İzahlı lüğət

DƏYİRMİ (ID - 9396)

sif. 1. Dairə şəklində olan; dairəvi, girdə, yuvarlaq. Üzün ağ, dəyirmi, gözün məstanə; Baxışın bağrımı döndərdi qanə. M.P.Vaqif. Xanım dəsmalını çıxarıb ağ dəyirmi üzünü sildi, saçlarını düzəltdi... Çəmənzəminli....

DƏYİRMİCƏ (ID - 9397)

sif. Az dəyirmi, bir qədər dəyirmi (yuvarlaq). Dəyirmicə çörək.

DƏYİRMİLƏMƏ (ID - 9398)

“Dəyirmiləmək”dən f.is.

DƏYİRMİLƏMƏK (ID - 9399)

f Dəyirmi (yuvarlaq) hala salmaq, girdə etmək. Kündəni dəyirmiləmək. - Ucaboylu adam dodaqlarını dəyirmilədib tüstünü tavana üfürdü. İ.Məlikzadə.

DƏYİRMİLƏNMƏ (ID - 9400)

“Dəyirmilənmək”dən f.is.

DƏYİRMİLƏNMƏK (ID - 9401)

f Dəyirmi (yuvarlaq) hala gəlmək, girdələnmək, tam dairə şəklini almaq. Ay dəyirmiləndi.

DƏYİRMİLƏŞDİRİLMƏ (ID - 9402)

“Dəyirmiləşdirilmək”dən f.is.

DƏYİRMİLƏŞDİRİLMƏK (ID - 9403)

məch. 1. Dəyirmi (yuvarlaq) hala salınmaq, girdələşdirilmək.
2. Kəsirsiz hala salınmaq (rəqəm, hesab).

DƏYİRMİLƏŞDİRMƏ (ID - 9404)

“Dəyirmiləşdirmək”dən f.is.

DƏYİRMİLƏŞDİRMƏK (ID - 9405)

f. 1. Dəyirmi (yuvarlaq) hala salmaq, girdələşdirmək.
Kəsirsiz hala salmaq. Hesabı dəyirmiləşdirmək.

DƏYİRMİLƏŞMƏ (ID - 9406)

“Dəyirmiləşmək”dən f.is.

DƏYİRMİLƏŞMƏK (ID - 9407)

bax dəyirmilənmək.

DƏYİRMİLƏTMƏ (ID - 9408)

“Dəyirmilətmək”dən f.is.

DƏYİRMİLƏTMƏK (ID - 9409)

bax dəyirmiləmək.

DƏYİRMİLİK (ID - 9410)

is. Dəyirmi (yuvarlaq) şeyin halı; girdəlik, yuvarlaqlıq. Qarpızın dəyirmiliyi. Ayın dəyirmiliyi. Sifətin dəyirmiliyi.

DƏYİRMİSİFƏT (ID - 9411)

sif. Girdəsifət, yumrusifət. Dəyirmisifət uşaq.

DƏYİRMİSOV (ID - 9412)

sif. Bir qədər dəyirmi; yuvarlaqtəhər.

DƏYİŞDİRİCİ (ID - 9413)

is. xüs. Elektrik cərəyanının, qazın və s.-nin istiqamətini, gücünü, müxtəlif mexanizmlərin işinin xarakterini dəyişdirən alət, qurğu, cihaz.

DƏYİŞDİRİLMƏ (ID - 9414)

“Dəyişdirilmək”dən f.is.

DƏYİŞDİRİLMƏK (ID - 9415)

“Dəyişdirmək”dən məch.

DƏYİŞDİRİLMƏZ (ID - 9416)

sif. Dəyişdirilə bilməyən, dəyişdirilməli olmayan.

DƏYİŞDİRMƏ (ID - 9417)

“Dəyişdirmək”dən f.is.

DƏYİŞDİRMƏK (ID - 9418)

f 1. Bir şeyi verib əvəzinə başqa bir şey almaq; mübadilə etmək.
Mal dəyişdirmək. Bir şeyi başqa şeyə dəyişdirmək.
Bir şeyi buraxıb, yenisini, başqasını işlətmək, təzələmək. Otağın bütün mebelini dəyişdirmək.
...

DƏYİŞDİRTMƏ (ID - 9419)

“Dəyişdirtmək”dən f.is.

DƏYİŞDİRTMƏK (ID - 9420)

icb. Dəyişdirməyə məcbur etmək, dəyişdirməsinə nail olmaq.
DƏYİŞ-DÜYÜŞ is. dan. Qarşılıqlı dəyişmə, mübadilə, bir şeyi verib başqasını alma.
Dəyiş-düyüş etmək - qarşılıqlı dəyişdirmək, mübadilə etmək....

DƏYİŞƏCƏK (ID - 9421)

bax dəyişək. [Həcər xanım:] Get, Xavərə de, bizim üçün dəyişəcək hazır etsin. S.S.Axundov.

DƏYİŞƏK (ID - 9422)

is. Alt paltar, tuman-köynək. Üç dəst dəyişək. - [Səadət Səriyyəyə:] Bu oğlan hamamı qızdıracaq, özün də təmizlən, uşaqları da təmiz yu. O, sizə dəyişək də verər. M.İbrahimov. ...Tapdıq bəlkə qumla dəyişəyini yırtıb...

DƏYİŞƏKÇİ (ID - 9423)

is. Xəstəxanalarda, sanatoriyalarda, mehmanxanalarda və s.-də dəyişək işlərinə baxan xidmətçi.

DƏYİŞƏKLİ (ID - 9424)

sif. Dəyişəyi, əvəzi olan. Dəyişəkli paltar gec dağılar.

DƏYİŞƏKLİK (ID - 9425)

sif. Dəyişəyə yarayan, dəyişəyə məxsus. Dəyişəklik ağ.

DƏYİŞƏKTİKƏN (ID - 9426)

is. Dəyişək tikməklə məşğul olan adam, dərzi.

DƏYİŞƏN (ID - 9427)

f.sif. Bir qaydada, bir halda, bir qərarda qalmayan; dəyişkən, qeyri-sabit, bir haldan başqa bir hala keçən. Dəyişən hava. Dəyişən külək.
□ Dəyişən cərəyan fiz. - dövri surətdə öz qüvvə və istiqamətini dəyişən elektrik...

DƏYİŞİK (ID - 9428)

is. 1. B a x dəyişək.
Dəyişilmiş, səhvən birinin əvəzinə başqası götürülmüş, dəyiş-düyüş edilmiş.
□ Dəyişik düşmək - səhvən birinin əvəzinə başqası düşmək, çaşbaş düşmək. Qara sözlə, ağ sözün;...

DƏYİŞİKLİK (ID - 9429)

is. Başqa şəklə (hala) düşmə, başqalaşma, başqalıq; təbəddülat. Xəstənin vəziyyətində dəyişiklik görünür. Cəbhədə heç bir dəyişiklik yoxdur. Temperatur dəyişikliyi. - Mühitimdə gördüyüm şeylərin adlarını, onlarda...

DƏYİŞİLMƏ (ID - 9430)

“Dəyişilmək”dən f.is.

DƏYİŞİLMƏK (ID - 9431)

1. Bax dəyişmək 2-ci mənada. [Araz:] Dəyişilmək təbiətin qanunudur, .. neyləyək ki, bu qanunu durduracaq, dəyişdirəcək iqtidar və qüvvətim yoxdur. A.Şaiq. [Kərbəlayı Qulu] zəmanənin dəyişilməyindən bir az danışdı və dərin...

DƏYİŞİLMƏYƏN (ID - 9432)

f.sif. riyaz. Sabit, dəyişməz. Dəyişilməyən kəmiyyət.

DƏYİŞİLMƏZ (ID - 9433)

sif. Dəyişdirilə bilməyən, başqa şəklə (hala) salına bilməyən; olduğu kimi qalan; sabit, daimi.

DƏYİŞKƏN (ID - 9434)

sif. Çox dəyişən, tez-tez dəyişən, dəyişməyə qabil olan, sabit olmayan. Dəyişkən rəng. Dəyişkən hava. Dəyişkən xasiyyət. - Melodiyanı təşkil edən bu zil və bəm səslərin .. bəziləri dəyişkən və dayanıqsız olur. Ə.Bədəlbəyli....

DƏYİŞKƏNLİK (ID - 9435)

is. Çox və tez-tez dəyişmə xassəsi və qabiliyyəti; qeyri-sabitlik. Hibridlərin dəyişkənliyi.

DƏYİŞMƏ (ID - 9436)

1. “Dəyişmək”dən f.is. Təbiətdə maddə itmir və yaranmır, o ancaq müxtəlif dəyişmələrə uğrayır.
is. Mübadilə. Mal dəyişmə.
qram. Bax təsrif.

DƏYİŞMƏK (ID - 9437)

f: 1. B ax dəyişdirmək 1-ci mənada. [Əli:] İmanımız haqqı, mən [Gülnazı] bir xəzinəyə dəyişmərəm, kişi!.. M.İbrahimov.
Başqa şəklə və ya başqa hala düşmək, başqalaşmaq, başqa cür olmaq, təbəddülata uğramaq. Onun...

DƏYİŞMƏMƏZLİK (ID - 9438)

bax dəyişməzlik.

DƏYİŞMƏZ (ID - 9439)

sif. Heç bir vaxt dəyişməyən, sabit şəkildə (halda, vəziyyətdə) qalan; sabit. Təbiətdə dəyişməz şey yoxdur.

DƏYİŞMƏZLİK (ID - 9440)

is. Dəyişməz şeyin hal və keyfiyyəti; sabitlik.

DƏYMƏ (ID - 9441)

“Dəymək1’dən f.is. Yerə dəymə.

DƏYMƏ (ID - 9442)

“Dəymək2”dən f.is. Meyvələrin dəyməsi.

DƏYMƏDÜŞƏR (ID - 9443)

sif. Hər şeydən tez küsən, tez inciyən, tez sınan. Dəymədüşər adam. Dəymədüşər uşaq. - Mollanın yaman dəymədüşər xasiyyəti var imiş. “M.N.lətif.” [Halay:] Adam da bu qədər dəymədüşər olarmı? S.Rəhimov.

DƏYMƏDÜŞƏRLİK (ID - 9444)

is. Hər şeydən küsmə, incimə xasiyyəti.

DƏYMƏK1 (ID - 9445)

f. 1. Toxunmaq. Mixək əkdim ləyəndə; Mixək boynun əyəndə; Bir cüt qurban demişəm; Əlim əlinə dəyəndə. (Bayatı).
// Əl vurmaq, əlini toxundurmaq. Şeylərə dəymə! Kitablara dəymə! - [Hacı Murad:] Yox, oğlum, dəymə, yetişəndə...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed