DON (ID - 10446)KİXOT [ispan yazıçısı Servantesin məşhur romanının qəhrəmanı Don Kixotun adından] Qeyri-real, həyata keçirilə bilməyən ideallar uğrunda səmərəsiz mübarizə aparan sadədil xəyalpərəst.
|
DONKİXOTLUQ (ID - 10447)is. Don Kixota xas olan hərəkət; səmərəsiz xəyalpərəstlik.
|
DONQA (ID - 10448)1. sif. Bax donqar 1-ci mənada. Donqar adam. - Bünyad .. donqa belini güclə sürüyürmüş kimi yavaş-yavaş yeriyən caninin ardınca baxdı. Ə.Əbülhəsən.
2. is. İnsan və ya heyvan bədəninin arxa tərəfində və ya başqa bir yerində... |
DONQABEL (ID - 10449)sif. Donqar, qozbel.
|
DONQALAMA (ID - 10450)“Donqalamaq”dan f.is.
|
DONQALAMAQ (ID - 10451)f Belini donqa hala salmaq, bükmək. Səsə-küyə gəlib çıxan Qızqayıt qarı belini donqalayıb başını yırğalayırdı. S.Rəhimov.
|
DONQALI (ID - 10452)sif. Donqası olan. Sadığın donqalı beli, ətli boynu, ensiz kürəyi.. Xanpəriyə çoxdan tanış idisə də, bugünkü kimi aydın və aşkar görünməmişdi. Ə.Vəliyev.
|
DONQAR (ID - 10453)sif. 1. Belində donqa olan; qozbel. O donqar [kişi] .. çıxıb poçta tərəf yönəldiyi vaxt Həmid dayıya rast gəldi. Ə.Əbülhəsən.
2. B ax donqa 2-ci mənada. |
DONQARBEL (ID - 10454)bax donqar 1-ci mənada.
|
DONQARBURUN(LU) (ID - 10455)sif. Burnunun üstü qalxıq olan, burnunun üstündə çıxıntı olan. ..O, sallaqbığlı, donqarburunlu, uzunboylu, arıq bir kişi idi. M.Hüseyn.
|
DONQARLAMA (ID - 10456)“Donqarlamaq”dan f.is.
|
DONQARLAMAQ (ID - 10457)f Donqar hala salmaq, donqar kimi etmək; donqar kimi göstərmək.
|
DONQARLANMA (ID - 10458)“Donqarlanmaq”dan fh.
|
DONQARLANMAQ (ID - 10459)f. Belini əymək, donqar kimi olmaq.
|
DONQARLAŞMA (ID - 10460)“Donqarlaşmaq”dan f.is.
|
DONQARLAŞMAQ (ID - 10461)f. Donqar hala gəlmək, qozbel olmaq, belində donqar (qoz) əmələ gəlmək.
|
DONQARLI (ID - 10462)b ax donqalı.
|
DONQARLIQ (ID - 10463)is. Qozbellik. Oturaq və hərəkətsiz həyat tərzi keçirdikdə bədənin forması dəyişir. Qarın qabağa çıxır, döş yastı və ya basıq olur, bel bükülür, yəni donqarlıq əmələ gəlir. Ə.Babayev.
|
DONQAZ (ID - 10464)sif. dan. Arıq, sümükləri çıxmış. Donqaz adam. Donqaz heyvan.
|
DONQAZLIQ (ID - 10465)is. dan. Donqaz adamın (heyvanın) halı.
|
DONQULDAMA (ID - 10466)“Donquldamaq”dan f.is.
|
DONQULDAMAQ (ID - 10467)f Narazı halda öz-özünə, yavaşcadan anlaşılmaz sözlər söyləmək; deyinmək.
|
DONQULDANMA (ID - 10468)“Donquldanmaq”dan f.is.
|
DONQULDANMAQ (ID - 10469)f 1. Narazı halda öz-özünə, yavaşcadan anlaşılmaz sözlər danışmaq; deyinmək, narazılıq izhar etmək. ..O arvaddan həzər etmək ki, sübhdən-axşamacan dodağının altında həmişə donquldana. N.Vəzirov. Allahqulu donquldana-donquldana...
|
DONQULDAŞMA (ID - 10470)“Donquldaşmaq”dan.
|
DONQULDAŞMAQ (ID - 10471)qarş. Yerbəyerindən donquldanmaq, hamı birdən donquldanmaq.
|
DONQULDATMA (ID - 10472)“Donquldatmaq”dan
|
DONQULDATMAQ (ID - 10473)icb. Donquldamağa məcbur etmək, donquldamasına səbəb olmaq.
|
DONQULTU (ID - 10474)is. Yavaşcadan, anlaşılmaz halda öz-özünə danışma.
// Anlaşılmaz sözlər. |
DONLU (ID - 10475)sif. Əynində donu olan, əyninə don geymiş; paltarlı, qiyafəli.
// məc. Obrazlı təşbehlərdə: örtülü mənasında. |
DONLUQ1 (ID - 10476)1. sif. Dona yarayan, paltarlıq. Donluq parça.
is. Dona (paltara) yarayan parça; paltarlıq. 6 metr donluq aldım. - Şəhərin tüccarı və alış-veriş adamları qaydanı gərək pozmasınlar. Qalabəyinin arvadına və qızına təzə çıxan... |
DONLUQ2 (ID - 10477)is. dan. Maaş, əmək haqqı, aylıq. [Tükəzban təlimatçıya:] Bir yaxşı donluq da vermirsiniz ki, ata verdiyim arpasamanınpulu çıxsın, barı.. B.Talıblı. Bir tək donluq ilə mirzə yazıq özünümü saxlasın, yoxsa pul göndərib bir...
|
DONMA (ID - 10478)1. “Donmaq”dan f.is.
2. Bax donvurma. □□ Donma nöqtəsi - (termometrin şkalasında 0 dərəcəsini, yəni suyun donma temperaturunu göstərən qeyd). |
DONMAQ (ID - 10479)f. 1. Soyuğun, şaxtanın təsirindən, şiddətindən buza çevrilmək, buz halına gəlmək. Su dondu. - Nə səbəbə su qaynayanda buğ olur, niyə donanda bərkiyir? C.Məmmədquluzadə.
// Buzla örtülmək. Çaylar donmuşdur. Göl donmuşdur.... |
DONMUŞ (ID - 10480)f.sif. 1. Buz halına gəlmiş, buz olmuş. Donmuş su.
// Donuq hala gəlmiş, soyuğun təsirinə məruz qalmış. Donmuş ət. Donmuş meyvə. // Buzla örtülmüş. Donmuş göl. Donmuş pəncərə. - Hələ xatirimdən heç getməmişdir;... |
DONOR (ID - 10481)[fr.] Yaralılara və xəstələrə vurmaq üçün öz qanını verən adam. Biz dünən yazıldıq qırmızı donor; Bu gün yüz qat çoxdur, bax, yazılanlar! R.Rza.
|
DONORLUQ (ID - 10482)is. Yaralılara və xəstələrə vurmaq üçün öz qanını vermə.
|
DONOS (ID - 10483)[rus.] nifr. dan. Birisi haqqında hökumət idarələrinə və ya onun nümayəndələrinə gizli olaraq verilən məlumat, xəbər. [Hatəmxan ağa:] Səndən sərdarın xud özünə elə bir möhkəm donos verdirərəm ki, səni birbaş Sibirə itirsinlər....
|
DONOSBAZ (ID - 10484)is. [rus. donos və fars. ...baz] nifr. dan. Adamlar haqqında hökumət orqanları və ya nümayəndələrinə gizli material və ya xəbər verməyi özünə peşə etmiş adam. Qeyrətli donosbazlarımız iş bacararkən; Tənbəl, dəli şeytanları...
|
DONOSBAZLIQ (ID - 10485)is. nifr., dan. Donosçuluq, xəbərçilik, şeytançılıq. [İvan bəy:] Hər halda, donos, donosbazlıq yaxşı peşə deyil. N.Vəzirov. [Rza bəy:] Mən tələb elədim ki, donosbazlıq eləyənləri işdən çıxartsın. Ə.Vəliyev.
|
DONOSÇU (ID - 10486)sif. və is. Donos verməklə məşğul olan (adam); xəbərçi.
|
DONOSÇULUQ (ID - 10487)bax donosbazlıq. Donosçuluq etmək.
|
DONSUZ (ID - 10488)sif. Əynində donu olmayan; paltarsız, geyimsiz. Mənsiz kətan, kəndir verməz zəmilər; Çadırsız, yelkənsiz qalar gəmilər; Nazik donsuz yayda uşaqlar ağlar. A.Səhhət.
|
DONUXDURMA (ID - 10489)“Donuxdurmaq”dan f.is.
|
DONUXDURMAQ (ID - 10490)f Mat qoymaq, heyrət içində qoymaq; çaşdırmaq.
|
DONUXMA (ID - 10491)“Donuxmaq”dan f.is.
|
DONUXMAQ (ID - 10492)bax donmaq 4-cü mənada. Arvad donuxmuş: - A kişi, dəli olmamısan, çörək nədir? De görüm, yoxsa qardaşlarımın başına bir şey gəlib? Çəmənzəminli. Rəhim bəy təəccüblə donuxdu. M.Hüseyn.
□ Donuxub qalmaq - bax donub qalmaq... |
DONUQ (ID - 10493)sif. 1. Donmuş, buzlaşmış, buz bağlamış.
// Bərk üşümüş. Üstü donmuş kimi, tutqun, dumanlı; parıltısı, işıltısı olmayan, şəffaf olmayan, cilasız. Donuq şüşə. Lampanın donuq işığı. Ay yorğun və solğun çöhrəsi... |
DONUQLAŞMA (ID - 10494)“Donuqlaşmaq”dan f.is.
|
DONUQLAŞMAQ (ID - 10495)f Donuq hala düşmək; parlaqlığı, şəffaflığı, parıltısı, cilası getmək.
|
Bu səhifə dəfə baxılıb