İzahlı lüğət

DÜVƏL (ID - 11346)

is. [ər. “dövlət” söz. cəmi] köhn. kit. Dövlətlər. Düvəli-müəzzimə (keçmişdə böyük dövlətlərin ümumi adı).

DÜYDÜ (ID - 11347)

is. məh. Balta küpünün arxası. Baltanın düydüsü.

DÜYDÜRMƏ (ID - 11348)

“Düydürmək”dən f.is.

DÜYDÜRMƏK (ID - 11349)

“Düymək”dən icb. Atın quyruğunu düydürmək.

DÜYƏ (ID - 11350)

is. İnəyin, camışm, ceyranın, maralın hələ kələ və ya təkəyə gəlməmiş, doğmamış balası. Maral düyəsi. İnək düyəsi. - Yelini dolmuş inəklər balasına çatmaq üçün mələyir, yazabuğalar, düyələr birbirini buynuzlayıb...

DÜYƏCƏ (ID - 11351)

is. Balaca düyə. Bizim düyəmiz böyümür, elə düyəcə kimi durur. S.Rəhimov.

DÜYƏLƏK (ID - 11352)

is. məh. Hələ dəyməmiş xırda qarpız və ya qovun.
□ Düyələk kimi yupyumru, gipgirdə. Müqim bəyin qarnı qarpız kimi qalxıq, başı da aran yerinin düyələyi kimiyupyumru idi. S.Rəhimov.

DÜYƏLƏKBAZ (ID - 11353)

sif. [düyələk və fars. ...baz] dan. 1. Davakar, dəbbəçi.
2. Fırıldaqçı, kələkbaz; hoqqabaz.

DÜYƏLƏKBAZLIQ (ID - 11354)

is. dan. 1. Davakarlıq.
Fırıldaqçılıq, kələkbazlıq; hoqqabazlıq.

DÜYM (ID - 11355)

[holl.] 2,54 santimetrə bərabər uzunluq ölçüsü.

DÜYMƏ1 (ID - 11356)

is. 1. Paltarı ilməkləmək üçün (bəzən də yaraşıq üçün) sümükdən, metaldan və ya başqa materialdan qayrılan, adətən yuvarlaq şəkildə olan şey. Yaxa düyməsi. Cib düyməsi. Şalvar düyməsi. - Əynində boz çuxa, belində...

DÜYMƏ2 (ID - 11357)

“Düym” sözünün canlı dildə işlənən forması. Həsən bəy əzbərdən quyuların hamısının dərinliyini ayrı-ayrı olaraq sajın və futla deyil, hətta düymənin dörddən birinə qədər belə bilirdi. B.Talıblı.

DÜYMƏ3 (ID - 11358)

“Düymək”dən f.is.

DÜYMƏCƏ (ID - 11359)

zərf Düymə qədər; az, azacıq. Dəvəcə boyun olunca, düyməcə ağlın olsun. (Ata. sözü).

DÜYMƏCİK (ID - 11360)

is. 1. Kiçik düymə.
2. Kiçik tumurcuq.

DÜYMƏÇƏ (ID - 11361)

is. 1. Puçur, açılmamış tumurcuq. Yazda ağacların düyməçələri irilənməyə başlayır. - Nərgiz düyməçələri; Püstə kimi yarılıb ortasından neçələri. R.Rza. Məxmər otların arasından büllur sular süzülür, qönçələrə,...

DÜYMƏÇƏLƏMƏ (ID - 11362)

“Düyməçələmək”dən f.is.

DÜYMƏÇƏLƏMƏK (ID - 11363)

f. Düyməçə (4-cü mənada) ilə bənd etmək. [Gəldiyev] Vahidin layihəsini səliqə ilə düyməçələdi, başladı üzünü köçürməyə. Mir Cəlal.

DÜYMƏÇƏLƏNMƏ (ID - 11364)

“Düyməçələnmək”dən f.is.

DÜYMƏÇƏLƏNMƏK (ID - 11365)

f. 1. Düyməçə gətirmək, tumurcuqlanmaq, puçurlanmaq. Ağaclar düyməçələnir. - Yaşıl yarpaqların arasında düyməçələnmiş tüklü meyvəni seçmək olurdu. M.İbrahimov.
2. Düyməçə (4-cü mənada) ilə bənd edilmək.

DÜYMƏÇƏLİ (ID - 11366)

sif. Düyməçəsi olan, tumurcuqlu. Göy düyməçəli ağac. - ..Meşə yolunu kollar, qırmızı çiçəkli, göy düyməçəli maralotular, ağ, sarı və qırmızı göbələkli kötüklər tuturdu. S.Rəhimov.

DÜYMƏK (ID - 11367)

f. 1. Kəndirin, ipin və s.-nin bir yerini ilmək halına salmaq; ilgəkləmək, düyünləmək, düyün halına salmaq. [Cahandar ağa] Yəhəri atın belinə qoydu. Qarınaltı qayışları möhkəm çəkdi, üzəngini, yüyəni yoxladı, dal tərəfə...

DÜYMƏLƏMƏ (ID - 11368)

“Düymələmək”dən f.is.

DÜYMƏLƏMƏK (ID - 11369)

f. Düyməni, ya düymələri ilgəkdən keçirməklə bağlamaq, qovuşdurmaq. Köynəyini, paltarını düymələmək.
Məşədi İbad yaxasını düymələyir... Ü.Hacıbəyov. [Müəllim] paltosunu geyib düymələdi. S.Hüseyn.

DÜYMƏLƏNMƏ (ID - 11370)

“Düymələnmək”dən f.is.

DÜYMƏLƏNMƏK (ID - 11371)

1. məch. Düymələri, ya düyməsi ilgəyə keçirilməklə bağlanmaq, qovuşdurulmaq. Çəhrayı arxalıq [xanımın] sinəsində yarımdairə təşkil edərək qızıl toqqa sarılmış incə belində düymələnmişdi. Çəmənzəminli.
t-siz....

DÜYMƏLƏTMƏ (ID - 11372)

“Düymələtmək”dən f.is.

DÜYMƏLƏTMƏK (ID - 11373)

icb. Düyməsini, düymələrini bağlatmaq.

DÜYMƏLİ (ID - 11374)

sif. 1. Düyməsi olan, düymə ilə bağlanan, düymələnən. Düyməli köynək.
Əyricə qaşı var, ucu əyməli; Kətan köynəh geyib, köksü düyməli. Aşıq Kərəm. Gülşad göyzəmin krepsatindən yaxası düyməli, qollu, uzun don geymiş(dı)....

DÜYMƏYARIMLIQ (ID - 11375)

sif. Ölçüsü bir yarım düymə (düym) olan. Düyməyarımlıq mıx, boru. - O, iyirmi beş santimetrlik, düyməyarımlıq dəmir parçalarından burğaclar hazırlayırdı. Mir Cəlal.

DÜYÜ (ID - 11376)

is. İsti iqlimdə sulu yerlərdə (xırlarda) yetişdirilən ağ rəngli dənli bitki (qabıqlı halda buna çəltik deyilir). Çəltiyin qabığı alınanda düyü əmələ gəlir. Düyü dayaz sularda bitən bir bitkidir. - Yağdan sonra düyü tədarükünün...

DÜYÜÇÜ (ID - 11377)

is. 1. Çəltik yetişdirməklə məşğul olan adam.
köhn. Düyü taciri, topdan düyü satmaqla məşğul olan adam. Bakıda iri ticarətlə məşğul olan düyüçülər, xüşgəbarçılar, ipəkçilər, xalçaçılar, qara neftçilər də az...

DÜYÜÇÜLÜK (ID - 11378)

is. 1. Düyüçünün işi, peşəsi, məşğuliyyəti.
Sif. mənasında. Düyü yetişdirməklə məşğul olan, düyü yetişdirən. Düyüçülük rayonları.

DÜYÜLMƏ (ID - 11379)

“Düyülmək”dən f.is.

DÜYÜLMƏK (ID - 11380)

DÜYÜM (ID - 11381)

DÜYÜMLƏMƏK (ID - 11382)

bax düyünləmək. Tükəzban çarşabın uclarını belinə çarım-çarpaz düyümləyib, oraya - yığıncağa yüyürərdi. Talıblı. Sənəm sumağı boğazaltısının uclarını .. yoğun hörüyünün altında düyümləmişdi.. Ə.Əbülhəsən.
...

DÜYÜMLƏNMƏK (ID - 11383)

bax düyünlənmək.

DÜYÜMLÜ (ID - 11384)

bax düyünlü.

DÜYÜN1 (ID - 11385)

is. 1. İki ip və s.-nin bir-birinə bağlanmasından əmələ gələn yumru ilmək yeri, habelə ipin özünün ilmək halına salınmış yeri. İpin düyününü açmaq. - [Səttar:] Yazıq arvadın barmaqları ilmədə qalıb, gözü düyünlərdə....

DÜYÜN2 (ID - 11386)

is. Toy, şənlik. Bayraməlisiz toy olmaz, Qənbərsiz düyün. (Ata. sözü). Davul, zurna çalındı, qızdı düyün. A.Şaiq. Görürəm o dağdakı toyu, düyünü yeni səhnədə. M.Müşfiq.

DÜYÜNBAŞ (ID - 11387)

is. bot. Qaymaqçiçəklilər fəsiləsindən düzən və aşağı dağ zonasında bitən, ikişər lələkvari kəsimli yarpaqları olan birillik ot bitkisi.

DÜYÜNCÜK (ID - 11388)

bax düyünçə.

DÜYÜNÇƏ (ID - 11389)

is. İçinə şey qoyulub düyünlənmiş yaylıq, parça və s.; bağlama. Bir tərəfdə tayanın dibində su bardağı, çörək düyünçəsi, əyin paltarı və bir neçə boş çuval. Məmmədquluzadə. İndi get, nə ayın-oyunun varsa, yığ bir...

DÜYÜNÇƏLƏMƏ (ID - 11390)

“Düyünçələmək”dən f.is.

DÜYÜNÇƏLƏMƏK (ID - 11391)

f Düyünçə halına gətirmək.

DÜYÜNÇƏLƏNMƏ (ID - 11392)

“Düyünçələnmək”dən f.is.

DÜYÜNÇƏLƏNMƏK (ID - 11393)

məch. Düyünçə halına gətirilmək.

DÜYÜN-DÜYÜN (ID - 11394)

sif Çoxlu düyünləri olan, düyünlü. Düyün-düyün ağac. Düyün-düyün ip.
// Zərf mənasında. Düyün-düyün olmaq.

DÜYÜNLƏMƏ (ID - 11395)

“Düyünləmək”dən f.is.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed