İzahlı lüğət

DÜŞÜNCƏLİ

sif. 1. Düşüncəsi olan, ağıllı, şüurlu, anlaqlı, qanacaqlı, dərrakəli, mərifətli, fərasətli. Düşüncəli uşaq. - ..Sizin Qətibə ilə olan rəftarınız düşüncəli bir hökmdarın rəftarı deyildi. M.S.Ordubadi. Alnı düşüncəli, qolları sarqıq, Yetim baxışlarla boynunu burmuş. M.Müşfiq.
// Zərf mənasında. Maral bülbül nəğmələrini dinləyərək məhzun və düşüncəli bir halda .. gedir. H.Cavid. Tahirin bu cür düşüncəli və ciddi danışmağı Lətifəni sevindirdi. M.Hüseyn.
2. Düşünmə nəticəsində fikrə dalmış, fikirli, qayğılı. [Mirzə Əliməmməd:] Otur,
dedi və qələmi qələmdana qoyaraq Səfəri düşüncəli nəzərlə süzdü. Çəmənzəminli. Düşüncəli gözlərində bir təbəssüm duyuram mən; Bəllidir ki, bir müjdədir o, gələcək nəsillərdən. M.Dilbazi. Nərgiz bu gün sakit və düşüncəli idi. Ə.Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed