DANSAQ (ID - 8096)dan. bax danlaq.
|
DANSIQ (ID - 8097)is. məh. Abır, həya. Abrını itirmək. Məhəbbətini itirmək.
|
DAR1 (ID - 8098)sif 1. Ensiz (enli ziddi). Dar küçə. Dar yol. Dar keçid. Dar dərə. - Küçə dar olmağına görə ulaq güc ilə keçirdi. Çəmənzəminli. Diyar kişi dar bir cığırla sola tərəf buruldu. Ə.Məmmədxanlı.
□ Dar dəmir yolu - yaxın... |
DAR2 (ID - 8099)is. [fars.] Edama məhkum olunanları asmaq üçün dikəldilən dirək; dar ağacı. Dar ağacını da təpənin üstündə qurublar. “Koroğlu”. [Konsul:] Bu dar ağacları şahənşah hökumətinin əmri ilə qurulmuşdur. M.S.Ordubadi.
□... |
DAR3 (ID - 8100)is. [ər.] klas. Əsil mənası “ev”, “məskən”, “məhəl”, “məkan” olub, klassik ədəbiyyatda bir sıra tərkiblərdə işlənir. Dari-bəqa din. - o dünya, axirət. Daribəqayə rehlət etmək (buyurmaq) tənt. köhn. - ölmək,...
|
DARABA (ID - 8101)is. məh. 1. Taxtadan və s.-dən hasar; arakəsmə. Otağı daraba ilə iki hissəyə ayırmaq.
Evin yanında taxtadan və s.-dən düzəldilmiş tikili. Bu dünyada əlindən min bir peşə gəlirdi: qaşıq qayırmaq, anbar qurmaq, daraba salmaq,... |
DARA-BARA (ID - 8102)is. Mübahisə, dalaşma, dava, küsüşmə, söyüşmə.
|
DARAĞAOXŞAR (ID - 8103)bax daraqvari.
|
DARAQ (ID - 8104)is. 1. Saçı darayıb düzəltmək üçün dişli alət. Narındişli daraq. Başını daraqla daramaq. - Siyah zülfü daraq ilə dara, gör. Qurbani.
□ Daraq çəkmək - daramaq. Müşkünazın qoyun-qoltuğuna sərinlik dolduqca, külək saçlarına... |
DARAQAĞZI (ID - 8105)is. Darağın dişlərindən tökülən yun və s. qırmtıları.
|
DARAQBATMAZ (ID - 8106)f.sif. Qalın, gur, sıx, yaxud dolaşıq, pırtlaşıq, dolaşıb bir-birinə sarılmış. [Sevil] ..əlini sıx və daraqbatmaz qara saçlarına aparıb gəzdirdi. S.Rəhimov.
|
DARAQCIQ (ID - 8107)is. Kiçik daraq.
|
DARAQÇI (ID - 8108)is. 1. Daraq qayıran usta.
Muzdla yun darayan (adam). Daraqçıya daramaq üçün yun aparmaq. |
DARAQÇILIQ (ID - 8109)is. 1. Daraq qayırma sənəti.
2. Yun darama sənəti. Daraqçılıqla məşğul olmaq. |
DARAQ-DARAQ (ID - 8110)zərf Daraqlar şəklində, yan-yana düzülmüş halda.
|
DARAQDİŞİ (ID - 8111)zərf Daraq dişləri kimi bir boyda, yan-yana və sıx. Sərvinazla Muradın briqadalarının əkdiyi pambıq daraqdişi bitmiş(di). Ə.Vəliyev.
|
DARAQLAMA (ID - 8112)“Daraqlamaq”dan f.is.
|
DARAQLAMAQ (ID - 8113)f 1. Daraqdan keçirmək, daraqla daramaq, daraqla təmizləmək. Yunu daraqlamaq.
// Daraqla düzəltmək. Saçlarını daraqlamaq. Başını daraqlamaq. Əllərini daraqlamaq - b ax əl. Silaha patronlu daraq keçirmək. Tüfəngi daraqlamaq.... |
DARAQLANMA (ID - 8114)is. 1. “Daraqlanmaq”dan f.is.
2. Pambığın gülaçma dövrü. |
DARAQLANMAQ (ID - 8115)1. məch. Daraqla daranmaq, daraqla təmizlənmək, daraqdan keçirilmək. Yun daraqlanmışdır.
2. f. Gül açmaq. Pambıq kolları yaxşı inkişaf etmiş, daraqlanmışdır. “Az. qad.”. |
DARAQLATMA (ID - 8116)“Daraqlatmaq”dan f.is.
|
DARAQLATMAQ (ID - 8117)icb. Daraqlama işi gördürmək.
|
DARAQLI (ID - 8118)sif. Darağı olan, başmda, ya bədənində darağa bənzər nişanı olan. Daraqlı balıq. Başı daraqlı quş.
|
DARAQLIQ (ID - 8119)sif. 1. Daraq qayrılmağa yarayan. Daraqlıq buynuz.
Daranmaq üçün ayrılan. Daraqlıq yun. Bir dəfə daraqdan keçirməyə kifayət edən. Bir neçə daraqlıq yun. |
DARAQOTU (ID - 8120)is. bot. Quru və daşlı yamaclarda bitən dənli ot bitkisi.
|
DARAQVARİ (ID - 8121)sif. Darağaoxşar, daraq kimi diş-diş.
|
DARALDICI (ID - 8122)sif. Daraldan, darlaşdıran, dar hala salan, genəlməyə qoymayan. Damarları daraldıcı dərman.
|
DARALDILMA (ID - 8123)“Daraldılmaq”dan f.is.
|
DARALDILMAQ (ID - 8124)məch. Dar edilmək, dar hala salınmaq. Şalvarın balağı daraldılmışdır.
|
DARALMA (ID - 8125)“Daralmaq”dan f.is.
|
DARALMAQ (ID - 8126)f 1. Dar hala düşmək, darlaşmaq, dar olmaq, enliliyi azalmaq. Uzağa getdikcə yol daralır.
// Sıxılmaq, sıxlaşmaq, yığılmaq, kiçilmək. Ayaqqabılar daralmışdır. Köynəkyığılıb daraldı. Tükənmək. [Sona xanım:] Hövsələm... |
DARALTMA (ID - 8127)“Daraltmaq”dan f.is.
|
DARALTMAQ (ID - 8128)f 1. Dar etmək, dar hala salmaq, genliyini azaltmaq; darlaşdırmaq. Dairəni daraltmaq. Paltarın qolunu daraltmaq. - Kərəmov şalvarının balağını da biriki santimetr daraltmışdır. İ.Əfəndiyev.
məc. Azaltmaq, kiçiltmək, məhdudlaşdırmaq.... |
DARAM (ID - 8129)sif. Tarım; çox dar. Dağbaşev danışa-danışa daram şinelinin dəmir düymələri ilə əlləşməkdə davam edirdi. S.Rəhimov.
|
DARAMA (ID - 8130)“Daramaq”dan f.is.
|
DARAMAQ (ID - 8131)f 1. Daraqla tükləri bir-birindən ayırıb nizama salmaq. Başını daramaq. - [Qərənfil] ikinci mərtəbədə bədənnüma güzgünün qabağında durub .. saçlarını darayırdı. M.Hüseyn. Bahardır, gəl çıxaq düzə, sevgilim! Dara saçlarını,...
|
DARAMLIQ (ID - 8132)bax tarımlıq.
|
DARANIQ (ID - 8133)sif. Daranılmış. Taya dibində də incəbelli bir qız daranıq saçlı bir oğlanla öpüşür. C.Cabbarlı.
|
DARANQ (ID - 8134)təql. Metal şeyin başqa bir şeyə toxunarkən çıxardığı səs.
|
DARANQI (ID - 8135)is. 1. bot. Qovaq cinsindən ağac; piramidal qovaq.
2. məh. Ağaclardan kəsilib tökülmüş quru budaqlar; çır-çırpı. Daranqı yığmaq. |
DARANQILTI (ID - 8136) |
DARANMA (ID - 8137)“Daranmaq”dan f.is.
|
DARANMAQ (ID - 8138)1. məch. Daraqla bir-birindən ayrılıb nizama salınmaq, düzəldilmək. [Qərib:] Siyah saçları darandı; Canım həsrətində yandı. “Aşıq Qərib”. [Hindli qız:] Darandıqca qıvrılar tel; Üz üstündə yana düşər. A.Şaiq.
məch.... |
DARANMIŞ (ID - 8139)f sif. 1. Daraqla bir-birindən ayrılıb nizama salınmış, düzəldilmiş. Daranmış saç. - [Səfainin] ..Orta boyu, səliqə ilə yuxarı daranmış və yağlanmış qara saçları, mülayim siması və yumşaq səsi onu xəfiyyə rəisindən artıq...
|
DARAŞDIRMA (ID - 8140)“Daraşdırmaq”dan f.is.
|
DARAŞDIRMAQ (ID - 8141)f. Daraşmasına səbəb və vasitə olmaq. Qarışqaları daraşdırmaq.
|
DARAŞMA (ID - 8142)“Daraşmaq”dan f.is.
|
DARAŞMAQ (ID - 8143)f. Bir şeyin üzərinə doluşmaq, toplaşmaq, yığışmaq; qonmaq. Qarışqalar mürəbbəyə daraşır. - Sürüyə qurd daraşınca, Qızıl onlarla boğuşa-boğuşa sürünü bu iki təpənin arasına qədər gətirib soxmuşdu. A.Şaiq. ..Sanki...
|
DARATDIRMA (ID - 8144)“Daratdırmaq”dan f.is.
|
DARATDIRMAQ (ID - 8145)icb. Üçüncü şəxs vasitəsilə daratmaq. Saçlarını daratdırmaq.
|
Bu səhifə dəfə baxılıb