DUBLİKAT (ID - 10946)[lat.] Əsil sənədi əvəz edən ikinci nüsxəsi, surəti. Talonun dublikatı.
// Sif mənasında. Dublikat nüsxə. |
DUBLYAJ (ID - 10947)[fr.] Səsli kinofilminin danışıq hissəsinin yeni, başqa dildə danışıqla əvəz edilməsi, başqa dilə çevrilməsi.
|
DUBLYONKA (ID - 10948)is. [rus.] Aşılanmış dəridən astarı tük (yun) kürk və gödəkcə.
|
DUBLYOR (ID - 10949)[fr.] 1. Başqası ilə yanaşı olaraq eyni işi, yaxud bənzər işi görən adam və s.
2. Əsas rolu, yaxud oyunçunu əvəz edən aktyor, ya oyunçu. // Başqa dilə çevrilmiş filmin mətnini söyləyən kinoaktyoru. |
DUBLYORLUQ (ID - 10950)is. Dublyorun işi (bax dublyor). Dublyorluq etmək.
|
DUD (ID - 10951)is. [fars.] Əsil mənası “tüstü” olub, klassik şeirdə və folklorda çox vaxt “dudiah”, “dudi-dil” və s. tərkiblərində “ah, fəğan” mənasında işlənmişdir. Dudi-ahindir, Xətayi, gögdə buludlar sənin; Durmayıb tök göz...
|
DUDA (ID - 10952)is. [fars.] Neft, mazut, qaz və s. yanmasından hasil olan his. Quru qazlardan əsas etibarilə yanacaq kimi, duda istehsalında isə xammal kimi istifadə olunur.
|
DUDALI (ID - 10953)sifi Hisli, hislə örtülmüş, his basmış. Dudalı boru.
|
DUDƏ (ID - 10954)bax duda. Sübhi-əzəldən üzün etdikdə təcəlli; Məhv oldu cahanı bürüyən dudeyi-zülmat. M.Ə.Sabir.
|
DUDKEŞ (ID - 10955)is. [fars.] Tüstüçəkən boru. Qəzənfər çıxıb qaynayan samovarın dudkeşini götürdükdə Şirzadı gördü. M.İbrahimov. Samovarın dudkeşindən gur alov qalxanda Nazxanım bizə yanaşdı. İ.Əfəndiyev.
|
DUDMAN (ID - 10956)is. [fars.] Adlı-sanlı, tanınmış ailə, böyük ailə, nəsil. O mənim bu dudmana nəvazişimi çox yaxşı bilir. S.Rəhimov.
// Ev, ocaq. [Dərviş:] Mən bu dudmanı həmişə abad və içində dilşadlıq görmüşəm. Ə.Haqverdiyev. |
DUEL (ID - 10957)[fr. əsli lat.] 1. köhn. Qabaqcadan müəyyən edilmiş şərtlərlə iki nəfərin (təhqir olunanla təhqir edənin) bir-biri ilə vuruşması və ya atışması. Duelə çağırmaq. [Hüseyn:] Gərək burada bu saat mənimlə duelə çıxasan. Ə.Haqverdiyev.
2.... |
DUELÇİ (ID - 10958)is. köhn. Dueldə iştirak edən adam.
|
DUET (ID - 10959)[ital.] mus. Hər biri müstəqil olmaq üzrə ikilikdə oxunan və ya çalınan musiqi əsəri. Leyli ilə Məcnunun dueti. - İştirak edənlərin sayından asılı olaraq hər bir belə ansamblın öz adı var. İki nəfər oxuduqda buna duet, üç...
|
DUXOVKA (ID - 10960)[rus.] Qızmış hava ilə içində yemək bişirmək üçün (adətən, mətbəx plitəsi içərisində yerləşən) dəmir qutu. Balıq duxovkada yaxşı bişir.
|
DUL (ID - 10961)1. sif. Ərinin ölümündən sonra ərə getməmiş (qadın); arvadının ölümündən sonra evlənməmiş (kişi). Dul arvad yetim saxlar; Naxırçıya minnət qoyar. (Ata. sözü). Qürbət içrə fəhləliklə saxlar idi öz başın; Həm vətəndə...
|
DULCUĞAZ (ID - 10962)is. “Dul”dan oxş.
|
DULLAŞMA (ID - 10963)“Dullaşmaq”dan f.is.
|
DULLAŞMAQ (ID - 10964)f. Əri (və ya arvadı) ölmək; dul qalmaq.
|
DULLUCA (ID - 10965)“Dul”dan kiç. və oxş. [Sultan bəy:] ..Mənimki bir hallıca, dulluca arvaddır.. Ü.Hacıbəyov.
|
DULLUQ (ID - 10966)is. Dul olma, dul qadının, ya kişinin hal və vəziyyəti.
|
DULUS (ID - 10967)is. Saxsı qab qayıran usta. [Güllü:] Amma hacı heç bilmir ki, məni Allah yaradıb, dəmirçi döyüb, yoxsa da duluspalçıqdan yoğurub? Ə.Haqverdiyev.
|
DULUSÇU (ID - 10968)b ax dulus. Azərbaycan etnoqrafiyasının öyrənilməsi üçün xüsusi əhəmiyyəti olan bu qab qədim dulusçuların yüksək məharətini göstərir. (Qəzetlərdən).
|
DULUSÇULUQ (ID - 10969)bax dulusluq.
|
DULUSXANA (ID - 10970)is. Saxsı qab karxanası.
|
DULUSLUQ (ID - 10971)is. Dulusun sənəti, işi, peşəsi. Dulusluq edib sarı palçıqdan saxsı qablar qayırmaq, bu qabları naxışlamaq, bəzəmək - qoca bağbanın böyük qardaşı İbrahim Tahirinpeşəsi idi. S.Rəhimov.
|
DUM (ID - 10972)“Duma” sözünün keçmişdə danışıq dilində işlənən təhrif edilmiş forması. Karişeytan dedin dəmir yolunu; Xalqa etdin həram dum pulunu. S.Ə.Şirvani. Sən o deyilmidin, dedin: Dumdur ümidgahımız. M.Ə.Sabir.
|
DÜMA (ID - 10973)[rus.] tar. Rusiyada: bir sıra mərkəzi və yerli idarə orqanlarının adı. Dövlət duması (Rusiyada: qanunvericilik hüququna malik, seçilən nümayəndələr məclisi). Şəhər duması (çar Rusiyasında: seçilən şəhər idarəsi orqanı,...
|
DUMAÇI (ID - 10974)is. tar. Dövlət, ya şəhər duması üzvü (bax duma).
|
DUMAN (ID - 10975)is. 1. Atmosferin aşağı təbəqələrində su buxarının toplanması nəticəsində əmələ gələn kəsif, tutqun hava kütləsi; sis. Duman basmaq. Dumandan göz gözü görmür. - Dalğalanan dumanların arasından ay çıxır. A.Səhhət. Damla...
|
DUMAN-ÇİSKİN (ID - 10976)bax duman 1-ci mənada. Hər yeri duman-çiskin qapladı. - Ağ atlı fayton tərpəndi, zınqıldaya-zınqıldaya səs saldı, duman-çiskin içində Cavanşir qəsəbəsindən çıxıb daş yolla yuxarı dartındı. S.Rəhimov.
|
DUMANLAMA (ID - 10977)“Dumanlamaq”dan f.is.
|
DUMANLAMAQ (ID - 10978)f 1. Dumanla, tüstü ilə örtmək; duman, tüstü çökmək; duman, tüstü basmaq.
2. məc. Bulandırmaq, qaraltmaq, tutqunlaşdırmaq, kəsifləşdirmək. |
DUMANLANDIRILMA (ID - 10979)“Dumanlandırılmaq”dan f.is.
|
DUMANLANDIRILMAQ (ID - 10980)məch. 1. Tüstüləndirilmək.
2. məc. Tutqunlaşdırılmaq, kəsifləşdirilmək. |
DUMANLANDIRMA (ID - 10981)“Dumanlandırmaq”dan f.is.
|
DUMANLANDIRMAQ1 (ID - 10982)f 1. Tüstüləndirmək, tüstü buraxmaq.
2. məc. Tutqunlaşdırmaq, dumanlı etmək; anlaşılmaz, görünməz hala salmaq; üstünü örtmək. |
DUMANLANDIRMAQ2 (ID - 10983)f. Dumanla, tüstü ilə örtmək; duman, tüstü qaldırmaq; tüstüləmək. Zərrintac xanım kreslodan üzüyuxarı dumanlandırdığı boz tüstünün içində sanki Xosrovun şirin sözlərini dinləyirdi. S.Rəhimov.
// məc. Dumanlı, anlaşılmaz... |
DUMANLANMA (ID - 10984)“Dumanlanmaq”dan f.is.
|
DUMANLANMAQ (ID - 10985)məch. 1. Dumanla (tüstü ilə) örtülmək (dolmaq); duman basmaq, duman bürümək. Hava dumanlandı. - Toz ərşə dayandı, göy dumanlandı. Ə.Cavad.
// Duman qalxmaq, tüstü çıxmaq. Bu sadə tonqalın yaşıl tüstüsü; Gecənin qoynunda... |
DUMANLAŞMA (ID - 10986)“Dumanlaşmaq”dan f.is.
|
DUMANLAŞMAQ (ID - 10987)f Dumana bürünmək, dumanla dolmaq. Hava dumanlaşır, deyəsən, yağacaq.
|
DUMANLATMA (ID - 10988)“Dumanlatmaq”dan f.is.
|
DUMANLATMAQ (ID - 10989)f 1. Bax dumanlandırmaq. Arabanın boynunda çöməlmiş, domuşub oturan Əsgər çırt çubuğunu qurdalayıb tüstüsünü dumanladır, hey fikirləşirdi. Ə.Vəliyev.
məc. Qarışdırmaq, fikrini çaşdırmaq. Qızğın ehtiraslar [Rüstəm... |
DUMANLI (ID - 10990)sif. 1. Dumanla örtülü, duman bürümüş. Dumanlı hava. Dumanlı göy. - Payızın dumanlı bir günü idi. A.Şaiq. Mən bir aşiqəm ki, bu çaldığım saz; Dumanlı dağlara səs salacaqdır. Ə.Cavad. Səsləyir yurdumun şeri, zinəti; Zirvəsi...
|
DUMANLI- ÇİSKİNLİ (ID - 10991)sif. Çox tutqun, duman və çiskin qaplamış. Dumanlı-çiskinli hava.
|
DUMANLIQ (ID - 10992)is. 1. Duman içində olan, duman qaplamış yer. Qurd dumanlıq sevər. (Ata. sözü).
// Duman, duman kütləsi. Çulğamışdı hər tərəfi dumanlıq. A.Səhhət. astr. Yerdən çox-çox uzaqlarda olan və işıqlı duman ləkələri şəklində... |
DUMANLILIQ (ID - 10993)bax dumanlıq 1 və 2-ci mənalarda.
|
DUMANSIZ (ID - 10994)sif. Aydın, saf, təmiz. Dumansız göy. Dumansız hava. - Bağçasız, barsız dağlar; Dumansız, qarsız dağlar; Mən sizə arxalandım; Siz olduz karsız, dağlar! (Bayatı).
|
DUMANSIZLIQ (ID - 10995)is. Havada duman olmadığı hal; təmizlik, aydınlıq (havada).
|
Bu səhifə dəfə baxılıb