
DUEL[fr. əsli lat.] 1. köhn. Qabaqcadan müəyyən edilmiş şərtlərlə iki nəfərin (təhqir olunanla təhqir edənin) bir-biri ilə vuruşması və ya atışması. Duelə çağırmaq. [Hüseyn:] Gərək burada bu saat mənimlə duelə çıxasan. Ə.Haqverdiyev.
2. məc. Yarış, mübahisə, mübarizə. Gözlədim, görüm, axırı necə olacaq bu duelin. R.Rza. Paylaşın - Hamı bilsin
|