DÜŞƏRGƏ2 (ID - 11296)is. məh. etnoqr. Keçmiş toylarda: bəyin hamam boğçasını gətirən adama verilən hədiyyə, şey. Bəy xonçası gətirənə, .. adət belədir, gərək düşərgə versinlər. R.Əfəndiyev.
|
DÜŞƏRİNƏ (ID - 11297)zərf Necə gəldi, necə oldu, qarasına, düşünmədən.
|
DÜŞƏRLİ (ID - 11298)sif. Düşən, xeyirli, faydalı, yaxşı təsiri olan. Bunlara [ara həkimlərinə] müraciət edənlərzənn edirlər ki, bunlarda “sirli”, “düşərli” dərmanlar vardır. İ.Əfəndiyev.
|
DÜŞHADÜŞ (ID - 11299)1. is. Düşmək işi, kütləvi surətdə, dalbadal düşmə. Düşhadüş başlandı.
zərf Yerlik halda - düşən zaman, düşərkən, düşməyə başlarkən. Kapitan kəndiri yerə atanda Tahir onu düşhadüşdə tuta bildi. M.Hüseyn. |
DÜŞKÜN (ID - 11300)sif. 1. Xoşbəxtliyini, rifahını itirmiş, yazıq, bədbəxt, zavallı. Düşkün halın sitəmkara deməyin; Yalvarıbən varə-varə deməyin. Aşıq Həsən. Olmasaydı əgər bu üç xoş gün; Mənim ömrüm olurdu pək düşkün. A.Səhhət.
... |
DÜŞKÜNLƏŞMƏ (ID - 11301)“Düşkünləşmək”dən f.is.
|
DÜŞKÜNLƏŞMƏK (ID - 11302)f. 1. Düşkün hala gəlmək, düşmək, zəifləmək, əldən düşmək, qocalmaq.
Öyrəşmək, mübtəla olmaq, aludə olmaq, bir şeyin düşkünü olmaq. Fəqirləşmək, yoxsullaşmaq, kasıblaşmaq. |
DÜŞKÜNLƏŞMİŞ (ID - 11303)f.sif. Düşkün hala gəlmiş.
|
DÜŞKÜNLÜK (ID - 11304)1. Düşkün hal, tənəzzül, durğunluq.
2. Bir şeyə aludə olmuş adamın halı; mübtəlalıq, aludəlik. İçki düşkünlüyü. |
DÜŞMƏ (ID - 11305)1. “Düşmək”dən f.is. [Qədir] ağaların, yüzbaşıların taxtdan düşməsini təsəvvür edə bilmirdi. Mir Cəlal.
sif. Təsadüfi, gözlənilməyən, təsadüfən ələ keçən. Düşmə iş. Düşmə şey. |
DÜŞMƏK (ID - 11306)f. 1. Öz ağırlığının təsiri ilə yerə enmək, yuxarıdan aşağıya enmək, tökülmək. Göydən üç alma düşdü... (nağılların sonu). Paraşütlə düşmə. Qayadan dərəyə iri daşlar düşürdü. - Bu zaman bir bomba düşür uzağa;...
|
DÜŞMƏLİ (ID - 11307)sif. Düşməyə, düşmək (7-ci mənada) üçün yararlı (münasib) olan. Düşməli yer. - [Kərbəlayı Xudaverdi:] Burada bir düşməli karvansara yoxdurmu? Ə.Haqverdiyev.
|
DÜŞMƏN (ID - 11308)is. [fars.] 1. Birinə qarşı ədavət, düşmənçilik bəsləyən və onunla mübarizə aparan, çəkişən şəxs. Onun düşməni var. - Ey məh, mənimlə dustlərim düşmən eylədin; Düşmən həm eyləməz bu işi, kim sən eylədin. Füzuli....
|
DÜŞMƏNANƏ (ID - 11309)zərf və sif. [fars.] Düşməncəsinə. Gətirilən xəbərlərin əsasını Fəxrəddinin Əmirə qarşı hazırladığı düşmənanə hərəkət təşkil edirdi. M.S.Ordubadi.
|
DÜŞMƏNCƏ(SİNƏ) (ID - 11310) zərf Düşmən kimi, düşmənə qarşı olduğu kimi. Düşməncəsinə münasibət. Düşməncəsinə hərəkət. - [Qətibə:] Onun [Atabəyin] qonşu hökumətlərlə olan rəftarı olduqca düşməncəsinədir. M.Ordubadi.
|
DÜŞMƏNÇİLİK (ID - 11311)bax düşmənlik. ..Qaraca qızın nə qədər Ağca xanıma ürəyi yanıb yazığı gəldisə, bir o qədər də mürəbbiyəyə düşmənçiliyi artdı. S.S.Axundov. [Səfər bəy:] Çox mübarək, çox şadam ki, mahalımızın rəhbərləri bundan...
|
DÜŞMƏNLİK (ID - 11312)is. Düşməncəsinə münasibət və hərəkət; ədavət. Düşmənlik etmək.
Yerişindən elə bildim sərsandır; Dostluğunan düşmənliyi birdəndir. “Koroğlu”. [Bülənd] dünənki düşmənliyə inanmayırdı. Ə.Əbülhəsən. |
DÜŞÜK (ID - 11313) |
DÜŞÜKLÜK (ID - 11314)is. 1. Düşük şeyin hal və keyfiyyəti.
2. Dəyərsizlik, yöndəmsizlik, qüsurluluq. |
DÜŞÜM1 (ID - 11315)is. Uyğunluq, münasiblik, yaraşıq. Bu rəngin düşümü yoxdur.
|
DÜŞÜM2 (ID - 11316)səs düşümü - dilçilikdə: ikinci söz saitlə başlandıqda birinci sözün axırındakı saitin düşməsi hadisəsi; məs.: əliaçıq
əlaçıq, Əli Əkbər - Ələkbər. |
DÜŞÜMLÜ (ID - 11317)sif. Düşümü olan, uyğun, münasib, yaraşıqlı. Düşümlü hörgü. Düşümlü yazı.
|
DÜŞÜMLÜLÜK (ID - 11318)is. Düşümlü şeyin halı; uyğunluq, münasiblik, yaraşıqlıq.
|
DÜŞÜMSÜZ (ID - 11319)sif. Düşümü olmayan, uyğunsuz, münasibsiz, yaraşıqsız.
|
DÜŞÜMSÜZLÜK (ID - 11320)is. Düşümsüz şeyin halı; uyğunsuzluq, münasibsizlik, yaraşıqsızlıq.
|
DÜŞÜNCƏ (ID - 11321)is. 1. Xəyal, fikir. Düşüncələrə dalmaq. - Polad qərq olaraq düşüncələrə; Əlvida elədi ilk məhəbbətə. M.Rahim.
// Fikrə, xəyala gələn şeylər; xəyalat. Düşüncələrindən ayrıla bilmir. - Mən belə acı düşüncələr... |
DÜŞÜNCƏLİ (ID - 11322)sif. 1. Düşüncəsi olan, ağıllı, şüurlu, anlaqlı, qanacaqlı, dərrakəli, mərifətli, fərasətli. Düşüncəli uşaq. - ..Sizin Qətibə ilə olan rəftarınız düşüncəli bir hökmdarın rəftarı deyildi. M.S.Ordubadi. Alnı düşüncəli,...
|
DÜŞÜNCƏLİLİK (ID - 11323)is. Şüurluluq, anlaqlılıq, dərrakəlilik, fərasətlilik, mərifətlilik.
|
DÜŞÜNCƏSİZ (ID - 11324)sif. 1. Düşüncəsi, şüuru olmayan, ya çatmayan; şüursuz, dərrakəsiz, anlaqsız, fərasətsiz. Düşüncəsiz adam.
2. Ağılsız, ağla uymayan, ağla zidd. Düşüncəsiz hərəkət (iş). |
DÜŞÜNCƏSİZLİK (ID - 11325)is. 1. Düşüncənin olmadığı hal, düşüncə yoxluğu; şüursuzluq, anlaqsızlıq, dərrakəsizlik, fərasətsizlik.
2. Düşüncəsiz, ağılsız iş; ağla, şüura uymayan hərəkət. Zeynal, Şərifzadənin göstərəcəyi yol ilə getməyə... |
DÜŞÜNDÜRMƏ (ID - 11326)“Düşündürmək”dən f.is.
|
DÜŞÜNDÜRMƏK (ID - 11327)icb. 1. Düşünməyə, fıkirləşməyə məcbur etmək.
Əndişəyə salmaq, təlaşa salmaq, narahat etmək. Onun səhhəti bizi çox düşündürür. İşlərin gedişi bizi düşündürməyə bilməz. Məni bu təsadüflər o qədər də düşündürmürdü.... |
DÜŞÜNMƏ (ID - 11328)“Düşünmək”dən f.is.
|
DÜŞÜNMƏK (ID - 11329)f 1. Bir şeyin haqqında fikirləşmək; fikir etmək. Gələcəyini düşünmək. Sabahı düşünmək. - Ömrün varlığını izləyən şair; Bu günə dair; Nə isə düşünürdü haman salonda. S.Vurğun.
// Fikirləşib aramaq, fıkirləşib... |
DÜŞÜNÜLMƏ (ID - 11330)“Düşünülmək”dən f.is.
|
DÜŞÜNÜLMƏK (ID - 11331)“Düşünmək”dən məch.
|
DÜŞÜNÜLMÜŞ (ID - 11332)“Düşünülmək”dən f.sif. Düşünülmüş plan. Düşünülmüş tədbir.
Məhsəti xanım ziyafətə daxil olan zaman, vaxt ikən düşünülmüş tədbirlər tamamilə əhəmiyyətdən düşdü. M.S.Ordubadi. |
DÜŞÜNÜŞ (ID - 11333)is. Düşünmək işi, düşünmək tərzi; təfəkkür, mülahizə.
|
DÜŞÜNÜŞMƏ (ID - 11334)“Düşünüşmək”dən f.is. Dövlət zarafatyana, kənddə bir neçə adamın özü ilə çox bərk düşünüşməsindən söhbət salıb dedi. Ə.Əbülhəsən.
|
DÜŞÜNÜŞMƏK (ID - 11335)f Düşmən olmaq, kin və ədavət saxlamaq. [Balaxanım Dadaş Lələşovdan soruşdu:] Sən niyə Şiraslanla düşünüşmüsən? S.Rəhimov.
|
DÜŞÜRDÜLMƏ (ID - 11336)“Düşürdülmək”dən f.is.
|
DÜŞÜRDÜLMƏK (ID - 11337)“Düşürtmək”dən məch.
|
DÜŞÜRMƏ (ID - 11338)“Düşürmək”dən f.is.
|
DÜŞÜRMƏK (ID - 11339)f 1. Bir şeyi götürərək və ya başqa vasitə ilə aşağı endirmək, aşağı salmaq. Kitabları aşağı düşürmək lazımdır.
[Qadın:] Yox! Yalvarıram sənə! Amandır! Bu evdə mənə o qəndildən başqa bir şey lazım deyil; qurbanın... |
DÜŞÜRTMƏ (ID - 11340)“Düşürtmək”dən f.is.
|
DÜŞÜRTMƏK (ID - 11341)1. Bax düşürmək 1-ci mənada. Qazanı yerə düşürtmək.
2. icb. Aşağıya, yerə düşməyə, enməyə kömək və ya məcbur etmək. [Səlim] kəndlərinin bərabərinə çatanda maşını əyləndirdi, sərnişinlər ona kömək etdi, onu... |
DÜŞÜRÜLMƏ (ID - 11342)“Düşürülmək”dən f.is.
|
DÜŞÜRÜLMƏK (ID - 11343)“Düşürmək”dən məch. Şeylər aşağı düşürüldü. Uşaqlar maşından düşürüldülər. - Şose yolunun kənarında, körpünün döngəsində maşınlar və arabalar dayandırılır, yaralılar düşürülür, içəri qazmalara aparılırdı....
|
DÜŞVAR (ID - 11344)sif. [fars.] klas. Çətin, müşkül, ağır. Ey deyən: səbr qıl, ah eyləmə yarı görcək; Mənə düşvardır ol, gər sənə asan görünür. Füzuli. Müşküldü mən kənara düşüm kuyi-yardən; Düşvardır ki, əl üzüm ol gülüzardən....
|
DÜTAR (ID - 11345)is. [fars.] Tara oxşar ikisimli musiqi aləti.
|
Bu səhifə dəfə baxılıb