
DÖYÜKMƏKf Özünü itirmək, mat qalmaq, təəccüb etmək, çaşıb qalmaq, çaşmaq. Sofiya xanım Rüstəm bəyi görən kimi əvvəl döyükdü, rəngi qaçdı. Çəmənzəminli. [Ruqiyyə] ovçu əlindən qurtarmış maral kimi döyüküb töysünürdü. A.Divanbəyoğlu. Arvad qab dəsmalı ilə yaşarmış gözlərini silib ərinin qabağında döyükə-döyükə (z.) qaldı. S.Rəhman.
Paylaşın - Hamı bilsin
|