İzahlı lüğət

DÜRGƏLƏTMƏK (ID - 11246)

icb. Dürgə halına saldırmaq.

DÜRGƏLİ (ID - 11247)

sif. Dürgələnmiş halda olan.
Dürgəli kağız.

DÜRLÜ (ID - 11248)

is. 1. Cür, növ. Maşının keçdiyi yerlərdə, onun arxasınca, uçurulan evlərin yerində yeni binalar, başqa dürlü küçələr, meydançalar tikilir. S.Hüseyn. [Bəhram:] Yox, mənim ürəyimdə başqa dürlü hisslər oyanır və get-gedə...

DÜRLÜ-DÜRLÜ (ID - 11249)

sif. Cürbəcür, növbənöv, hər cür, hər növ, müxtəlif. Dürlü-dürlü yeməklər. - Cəmalından sənin hər gecə, ey şah; Düşər yüz min ziyalar dürlü-dürlü. Xətayi. Fələk saldı dürlü-dürlü odlara; Şanşan olmuş, parələnmiş...

DÜRMƏK (ID - 11250)

is. 1. Bükülmüş, dürmələnmiş şey; bağlama.
İçinə yağ, pendir və s. qoyulub (və ya bunlarsız) lülə şəklində bükülmüş lavaş, yuxa. Yuxanın arasına pendir qoyub dürmək düzəltmək. Yağ dürməyi. Pendir dürməyi. - İt...

DÜRMƏKLƏMƏ (ID - 11251)

“Dürməkləmək”dən f.is.

DÜRMƏKLƏMƏK (ID - 11252)

f 1. İçinə pendir, yağ və s. qoyub dürmək halına salmaq (lavaşı, yuxanı); dürmək qayırmaq; yığıb yumrulamaq. Yuxanı dürməkləyib yedi. - Sadıqzadə bıçağı ağ şanın yanından çəkdi, onun bir parçasını götürüb təndirdə...

DÜRMƏNC (ID - 11253)

is. dan. bax dürmək 1-ci mənada. [Araz:] Doktor, istini soyuğa, soyuğu istiyə qatıb dürmənc kimi yeyən bir fəhləyəm. A.Şaiq.

DÜRR (ID - 11254)

is. [ər.] 1. İnci, mirvari.
// məc. Şairanə təşbehlərdə gözəlin dişlərinə işarə. Ləli-ləbi bənzər gövhər kanına; Düzülüb gövhərtək dür dəhanına. M.V.Vidadi. Səmən iyli, səhabi zülf, ay qabaq; Qönçə dəhan, dür...

DÜRTƏLƏMƏK (ID - 11255)

bax dürtmək.

DÜRTMƏ (ID - 11256)

1. “Dürtmək”dən f.is.
2. is. Əlini yumruq halına gətirərək barmaqlarının qatlanmış yeri ilə vurma. Onun qoluna bir dürtmə vurdu. - Arvad onun ürəyinə bir dürtmə vurdu. Mir Cəlal. Ərknazın gözləri yerə dikildi. Əlyarov...

DÜRTMƏK (ID - 11257)

f. 1. Zorla soxmaq (salmaq, keçirmək, yerləşdirmək). Pası mırıldanamırıldana əyildi, açılmış kağızı qatlayıb onun qoynuna dürtdü. S.Rəhimov. Ağazal ayağını birtəhər lak çəkməsinə dürtməyə çalışırdı. Ə.Əbülhəsən.
...

DÜRTMƏKLƏMƏ (ID - 11258)

“Dürtməkləmək”dən f.is.

DÜRTMƏKLƏMƏK (ID - 11259)

bax dürtmələmək.

DÜRTMƏKLƏNMƏ (ID - 11260)

“Dürtməklənmək”dən f.is.

DÜRTMƏKLƏNMƏK (ID - 11261)

məch. Dürtməklə vurulmaq.

DÜRTMƏLƏMƏ (ID - 11262)

“Dürtmələmək”dən f.is.

DÜRTMƏLƏMƏK (ID - 11263)

f. Dürtməklə vurmaq. Birdən molla məni öz adımla çağırdı. Yanımdakı şagirdlər məni dürtmələdilər. T.Ş.Simurq. Bu dəmdə [Süleyman bəyi] kimsə dürtmələyib ayıltdı. B.Talıblı. [Tapdıq] bir şey çıxmadığını görüncə...

DÜRTMƏLƏNMƏ (ID - 11264)

“Dürtmələnmək”dən f.is.

DÜRTMƏLƏNMƏK (ID - 11265)

məch. Dürtməklə vurulmaq.

DÜRTÜLMƏ (ID - 11266)

“Dürtülmək”dən f.is.

DÜRTÜLMƏK (ID - 11267)

f. Özünü zorla soxmaq, zorla soxulmaq (bir yerə). Asta qaçıb dürtülərik xəlvətə; Kim nə deyər bizdə olan qeyrətə? M.Ə.Sabir. Qabaq səflər bizim top, pulemyot və silah atəşindən seyrəldisə də, daldakılar buna baxmayaraq, irəli...

DÜRTÜNMƏK (ID - 11268)

bax dürtülmək.

DÜRTÜŞDÜRMƏ (ID - 11269)

“Dürtüşdürmək”dən f.is.

DÜRTÜŞDÜRMƏK (ID - 11270)

f. 1. Zorla soxmaq, bir şeyi güclə cibə və s.-yə yerləşdirmək.
2. Bax dartışdırmaq.

DÜRTÜŞDÜRÜLMƏ (ID - 11271)

“Dürtüşdürülmək”dən f.is.

DÜRTÜŞDÜRÜLMƏK (ID - 11272)

məch. Zorla soxulmaq, zorla cibinə və s.-yə yerləşdirilmək.

DÜRTÜŞMƏ (ID - 11273)

“Dürtüşmək”dən f.is.

DÜRTÜŞMƏK (ID - 11274)

f. Dürtülmək (çoxları haqqında).

DÜRÜST (ID - 11275)

sif. [fars.] 1. Doğru, düzgün, düz. Dürüst söz. - Avazı idi bəsi mülayim;
Üslubi dürüst, üsuli qani. Füzuli.
// Həqiqi, gerçək, doğru, sadiq. Deyərlər, dərdi-eşqin adəm öldürməz, dürüstdür bu.. X.Natəvan.
// Düz,...

DÜRÜSTLƏŞDİRİLMƏ (ID - 11276)

“Dürüstləşdirilmək”dən f.is.

DÜRÜSTLƏŞDİRİLMƏK (ID - 11277)

məch. Dürüst hala salınmaq, dəqiq şəklə salınmaq; dəqiqləşdirilmək. Dərsliyin IV və V fəsillərinin xronoloji çərçivəsi dürüstləşdirilmişdir. (Qəzetlərdən).

DÜRÜSTLƏŞDİRMƏ (ID - 11278)

“Dürüstləşdirmək”dən f.is.

DÜRÜSTLƏŞDİRMƏK (ID - 11279)

f Dürüst hala salmaq; dəqiqləşdirmək. [Sabit Mirzə] .. zənnində yanılıb-yanılmadığını dürüstləşdirmək üçün diqqətlə Dadaşovun üzünə baxdı. İ.Məlikzadə.

DÜRÜSTLÜK (ID - 11280)

is. Düzlük, doğruluq, düzgünlük; dəqiqlik.
// Həqiqilik, gerçəklik, səhihlik.

DÜRÜYƏ (ID - 11281)

is. [fars.] köhn. Dəri ya mahuddan tikilən dəyirmi təpəli papaq.

DÜSƏR (ID - 11282)

is. [fars.] 1. Bir tərəfi balta, o biri tərəfi külüng olan alət. Düsərlə həm yer qazılır, həm də ağac yarılır.
2. İkiuclu mıx. Bu taxtaya düsər vurmuşlar.

DÜSTUR (ID - 11283)

is. [ər.] 1. Qanun, qayda, əsas, üsul. Həmən bu düsturu öyrənib də sən; Ər oğlu ər kimi tab et bəlaya. S.Vurğun. Bəs xalqla yazıçı arasında mənəvi rabitə necə yaranır? Bu barədə düstur vermək çətindir. M.İbrahimov.
Hər...

DÜSTURÜLƏMƏL (ID - 11284)

is. [ər.] köhn. Təlimat, göstəriş, qayda, nizam. [Əsəd bəy:] Bu hərəkətdə bitərəf qalmaq barəsində [bizə] düsturüləməl göndərmişlər, - dedi. M.S.Ordubadi.

DÜŞAXƏ (ID - 11285)

is. [fars.] tar. Qədim zamanlarda ölümə məhkum edilmiş adamlar üçün cəza aləti (bu alət haçalanmış ağacdan ibarət olub, cinayətkarın boynu və əlləri onun yarığına keçirilərək bərk sıxılardı). Əlbahili Dərbənd şəhərinə...

DÜŞBƏRƏ (ID - 11286)

is. Nazik yayılıb doğranmış xırda xəmir parçalarının içinə ət qoyulub bükülərək suda bişirilən xörək.

DÜŞBƏRƏXANA (ID - 11287)

is. Düşbərə bişirilib satılan yer, aşxana.

DÜŞBƏRƏXOR (ID - 11288)

is. [düşbərə və fars. ...xor] Düşbərə qabı; içinə qaşıqxörəyi tökülən qab. Ləməyə bəzən çini gülabzən, böyük, görkəmli, dayaz düşbərəxor (supnik) düzülərdi. H.Sarabski.

DÜŞBƏRƏLİK (ID - 11289)

sif. Düşbərəyə yarar. Düşbərəlik ət.

DÜŞDÜRMƏ (ID - 11290)

“Düşdürmək”dən f.is.

DÜŞDÜRMƏK (ID - 11291)

icb. Düşməyə məcbur etmək.

DÜŞƏLGƏ (ID - 11292)

bax düşərgə1 ..İkimci düşəlgədə, gecə Mələk itdi (qaib oldu). Bir aydan sonra əmisi oğluna qoşulub qaçması xalq arasında söyləndi. A.Divanbəyoğlu.

DÜŞƏNBƏ (ID - 11293)

is. [fars.] Həftənin birinci günü, bazar ertəsi.

DÜŞƏRGAH (ID - 11294)

bax düşərgə1

DÜŞƏRGƏ1 (ID - 11295)

is. 1. Müvəqqəti yaşayış yeri, müvəqqəti yurd, mənzil. Turist düşərgəsi.
//Köçün, karvanın və s.-nin istirahət üçün mənzil saldığı yer; duracaq, dayanacaq. Kürün sahili köçərilərin düşərgəsinə çevrilmişdi. İ.Şıxlı.
Kənddən...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed