DÜYÜNLƏMƏK (ID - 11396)f 1. Düyün edib bağlamaq, düyün vurmaq, düyün halına gətirmək. İpləri bir-birinə düyünləmək. - O əllər məkik atmaqdan, .. odun kəsməkdən, ya da nazik qırıq ipək saplarını düyünləməkdən, cəhrə dolandırmaqdan, lülə...
|
DÜYÜNLƏNMƏ (ID - 11397)“Düyünlənmək”dən f.is.
|
DÜYÜNLƏNMƏK (ID - 11398)məch. 1. Düyün edilib bağlanmaq, düyün vurulmaq.
2. məc. Dolaşmaq, mürəkkəbləşmək, çətinləşmək; yığılıb bir-birinə qarışmaq. Yenə də əski xatirələr düyünlənib onun fikrini çulğaladı. Ə.Vəliyev. Dəmirov dönüb... |
DÜYÜNLÜ (ID - 11399)sif. 1. Düyünü, ya düyünləri olan. İlanlar fışıldayır kol-koslar arasından; Ayağa dolaşan düyünlü kəndir kimi. S.Rüstəm.
Bir parçanın və s.-nin içinə qoyulub düyünlənmiş. Papağının içindən əsgiyə düyünlü açarları... |
DÜYÜRD (ID - 11400)is. məh. Üzərində xırda düyünlər və toz kimi nöqtələr şəklində naxışı olan çarqat. Bir az yaşlı qadınlar tünd rəngli xaralardan paltar geyib, başlarına da düyürdü kəlağayıdan çalma çalardılar. H.Sarabski.
|
DÜYÜTƏMİZLƏYƏN (ID - 11401)sif. Çəltiyi təmizləyib düyü halına salan. Düyütəmizləyən zavod. Düyütəmizləyən maşın.
|
DÜZ (ID - 11402)1. sif. Enişi, yoxuşu, çuxuru, təpəsi olmayan, hamar (səth haqqında). Düz yer. Düz çöl. Düz meydança. Düz döşəmə. Düz taxta.
is. Düzən, çöl, düzəngah, düzənlik. Mil düzü. Cıdır düzü. Düzlərdə yaşayan əhali. Cücələrim... |
DÜZBƏDÜZ (ID - 11403)zərf Düz, birbaş. [Şölə xanım:] Ay aman! Vəzir düzbədüz qapıya sarı gəlir. M.F.Axundzadə.
|
DÜZBUCAQ (ID - 11404)is. Bütün bucaqları düz olan dördbucaq.
|
DÜZBUCAQLI (ID - 11405)sif. Bucağı (bucaqları) düz olan. Düzbucaqlı üçbucaq. Düzbucaqlı bina.
|
DÜZCƏ (ID - 11406)sif. və zərf Düz, tamamilə düz, həqiqətdə olduğu kimi. Düzcə danışıq. Get, əhvalatı özünə düzcə danış. Düzcə get!
|
DÜZCIZIQLI (ID - 11407)bax düzxətli.
|
DÜZ-DOĞRU (ID - 11408)zərf Düz, birbaşa, bilavasitə. [Cəmaləddin:] Sən .. qorxulu bir yola, bəlkə də düz-doğru ölümə gedirsən. C.Cabbarlı. Vidalaşıb düz-doğru Sərdarın yanına getdi. M.S.Ordubadi.
|
DÜZ-DÜNYA (ID - 11409)is. 1. Aləm, hər tərəf, hər yer; ucsuz-bucaqsız sahə. ..Düz-dünyanı pambıq başına götürüb. Ə.Haqverdiyev. [Bayram kişi:] Sel gücü də məlumdur, odur, Mingəçevirdə bir dəsgah başlanıb ki, selinsuyun gücü ilə düz-dünyaya...
|
DÜZDÜRMƏ (ID - 11410)“Düzdürmək”dən f.is.
|
DÜZDÜRMƏK (ID - 11411)“Düzmək”dən icb. Muncuq düzdürmək.
|
DÜZDÜRÜLMƏ (ID - 11412)“Düzdürülmək”dən f.is.
|
DÜZDÜRÜLMƏK (ID - 11413)“Düzdürmək”dən məch.
|
DÜZ-DÜZYANA, DÜZ-DÜZÜNƏ (ID - 11414)zərf Düz, doğru, açıq-açığına, ikiüzlülük etmədən. Düz-düzyana danışmaq.
|
DÜZƏK (ID - 11415)is. Yaraşıq, bəzək (adətən “bəzək-düzək” şəklində işlənir). Neylərdim bəzəyi, ya düzəyi. M.Ə.Sabir.
|
DÜZƏKLİ (ID - 11416)sif. Yaraşıqlı, bəzəkli. Cücələrim bəzəklidir; Bəzəklidir, düzəklidir. A.Səhhət.
|
DÜZƏLDİCİ, DÜZƏLDƏN (ID - 11417)f.sif. Qaydaya salan, tənzim edən; tənzimləyici.
|
DÜZƏLDİLMƏ (ID - 11418)“Düzəldilmək”dən f.is.
|
DÜZƏLDİLMƏK (ID - 11419)məch. 1. Düz və hamar edilmək.
Təşkil edilmək, əmələ gətirilmək, tərtib olunmaq, qurulmaq. Məclis düzəldilmək. Qaydaya salınmaq, nizama salınmaq, yoluna qoyulmaq. // İslah edilmək, yaxşılaşdırılmaq. |
DÜZƏLDİLMƏZ (ID - 11420)sif. Düzəldilə bilməyən, islah edilə bilməyən, islahedilməz.
|
DÜZƏLDİLMƏZLİK (ID - 11421)is. Düzəldilməz şeyin halı; islahedilməzlik.
|
DÜZƏLİŞ (ID - 11422)is. 1. Düzəlmə, düzəlişmə, razılaşma; saziş. Düzəliş baş tutmadı.
2. Düzəltmə, düzəldilmə; təshih etmə, təshih edilmə; təshih. Kitabın axırında düzəliş verilmişdir. |
DÜZƏLİŞDİRMƏ (ID - 11423)“Düzəlişdirmək”dən f.is.
|
DÜZƏLİŞDİRMƏK (ID - 11424)f. 1. Düzəltmək, qaydaya salmaq. Düzəlişdirdik işin hər yanını. Ə.Nəzmi.
2. Sazişə gətirmək, aralarında saziş düzəltmək, razılıq yaratmaq, razılaşdırmaq. |
DÜZƏLİŞMƏ (ID - 11425)1. “Düzəlişmək”dən f.is.
2. is. Saziş. |
DÜZƏLİŞMƏK (ID - 11426)qarş. 1. Bir-biri ilə sazişə gəlmək, razılaşmaq, öz aralarında razılığa gəlmək. Kəbin halı-halına görə idi. Bəzən qudalar bunun üstündə düzəlişməzdilər. H.Sarabski.
2. Düzəlmək, tarazlaşmaq. Kosa tərəzini qaldırdı,... |
DÜZƏLMƏ (ID - 11427)“Düzəlmək”dən f.is.
|
DÜZƏLMƏK (ID - 11428)f. 1. Düz və hamar şəklə düşmək; düzlənmək. Çuxur düzəldi.
Təşkil olunmaq, əmələ gəlmək, ibarət olmaq. Müqim bəy .. bir neçə nahiyədən düzələn qəzanın rəisi oldu. S.Rəhimov. Həyətində yığıncaq düzəlmiş kəndli,... |
DÜZƏLTDİRİLMƏ (ID - 11429)“Düzəltdirilmək”dən f.is.
|
DÜZƏLTDİRİLMƏK (ID - 11430)“Düzəltdirmək”dən məch.
|
DÜZƏLTDİRMƏ (ID - 11431)“Düzəltdirmək”dən f.is.
|
DÜZƏLTDİRMƏK (ID - 11432)“Düzəltmək”dən icb.
|
DÜZƏLTMƏ (ID - 11433)1. “Düzəltmək”dən f.is.
sif. Başqasından (başqa kəmiyyətdən, sözdən və s.-dən) düzəldilmiş. Düzəltmə sifət (sözdüzəldici şəkilçilərin sözlərə bitişdirilməsi ilə düzələn sifət). Düzəltmə fel (müəyyən nitq... |
DÜZƏLTMƏK (ID - 11434)f. 1. Düz, saz hala salmaq, qaydaya salmaq, təmir etmək. Fəhlələr xarab olmuş yolu düzəltdilər. Montyor işıq xəttini düzəltdi.
// Lazımi şəklə salmaq, tərtib və nizama salmaq, qaydaya salmaq. [Güləbətin] üst-başını da düzəldirdi.... |
DÜZ-ƏMƏLLİ (ID - 11435)zərf və sif. Yaxşı, lazımi qaydada, layiqli surətdə. [Pərzad:] [Qızı] düz-əməlli saxlamırsınız, .. bu nədir, qız mum kimi əriyir. Mir Cəlal. [Turac:] Ey, düz-əməlli danış, ha! İ.Əfəndiyev.
|
DÜZƏN (ID - 11436)is. Düz yer, düz, çöl. Mal-qara düzəndə gəzir. - Bu Lökbatan bir düzəndi; üstü lehməli; Onu abad etdi azad insanın əli. R.Rza. Yaşıl düzəndə bir kənd... Kirəmitli daxmalar... M.Rahim. Düzənlərdə göyərər; Yaşıl bağlar,...
|
DÜZƏNGAH (ID - 11437)is. Düz, düzən, düzənlik. Yolun o tərəf-bu tərəfi göz işlədiyi qədər düzəngahdır. - ..Çıxaq bir uca dağın başına;
baxıb görəcəgik ki, dörd bir ətrafdan göy yapışıb yerə və baxıb görəcəgik ki, yerin üzü meydan... |
DÜZƏNGAHLIQ (ID - 11438)is. Düzəngah yer, düzənlik, düzən.
|
DÜZƏNLİK (ID - 11439)is. Düzən, düzəngah. Mən indidən görürəm o büsatı, şənliyi; Görürəm çiçək açır Kür-Araz düzənliyi. Ə.Cəmil.
|
DÜZƏNMƏ (ID - 11440)“Düzənmək”dən f.is.
|
DÜZƏNMƏK (ID - 11441)f Bəzənmək, geyinmək (çox vaxt “bəzənib-düzənmək” şəklində işlənir). Rövşən içəri otağa girdi, kişi paltarını çıxartdı, bir dəst arvad paltarı geydi, bəzəndi, düzəndi, topuğuna qədər düşən saçlarını darayıb...
|
DÜZGÜ (ID - 11442)is. Düzmə işi; düzmə (düzülmə) qaydası, üsulu; düzülüş, sıra, sıralanma.
|
DÜZGÜN (ID - 11443)sif. Düz, doğru. Düzgün söz. Düzgün hərəkət. Düzgün tələffüz.
// bax düz 8-ci mənada. Düzgün adam. // zərf Öz qaydasında, öz yerində, lazımi qaydada. [Hacı Nəsir:] Hərgah mənim işlərim əvvəlki kimi düzgün olsaydı,... |
DÜZGÜNLƏŞDİRİLMƏ (ID - 11444)“Düzgünləşdirilmək”dən f.is.
|
DÜZGÜNLƏŞDİRİLMƏK (ID - 11445)məch. Düzgün edilmək, düzgün hala salınmaq, qaydaya salınmaq, nizama salınmaq.
|
Bu səhifə dəfə baxılıb