DİGƏR (ID - 9646)sif. [fars.] Başqa, ayrı, o biri, ikinci. Digər adamlar. Digər vaxtda. Digər fikrə görə.
// İs. mənasında. Biri digərinə kömək etməlidir. // Cəm şəklində: digərləri - başqaları, o biriləri. |
DİGƏRGUN (ID - 9647)sif. [fars.] klas. Dəyişmiş, başqa halda. Fərmanın haləti digərgun idi. Ə.Haqverdiyev.
□ Digərgun eləmək (etmək) - dəyişdirmək, pozmaq, pərişan etmək. Dostumun bupozğun halda vəpərişan sifətdə olmağı mənə də artıq... |
DİK (ID - 9648)1. sif. Aşağıdan yuxarıya doğru şaquli (düz) vəziyyətdə duran. Dik ağac. Dik nərdivan. Dik divar.
sif. Çox yüksək, uca, hündür; sarp. Uzanan dik qayalar, silsilələr; Qara yellər ora dördyandan əsər. S.Vurğun. Girdmanın igid... |
DİKBAŞ (ID - 9649)sif. və is. Çox təşəxxüslü, həddindən artıq iddialı, tərs (adam). Dikbaş oğlan. - Qədirin də Poladdan ona görə xoşu gəlmirdi ki, Polad dikbaşdır.. Ə.Vəliyev.
// Məğrur, söz götürməyən, itaət etməyən, boyun əyməyən.... |
DİKBAŞLIQ (ID - 9650)is. Dikbaş adamın xasiyyəti; təşəxxüs. Dikbaşlıq yaxşı xasiyyət deyil. Dikbaşlıq etmək.
// Məğrurluq, boyun əyməzlik. |
DİKBIĞ (ID - 9651)sif. Bığları dik burulmuş. Dikbığ cavanlar. - Dikbığ Dadaş öz sözünü əsaslandırmağa çalışdı. S.Rəhimov.
|
DİKBURUN (ID - 9652)sif. 1. Burnunun uc tərəfi dik olan. Sualı verən arıq, rəngi solğun, dikburun, dombagöz bir qız idi. Ə.Əbülhəsən.
Burun tərəfi yuxarı qalxmış, burnu qalxıq (çəkmə və s.). Çəkdilər burnuna qara yaşmağı; Ayaqda dikburun... |
DİKCƏ (ID - 9653)zərf Bir qədər dik, dik halda.
// Çox dik. |
DİKDABAN (ID - 9654)sif. Dabanı dik, hündür. Dikdaban çəkmə. Dikdaban başmaq. - [Molla Qasım] ayağına qara meşindən dikdaban Təbriz dübəndisi və bəzi vaxt sarı rəngli nəleyin geyərdi. H.Sarabski.
|
DİKDİR (ID - 9655)is. Dik yer, kiçik təpə. Muğan gözəli dikdirə çıxıb Xançobana yanaşdı. İ.Əfəndiyev. O biri tərəfdə isə yekə bir dikdir var idi. Ə.Vəliyev.
|
DİKƏLDİLMƏ (ID - 9656)“Dikəldilmək”dən f.is.
|
DİKƏLDİLMƏK (ID - 9657)məch. 1. Dik hala gətirilmək, dik tutulmaq, yuxarı qaldırılmaq.
2. Yüksəldilmək, qaldırılmaq, dikilmək. |
DİKƏLMƏ (ID - 9658)“Dikəlmək”dən f.is.
|
DİKƏLMƏK (ID - 9659)f 1. Uzanmış və ya əyilmiş vəziyyətini dəyişib ayaq üstə durmaq və ya oturmaq, yerindən qalxmaq. [Məmməd] Züleyxa və Balaxanım adını eşidər-eşitməz, papirosları yerdə qoyub dikəldi. C.Cabbarlı.
Qalxmaq, başıyuxarı getmək.... |
DİKƏLTMƏ (ID - 9660)“Dikəltmək”dən f.is.
|
DİKƏLTMƏK (ID - 9661)f 1. Dik vəziyyətə gətirmək, dik tutmaq, dik qaldırmaq. [Rüstəm bəy:] Mahmud, Mahmud!.. Başını bir az dikəlt.. N.Vəzirov. Tüfəngimi dikəltdim, havada gəlirkən qolları arasından nişan aldım. A.Şaiq. Atyalını qabartmış, quyruğunu...
|
DİKİLİ (ID - 9662)sif. Dik halda olan, dik duran; dikəldilmiş.
□□ Dikili ağacı yoxdur - heç bir şeyə malik deyildir, heç bir şeyi yoxdur. |
DİKİLMƏ (ID - 9663)“Dikilmək”dən f.is.
|
DİKİLMƏK (ID - 9664)f Bir nöqtəyə baxmaq, gözünü çəkməmək, diqqətlə baxmaq. Nə dikilib baxırsan?
|
DİKİNƏ (ID - 9665)zərf Dik şəkildə, dik halda, başıyuxarı, aşağıdan yuxarıya. Kərpici (daşı) dikinə qoymaq. - Kərimxanı yenə dikinə qaldırılmış bir qəbir təsiri bağışlayan kameraya atdılar. M.İbrahimov. [Göyçək] ..kağızı çıxarıb üstündə...
|
DİKQULAQ (ID - 9666)sif. Qulaqları dik duran. Dikqulaq it.
|
DİKLƏMƏ (ID - 9667)zərf Dikinə, başıyuxarı. [Uşaqlar] dolama cığırla getmədilər, isti qum təpəsindən dikləmə yoxuşa qalxdılar. Mir Cəlal.
|
DİKLƏMƏK (ID - 9668)f. 1. Dik qaldırmaq, dik hala salmaq, dik etmək. İtlər quyruqlarını dikləyərək birdən-birə hürməyə, yüyürməyə başladılar. A.Şaiq.
2. Tuşlamaq, yönəltmək, nişanlamaq. Tüfəngi nişanəyə dikləmək. |
DİKLƏNDİRMƏ (ID - 9669)“Dikləndirmək”dən f.is.
|
DİKLƏNDİRMƏK (ID - 9670)f. Yuxarı qaldırmaq, dik hala gətirmək, qaldırıb dik qoymaq.
|
DİKLƏNMƏ (ID - 9671)“Diklənmək”dən f.is.
|
DİKLƏNMƏK (ID - 9672)bax dikəlmək 1 və 2-ci mənalarda. [Şeyx Nəsrullah] bir qədər fikir eləyib baxır Hacı Həsənin üzünə və birdən diklənib çığırır.. C.Məmmədquluzadə. Mühəndis təşəkkür edib pilləkənləri dikləndi. Mir Cəlal.
|
DİKLƏŞDİRMƏ (ID - 9673)“Dikləşdirmək”dən f.is.
|
DİKLƏŞDİRMƏK (ID - 9674)f. Dik hala gətirmək.
|
DİKLƏŞMƏ (ID - 9675)“Dikləşmək”dən f.is.
|
DİKLƏŞMƏK (ID - 9676)f. Dik hala gəlmək, dik olmaq.
|
DİKLƏTDİRMƏK (ID - 9677)“Diklətmək”dən icb.
|
DİKLƏTMƏ (ID - 9678)“Diklətmək”dən f.is.
|
DİKLƏTMƏK (ID - 9679)icb. Dik hala saldırmaq.
|
DİKLİ (ID - 9680)sif. Diki, çıxıntısı olan; çıxıntılı. Dikli daş.
|
DİKLİK (ID - 9681)is. 1. Dik şeyin halı, dik vəziyyət. Dağın dikliyi.
2. Dik yer; təpə. Dikliyə çatmaq. |
DİKMƏ (ID - 9682)“Dikmək1#”dən f.is.
|
DİKMƏK1 (ID - 9683)f. Əkmək, basdırmaq. Ağac dikmək. Yaz gəlir, bağçılar bağlarda ağac dikməyə başlayacaqlar.
|
DİKMƏK2 (ID - 9684)gözünü (gözlərini) dikmək b ax göz. Başını aşağı dikmək - b ax baş.
|
DİKSİNDİRMƏ (ID - 9685)“Diksindirmək”dən f.is.
|
DİKSİNDİRMƏK (ID - 9686)f 1. Səksəndirmək.
İyrəndirmək, çiyrindirmək. |
DİKSİNİŞ (ID - 9687)is. Diksinmə, səksənmə.
|
DİKSİNMƏ (ID - 9688)“Diksinmək”dən f.is.
|
DİKSİNMƏK (ID - 9689)f 1. Səksənmək.
// Hövlnak yuxudan ayılmaq. Hürkmək, qorxmaq, xoflanmaq. İyrənmək, çiyrinmək. Xörəkdən diksinmək. Xəstədən diksinmək. |
DİKSİYA (ID - 9690)[lat.] Sözlərin tələffüz tərzi; tələffüz. Artistin gözəl diksiyası var. Onun diksiyası aydın deyil.
|
DİKTAT (ID - 9691)[alm.] Güclü dövlətin özündən zəif dövlətə öz şərtlərini, tələblərini zorla qəbul etdirmə siyasəti.
|
DİKTATOR (ID - 9692)[lat.] 1. Dövləti idarə etməkdə qeyri-məhdud hüquqa, ixtiyara malik olan şəxs. Hərbi diktator.
Qədim Romada: ölkə xarici və daxili təhlükə qarşısında olduğu zaman senat tərəfindən təyin edilən və qeyri-məhdud ixtiyar və... |
DİKTATORLUQ (ID - 9693)is. 1. Bir diktator kimi hakimiyyət başmda durma. Diktatorluq dövrü.
Özünü diktator kimi aparma, öz iradəsini başqasına zorla qəbul etdirməyə çalışma. Diktatorluq etmək. |
DİKTATÜRA (ID - 9694)[lat.] Hakim sinfin gücünə istinad edən qeyri-məhdud dövlət hakimiyyəti. Hərbi diktatura.
|
DİKTƏ (ID - 9695)[lat.] köhn. İmla.
□ Diktə etmək 1) başqasma eşitdirib yazdırmaq üçün ucadan söyləmək; 2) məc. zorla qəbul etdirməyə çalışmaq, əmr etmək, buyurmaq. Şərtlərini diktə etmək. |
Bu səhifə dəfə baxılıb