DUMANLIsif. 1. Dumanla örtülü, duman bürümüş. Dumanlı hava. Dumanlı göy. - Payızın dumanlı bir günü idi. A.Şaiq. Mən bir aşiqəm ki, bu çaldığım saz; Dumanlı dağlara səs salacaqdır. Ə.Cavad. Səsləyir yurdumun şeri, zinəti; Zirvəsi dumanlı o dağlar məni. M.Dilbazi.
// Tüstülü, tüstü ilə dolmuş. [Çocuqlar] ..külbə önündə oynarkən birdənbirə havanın dumanlı bir alov ilə qızardığını gördülər. A.Şaiq. Hüseyn göydə deyil, yığıncaqdadır; Dumanlı, tüstülü bir otaqdadır. M.Rahim. məc. Qarışıq, tutqun, aydın olmayan. [Şeyx Hadi:] Tutsa afaqi şöleyi-hikmət; Onu duymaz dumanlı gözlər, əvət! H.Cavid. Bəşər qardaşlığı tərk etmiş, əfsus! Hər əməl dumanlı xülyaya bənzər. S.Vurğun. // məc. Üstüörtülü, qeyri-müəyyən, anlaşılmaz. Dumanlı danışıq. Dumanlı fikir. Dumanlı məsələ. məc. Kədərli, tutqun. Dumanlı çöhrə. Nümayəndələr sədrin buludlu və dumanlı üzünü gördükdə onun hələ də acıqlı olduğunu yəqin etdilər. M.İbrahimov. Paylaşın - Hamı bilsin
|