Döyülmək”dən f.is.
|
DÖYÜLMƏK (ID - 10858)məch. 1. Əl və ya başqa bir şeylə vuraraq əziyyət verilmək; kötəklənmək, əzişdirilmək. Bərk döyülmək. - Bir də görürdün [Dəli Səməd] döyüldüyü yerdə, gözləri yaşlı qəhqəhə çəkib gülürdü. Çəmənzəminli. [Əhməd:]...
|
DÖYÜLMÜŞ (ID - 10859)f.sif. 1. Əziyyət verilmək
üçün əl və ya başqa bir şeylə vurulmuş; kötəklənmiş, əzişdirilmiş. // Məğlub edilmiş. Sünbülündən ayrılmış. Döyülmüş taxıl. Üyüdülmüş, narın hala salınmış. Həvəngdə... |
DÖYÜM (ID - 10860)is. Taxıl döymə işi. Taxıl döyümü. Döyüm başlandı. - Kəndlərin çoxunda biçin başlayıb sürətlə davam edirdi. Döyüm üçün kəndlilər .. çox tələsirdilər. Ə.Əbülhəsən.
|
DÖYÜN (ID - 10861)b ax döyüm. Kəndlilər biçindən, döyündən və bağ-bostandan qayıtmışdılar. Ə.Abasov.
// Döyülən taxıl. Sovuruq atan kişilər əllərindəki ağac şanalar ilə toplanan döyünü düzəldir və sahmana salırdılar. S.Rəhimov. |
DÖYÜNÇÜ (ID - 10862)is. Taxıldöyən adam; xırmançı. Başıçalmalı döyünçü qoca xırmançı Pasını qarşıladı. S.Rəhimov.
|
DÖYÜNÇÜLÜK (ID - 10863)is. Döyünçünün işi, peşəsi.
|
DÖYÜNDÜRMƏ (ID - 10864)“Döyündürmək”dən f.is.
|
DÖYÜNDÜRMƏK (ID - 10865)icb. Döyünməyə məcbur etmək, döyünməsinə səbəb olmaq. Ürəyini döyündürmək.
|
DÖYÜNMƏ (ID - 10866)“Döyünmək”dən f.is. Ürək döyünməsi.
|
DÖYÜNMƏK (ID - 10867)1. f Xəstəlik üzündən, yaxud qorxudan, həyəcandan, fərəhdən və başqa səbəblərdən tez-tez vurmaq, çırpınmaq (ürək). ..On beş yaşına gəlincə hər kəs [tənbəkini] çəksə, onun boyu çıxmaz, özünün də ürəyi döyünər....
|
DÖYÜNTÜ (ID - 10868)is. Döyünmə. 'Döyüntü bilməyir burda ürəklər; Səyirdir atını qopan küləklər. S.Vurğun.
|
DÖYÜŞ (ID - 10869)is. Vuruşma, çarpışma, vuruş, dava. Döyüş meydanı. Döyüş əməliyyatı. Əsgərlərin döyüş hazırlığı. Döyüşlərdən çıxmış ordu. Döyüş təcrübəsi. - Pozmaz cərgəmizi nə dərə, nə düz; Hazırdır döyüşə qızıl...
|
DÖYÜŞÇÜ (ID - 10870)is. Sıravi əsgər. Komandir və döyüşçülər. - Meşədə minlərlə döyüşçünün yerləşdiyinə baxmayaraq, bir səs belə eşidilmirdi. M.S.Ordubadi. Başqa bir döyüşçü həyəcanla serjanta tərəf gəlir. Ə.Məmmədxanlı.
□... |
DÖYÜŞDÜRMƏ (ID - 10871)“Döyüşdürmək”dən f.is.
|
DÖYÜŞDÜRMƏK (ID - 10872)icb. Bir-biri ilə vuruşdurmaq, dalaşdırmaq, toqquşdurmaq. Qoç döyüşdürmək. - On üç yaşına çatana kimi mən küçələrdə xoruz döyüşdürürdüm. C.Məmmədquluzadə.
// Bərk-boşluğunu yoxlamaq üçün yumurtaların uclarını... |
DÖYÜŞDÜRÜLMƏ (ID - 10873)“Döyüşdürülmək”dən f.is.
|
DÖYÜŞDÜRÜLMƏK (ID - 10874)məch. Bir-biri ilə vuruşdurulmaq, dalaşdırılmaq, toqquşdurulmaq.
|
DÖYÜŞƏN (ID - 10875)f.sif. Vuruşan, vuruşqan, döyüşkən. 'Döyüşən xoruz, qoç.
// Mübarizə edən. M.S.Ordubadinin “Döyüşən şəhər” adlı romanı tarixi hadisələrə həsr olunmuşdur. |
DÖYÜŞKƏN (ID - 10876)sif. 1. Davakar, vuruşqan, savaşqan. Döyüşkən adam. Döyüşkən xoruz.
[Səttar:] Özü arıq bir oğlandır. Amma bilirsən necə döyüşkəndir? P.Makulu. 2. məc. Mübariz, qorxmaz, cəsarətli. [Dilbər:] Sizi isə, Gülüş, indi mən... |
DÖYÜŞKƏNLƏR (ID - 10877)is. zool. Şirin sularda və akvariumlarda yaşayan kiçik balıq.
|
DÖYÜŞKƏNLİK (ID - 10878)is. 1. Davakarlıq, vuruşqanlıq, savaşqanlıq.
2. məc. Mübarizlik, cəsarətlilik. |
DÖYÜŞQABAĞI (ID - 10879)sif. Döyüş başlamadan əvvəl. Döyüşqabağı hazırlıq.
|
DÖYÜŞMƏ (ID - 10880)“Döyüşmək”dən f.is.
|
DÖYÜŞMƏK (ID - 10881)f (Bir-biri ilə) çarpışmaq, vuruşmaq, savaşmaq, toqquşmaq. Qoçlar döyüşür. Xoruzlar döyüşlər. - Mərd döyüşəndə namərd qaçar. (Məsəl). Dünyanı sellərində çalxayan bizim həyat; Sağdan sola döyüşmüş, sonra yoluna düşmüş....
|
DÖYÜŞ-SÖYÜŞ (ID - 10882)is. Dava-dalaş, döyüşübsöyüşmə, dalaşma.
|
DÖYÜŞSÜZ (ID - 10883)zərf Döyüş olmadan, vuruşmadan, çarpışmadan; dinc yolla. Şəhəri döyüşsüz almaq.
// Mübarizəsiz. Qışsız bahar olmadığı kimi, döyüşsüz, əziyyətsiz, qurbansız da qələbə, xoşbəxt həyat yoxdur. Ə.Abasov. |
DÖZMƏ (ID - 10884)“Dözmək”dən f.is.
|
DÖZMƏK (ID - 10885)f 1. Davam gətirmək, tab gətirmək, səbirlə keçirmək, qatlaşmaq. Ağrıya dözmək. Əziyyətə dözmək. - Soyuq dəmir çəkicə dözər. (Ata. sözü).
// Səbir etmək, təhəmmül etmək, səbirlə gözləmək. Dözürsən döz bu ayrılıq... |
DÖZÜLMƏ (ID - 10886)“Dözülmək”dən f.is.
|
DÖZÜLMƏK (ID - 10887)məch. Davam gətirilmək, tab gətirilmək; təhəmmül edilə bilmək, keçirilə bilmək.
|
DÖZÜLMƏZ (ID - 10888)sif. Dözmək mümkün olmayan, dözülə bilməyən, dözülməsi çətin olan. Dözülməz vəziyyət. Dözülməz isti. Dözülməz hərəkət. Dözülməz söz. - Çoxları məyus oturmuşdu. Bu hal özü də geridə qalmağın nə dərəcədə ağır...
|
DÖZÜLMƏZLİK (ID - 10889)is. Dözülə bilməməzlik, dözülməz vəziyyət. [Firidun:] Həyatımızın dözülməzliyinə dair sizin əqli və məntiqi dəlilləriniz əleyhinə bir şey demək mümkün deyildir.. M.İbrahimov.
|
DÖZÜM (ID - 10890)is. Dözmə, qatlaşma qabiliyyəti; mətanət, dəyanət, səbir etmə, dayanma, davam gətirmə, tab gətirmə; davam, səbat. Dözümü yoxdur. - Dağlar, səndə gözüm var: Dərdə məndə dözüm var. (Bayatı). [Buğac] öz gücünü, çevikliyini,...
|
DÖZÜMLÜ (ID - 10891)sif. Dözümü olan; səbirli, davamlı, tablı, mətanətli. Qaraca qız da Nurəddin kimi pis günə dözümlü, səbirli bir uşaqdır. S.S.Axundov. İdris, sən yaxşı bilirsən ki, müharibə dəhşətli bir müharibədir. Onun çovğunları və...
|
DÖZÜMLÜLÜK (ID - 10892)is. Dözmə, tab gətirmə, davam gətirmə qabiliyyəti; cismən və mənən möhkəmlik, davamlılıq, səbirlilik, səbat, mətanət. Futbol insanda dözümlülük, cəldlik, çeviklik kimi keyfiyyətlər tərbiyə edir.
|
DÖZÜMSÜZ (ID - 10893)sif. Dözümü olmayan; səbirsiz, davamsız, tab gətirə bilməyən, tabsız. Püstəxanım həddindən artıq dözümsüz idi. M.Hüseyn.
|
DÖZÜMSÜZLÜK (ID - 10894)is. Dözümün olmadığı hal və keyfiyyət; cismən və mənən davamsızlıq, səbatsızlıq, mətanətsizlik.
|
DÖZÜŞ (ID - 10895)bax dözüm.
|
Bu səhifə dəfə baxılıb