DÜZƏLTMƏKf. 1. Düz, saz hala salmaq, qaydaya salmaq, təmir etmək. Fəhlələr xarab olmuş yolu düzəltdilər. Montyor işıq xəttini düzəltdi.
// Lazımi şəklə salmaq, tərtib və nizama salmaq, qaydaya salmaq. [Güləbətin] üst-başını da düzəldirdi. M.İbrahimov. [Zöhrə] duru suya baxaraq saçlarını düzəltdi. Ə.Vəliyev. Qərənfil pəncərənin şüşəsinə baxıb kəlağayısım düzəltdi. S.Rəhman. // Nöqsanları və s. çatışmazlığı aradan qaldırmaq. Nöqsanları düzəltmək. Səhvini düzəltmək. // İslah etmək, yaxşılaşdırmaq. Xasiyyətini düzəltmək. Adamlara qarşı münasibətini düzəltmək. - Qoy təşkilat onu intizam altına alıb düzəltsin. M.S.Ordubadi. Vücuda gətirmək, yaratmaq, qayırmaq, hazırlamaq, qurmaq. Quşlar özlərinə yuva düzəltdilər. - Telli dişi ilə, dırnağı ilə çalışmış, axırda İslam üçün əməlli-başlı bir eveşik düzəltmişdir. S.Hüseyn. Cürbəcür vasitələrlə, yollarla əldə etmək, tapmaq. Yol üçün pul düzəltmək. Özünə təzə paltar düzəltmək. Teatra bilet düzəltdinmi? // Təşkil etmək, yaratmaq, həyata keçirmək (bir işi, tədbiri). Tamaşa düzəltmək. Sərgi düzəltmək. Ziyafət düzəltmək. Şənlik düzəltmək. // Yaratmaq, vücuda gətirmək, təşkil etmək. İndi də diş həkimləri hazırlamaq üçün texnikum düzəldirlər. Məmmədquluzadə. // Qurmaq, fikirləşib hazırlamaq. [Slavaçinski:] Elə hiylə düzəltmək lazımdır ki, Nəbi özü gəlib bizə təslim olsun. “Qaçaq Nəbi”. Bir yerə (işə, məktəbə və s.-yə) qəbul olunmasma kömək etmək, vasitə olmaq. İşə düzəltmək. Onu düzəlt, bizdə işləsin. Məktəbə düzəltmək. Sanatoriyaya düzəltmək. Paylaşın - Hamı bilsin
|