İzahlı lüğət

DAĞIDILMA (ID - 7746)

“Dağıdılmaq”dan f.is. Mən özüm .. küçədən keçərkən yenə bir nəfər pristavın dükanın dağıdılmasına mane olduğunu gördüm. M.S.Ordubadi.

DAĞIDILMAQ (ID - 7747)

“Dağıtmaq”dan məch.

DAĞIDILMAZ (ID - 7748)

sif Dağıdıla bilməyən; yıxılmaz, yenilməz.

DAĞIDILMAZLIQ (ID - 7749)

is. Dağıdılmaz şeyin hal və keyfiyyəti; yıxılmazlıq, yenilməzlik.

DAĞILIŞMA (ID - 7750)

“Dağılışmaq”dan f.is.

DAĞILIŞMAQ (ID - 7751)

qarş. Dağılmaq (çoxları haqqında), bir-birindən aralanıb müxtəlif tərəflərə getmək, hərə bir tərəfə getmək. Qonaqlar dağılışdılar. - Quzular yenə çölə dağılışaraq otlayırdı. M.İbrahimov. Axıra qalmış qonaqlar da...

DAĞILMA (ID - 7752)

“Dağılmaq”dan f.is.

DAĞILMAQ (ID - 7753)

f 1. Sökülmək, uçulmaq, altüst olmaq, xaraba halına gəlmək. Daşqın zamanı bəndlər dağıldı. Zəlzələdən çoxlu ev dağılmışdır. Körpü seldən dağıldı.
// Bərbad hala gəlmək, pozulmaq. Təsərrüfat dağıldı.
Çox...

DAĞILMIŞ (ID - 7754)

1. “Dağılmaq”dan f.sif
Qarğış mənasında. [Zaman:] O günə daş düşəydi ki, sən mənim dağılmış xarabamın qapısından girdin. Ə.Haqverdiyev. Müsafirlərdən bir çoxu: - Bu dağılmışda heç vaxt sağlam bir hava görmədim,...

DAĞIM-DAĞIM (ID - 7755)

zərf Parça-parça, doğram-doğram; yırtıq. Dağım-dağım etmək. Dağım-dağım olmaq. - Hələ partlayış davam edir, mərmi və mina ilə dağım-dağım olan yerin bağrından tüstülər qalxırdı. Ə.Əbülhəsən.

DAĞINIQ (ID - 7756)

sif. 1. Uçuq, sökük; uçulmuş, sökülmüş; xaraba halına gəlmiş. [Tərlan] əvvəlcə məktəbin geniş həyətinə, sonra da dağınıq kənd evlərinə baxdı. M.Hüseyn. Dağınıq və uçuq evləri görərkən .. yolçunun ürəyi sıxıldı....

DAĞINIQLIQ (ID - 7757)

is. Dağınıq şeyin halı. Fikrin dağınıqlığı.

DAĞINTI (ID - 7758)

is. Yıxılmaq, uçulmaq, dağılmaq və ya sökülmək nəticəsində əmələ gələn yığın, qalaq, töküntü; xarabalıq. Müharibə nəticəsində əmələ gəlmiş dağıntı.

DAĞINTILIQ (ID - 7759)

is. Dağıntı çox olan yer; xarabalıq.

DAĞISTANLI (ID - 7760)

is. Dağıstanda yaşayan yerli xalqlardan birinə mənsub olan adam.

DAĞITDIRMA (ID - 7761)

“Dağıtdırmaq”dan f.is.

DAĞITDIRMAQ (ID - 7762)

“Dağıtmaq”dan icb.

DAĞITMA (ID - 7763)

“Dağıtmaq”dan f.is.

DAĞITMAQ (ID - 7764)

f. 1. Sökmək, uçurmaq, xaraba qoymaq, alt-üst etmək. Köhnə binanı dağıtmaq. Zəlzələ evlərin çoxunu dağıtdı.[Zaman xan:] Ona binaən əmr etdim ki, .. körpüləri dağıtsınlar və yolları pozsunlar. M.F.Axundzadə. Bu saat yenə sultanın...

DAĞKEÇİSİ (ID - 7765)

is. zool. Dağlıq yerlərdə yaşayan vəhşi keçi növü. Ətraf əhali hər il bu dağdan dağkeçisi vurardı. Ə.Vəliyev. Cüyür, dağkeçisi tutub dünyanı; Bizim yerlər kimi gözəlyer hanı? Z.Xəlil.

DAĞKEŞNİŞİ (ID - 7766)

is. bot. Dağlıq yerlərdə bitən, keşnişə oxşayan birillik bitki (tərəvəz kimi istifadə olunur). Dağkeşnişinin acımtıl dadı olur.

DAĞKƏLİ (ID - 7767)

is zool. Dağlıq yerlərdə yaşayan vəhşi kəl.

DAĞQOÇU (ID - 7768)

is. zool. Dağlarda yaşayan vəhşi qoç.

DAĞLALƏSİ (ID - 7769)

is. bot. Əksərən dağlarda bitən soğanaqlı çiçək bitkisi. Bu yerlərdə nə istəsən taparsan: ..sarmaşıqmı, dəvəçiçəyimi, məxmərgülümü, dağlaləsimi?! Mir Cəlal.

DAĞLAMA (ID - 7770)

“Dağlamaq”dan f.is.

DAĞLAMAQ (ID - 7771)

f 1. Qızdırılmış dəmirlə damğa vurmaq. Qoyunları dağlamaq. Atı dağlamaq. - Adamı ürəkdən, heyvanı budundan dağlarlar. (Ata. sözü).
məc. Yandırmaq. ..Şaxta qızmar bir dəmir kimi onu dağlayır. Ə.Məmmədxanlı.
məc. Adətən...

DAĞLANMA (ID - 7772)

“Dağlanmaq”dan f.is.

DAĞLANMAQ (ID - 7773)

“Dağlamaq”dan (3-cü mənada) məch. [Fatma xanım:] Səni öyrədənin ciyəri dağlansın! N.Vəzirov. [Abdulla xan:] Ürəyim Pərviz xandan dağlanıb. Ə.Haqverdiyev.

DAĞLATDIRMA (ID - 7774)

“Dağlatdırmaq”dan f.is.

DAĞLATDIRMAQ (ID - 7775)

“Dağlatmaq”dan icb.

DAĞLATMA (ID - 7776)

“Dağlatmaq”dan f.is.

DAĞLATMAQ (ID - 7777)

“Dağlamaq”dan icb.

DAĞLI1 (ID - 7778)

is. Dağlıq yerdə yaşayan adam. Burada dağlılar yaşar bəxtiyar; Qürurdan aralı, kindən aralı. S.Vurğun.
// Dağıstanlı, Dağıstan əhli. Keçmiş əsrin altmışıncı illərində .. bir mütəxəssis rus əlifbasını dağlıların...

DAĞLI2 (ID - 7779)

sif. 1. Qızdırılmış dəmirlə damğa vurulmuş, damğası olan. Dağlı heyvan. Dağlı at.
2. məc. Adətən “sinəsi”, “ürəyi”, “qəlbi” sözləri ilə - çox dərdli, çox qəmli, çox mütəəssir, ürəyi yaralı. Ürəyi dağlı...

DAĞLIQ (ID - 7780)

1. sif. Dağı çox olan. Dağlıq ölkə. Dağlıq yerlər. [Dağıstanın] ..o biri dağlıq qismi .. yaşamaq üçün çox çətin və məşəqqətlidir. A.Bakıxanov.
// Dağ üstündə olan. Vaxtı ilə dərə-təpəlik olan yuxarı dağlıq...

DAĞLILIQ (ID - 7781)

is. Dağlıq yerin halı.

DAĞNANƏ(Sİ) (ID - 7782)

is. bot. Əsasən dağlarda bitən xoşiyli çoxillik ot bitkisi. Yumşaq otların, əlvan çiçəklərin, dağnanələrinin gözəl qoxusundan adam bihuş olurdu. A.Şaiq.

DAĞNOVRUZU (ID - 7783)

is. bot. Çoxillik çiçək bitkisi.

DAĞSAQQIZI (ID - 7784)

is. bot. Dağlarda bitən kauçuklu bitki.

DAĞSİÇANI, DAĞSİÇOVULU (ID - 7785)

is. zool. Tarla və bostan bitkilərinə zərər verən gəmirici.

DAĞTƏRXUNU (ID - 7786)

is. bot. Təbabətdə işlənən ot və yarımkol bitki.

DAĞTURPU (ID - 7787)

is. bot. Uzunsov yarpaqlı ikiillik ot bitkisi. Becərilmə üsulu ilə yetişdirilən, dağturpu ikiillik ot bitkisidir. Gövdəsinin uzunluğu 30-80 sm-ə çatır. Yarpaqları uzunsov, kənarı diş-diş və bəzən hamar olur. R.Əliyev.

DAĞÜSTÜ (ID - 7788)

sif. Dağın üstündə olan, hündür yerdə olan. Dağüstüpark. - ..Çalbayır dağlarından başlamış dağüstü Şuşaya, Əsgəran qalasına qədər nazik qar yer üzünü örtür.. S.Rəhimov.

DAHA (ID - 7789)

əd. 1. Sifətlərdən əvvəl gələrək çoxaltma dərəcəsi əmələ gətirir. Daha yaxşı. Daha bərk. Daha sağlam.
// Zərflərlə birlikdə işləndikdə müqayisə dərəcəsi düzəltməyə xidmət edir. Əvvəlkindən daha bərkyağır....

DAHAN (ID - 7790)

bax dəhan. Ləblərin şəhdü şəkər; Dahanın bal kimidi. (Bayatı). Dolaşır dahanda söhbətim, sözüm; Mənmi qocalmışam, ya zəmanəmi? “Koroğlu”.

DAHİ (ID - 7791)

[ər.] 1. is. Xariqüladə ağıl və zəkaya malik olan şəxs. Azadeyi-küdurət idi səhni-asiman; Dahilərin xəyalı kimi təbdar idi. M.Hadi. Dahilər - hər sözü bir dağ, bir qala; Cahillər - dağıtmaq, yıxmaq “dahisi”. M.Araz.
//...

DAHİCƏSİNƏ (ID - 7792)

zərf Dahiyə xas olan xariqüladə zəka ilə, istedadla, yaradıcılıqla.

DAHİLİK (ID - 7793)

is. Dahiyə xas olan ağıl və zəka; düha. Nizaminin dahiliyi. - Birdən qəfil yada gəlsə: Dahilik! İçimdən bir səda gəlsə: Dahilik!.. Tanrım, məni məndən qoru bu yaşda. M.Araz.

DAHİYANƏ (ID - 7794)

sif. [ər. dahi və fars. ...anə] Dahicəsinə, dahiyə xas olan, ancaq dahinin yarada biləcəyi. Dahiyanəfikir. - Yüksək, pak və təmiz bir eşq ifadə edən Füzulinin dahiyanə fəlsəfi sənət əsərlərində bəzən bir kədər, acı bir faciə...

DAXAL (ID - 7795)

is. məh. Qarğıdan, qamışdan düzəldilmiş daxma.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed