İzahlı lüğət

DARAŞMAQ

f. Bir şeyin üzərinə doluşmaq, toplaşmaq, yığışmaq; qonmaq. Qarışqalar mürəbbəyə daraşır. - Sürüyə qurd daraşınca, Qızıl onlarla boğuşa-boğuşa sürünü bu iki təpənin arasına qədər gətirib soxmuşdu. A.Şaiq. ..Sanki bunlar - bal arısı kimi tarlaya, kotana, suya, traktora daraşanlar keçən il işə çıxan adamlar deyil. Mir Cəlal.
// Məc. mənada (bəzən “vücuduna”, “canına” sözləri ilə). Qərinələrlə millətimizin şirin canına milyonlarca ac mikroblar daraşıb qanını sormuşdur. C.Məmmədquluzadə. Hər yandan gələn əhali qarışqa kimi konkaların vücuduna daraşmışdı. M.S.Ordubadi.
□ Bir-birinə daraşmaq məc. - bir-biri ilə dalaşmaq, mübarizə etmək, boğuşmaq, çəkişmək, bir-birini məhv etməyə çalışmaq. Kənddə iki nəsil, canavar kimi bir-birinə daraşdı. Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed