İzahlı lüğət

DƏHYEK (ID - 8796)

is. [fars.] tar. Keçmişdə kəndlilərin feodala, bəyə və ya mülkədara məhsulun onda biri miqdarında natural şəkildə verdikləri vergi. Yığmışıq dəhyekini, boşlamışıq bağlarını; Qış üçün xoşlamışıq Tiflis oyuncaqlarını....

DƏXALƏT (ID - 8797)

is. [ər.] köhn. İşə qarışma, müdaxilə etmə.
□ Dəxalət etmək (eləmək) - qarışmaq, müdaxilə etmək. Dəccal da edir cümlə işə indi dəxalət; Qanun adı dillərdə fəqət qaldı, daduşcan! “Mol. Nəsr.” Olmaz bu ki, hər...

DƏXİ (ID - 8798)

köhn. 1. B ax da1

DƏXİL (ID - 8799)

is. [ər.] köhn. Sığınan, himayə axtaran, kömək istəyən.
□ Dəxil düşmək (bəzən “qapma”, “qapısma” sözü ilə) - sığınmaq, himayə istəmək, kömək istəmək. [Azarlılar:] Hacı əmi! Qapına dəxil düşmüşük, şeyx...

DƏXL (ID - 8800)

[ər.] Əlaqə, münasibət, aidiyyət (adətən “dəxli” şəklində). Uşaq mənimdir, baba! Dəxli nədir sizlərə? Kim sizi qəyyum edib, hökm edəsiz bizlərə? M.Ə.Sabir. Naşad əfəndi heç də mətləbə dəxli olmayan lüzumsuz sözlərlə...

DƏKKƏ (ID - 8801)

is. məh. İri heyvanların (inək, öküz və s.-nin) aşığı; maça. Dəkkə ilə aşıqaşıq oynamaq.

DƏQİQ (ID - 8802)

sif. [ər] 1. Düpdüz, tamamilə düzgün, incədən-incəyə düzgün. Dəqiq cihazlar. Dəqiq tərəzi. Sənin qüdrətini, sənin əzmini; Dəqiq maşınlarla hesabladılar.
Vahabzadə.
// Nöqtəsi-nöqtəsinə, incədənincəyə düzgün....

DƏQİQƏ (ID - 8803)

is. [ər] 1. Bir saatın altmışda birinə bərabər və ya 60 saniyədən ibarət olan vaxt ölçüsü. Bir dəqiqə sükutdan sonra vəzir Mirzə Möhsün başladı danışmağa.M.F.Axundzadə. Gün var ki, dəqiqəsi uzun əsrə bərabər; Çeşmə...

DƏQİQƏBAŞI (ID - 8804)

zərf Hər dəqiqədə, hər dəqiqədən bir, tez-tez, müttəsil. Dəqiqəbaşı su içmək. - Yunis dəqiqəbaşı vaqonun qapısına çıxır, pəncərəsindən boylanıb cənuba doğru baxırdı. Mir Cəlal.

DƏQİQƏBƏDƏQİQƏ (ID - 8805)

zərf Hər dəqiqə, getdikcə; arası kəsilmədən. Kombayn dəqiqəbədəqiqə halı yaxşılaşan xəstəyə bənzəyirdi. S.Rəhman.

DƏQİQƏLİK (ID - 8806)

sif. Dəqiqə müddətində olan (adətən saylarla). Bir dəqiqəlik iş. İki dəqiqəlik sükut. On dəqiqəlik tənəffüs. [Hüsaməddin:] Sənsən beş dəqiqəlik nəşələrin nəticəsində insanları əbədi fəlakətə düşürən, həyatın...

DƏQİQƏŞÜMAR (ID - 8807)

sif. [ər. dəqiqə və fars. ...şümar] köhn. Saatda dəqiqəni göstərən böyük əqrəb. Divar saatının dəqiqəşümarı.

DƏQİQLƏŞDİRİCİ (ID - 8808)

sif. Dəqiq hala gətirən, tam aydınlaşdırıcı, dəqiq göstərən. Dəqiqləşdirici alət.

DƏQİQLƏŞDİRİLMƏ (ID - 8809)

“Dəqiqləşdirilmək”dən f.is.

DƏQİQLƏŞDİRİLMƏK (ID - 8810)

məch. Dəqiq hala salınmaq, tam düzgün hala salınmaq, dürüstləşdirilmək, qəti müəyyənləşdirilmək.

DƏQİQLƏŞDİRMƏ (ID - 8811)

“Dəqiqləşdirmək”dən f.is.

DƏQİQLƏŞDİRMƏK (ID - 8812)

f. Dəqiq hala salmaq, tam düzgün hala gətirmək, dürüstləşdirmək, qəti müəyyənləşdirmək. Məlumatı dəqiqləşdirmək. Rəqəmləri dəqiqləşdirmək. Mövzunun adını dəqiqləşdirmək. - Orxan nə illah elədi, Bakıdan ayrıldığı...

DƏQİQLƏŞMƏ (ID - 8813)

“Dəqiqləşmək”dən f.is.

DƏQİQLƏŞMƏK (ID - 8814)

f. Dəqiq hala gəlmək, tam düzgün şəkil almaq, dürüstləşmək, düzgünləşmək, qəti müəyyənləşmək. Ölçü prosesi dəqiqləşdikcə, tam ədədlər artıq kifayət etmir. Z.Xəlilov.

DƏQİQLİK (ID - 8815)

is. Dəqiq şeyin halı; tam düzgünlük, mükəmməllik, həqiqətə tam uyğunluq. Tərcümənin dəqiqliyi. Ölçünün dəqiqliyi. Cihazın dəqiqliyi. İfadənin dəqiqliyi.

DƏQİQŞÜNAS (ID - 8816)

sif. və is. [ər. dəqiq və fars. ...şünas] İncədən-incəni başa düşən (adam).

DƏQQÜLBAB (ID - 8817)

[ər.]: dəqqülbab etmək (eləmək) - qapını döymək, taqqıldatmaq. [Xudayar bəy] qəndi vurdu qoltuğuna, bir öskürüb [qapını] dəqqülbab elədi. C.Məmmədquluzadə. Az vaxtdan sonra eşitdi ki, qapını dəqqülbab edirlər, bildi ki,...

DƏLALƏT (ID - 8818)

is. [ər.] 1. Dəlil, sübut.
□ Dəlalət etmək (eləmək) - sübut etmək, göstərmək, təsdiq etmək. [Hakimi-şər:] Siz məni inandırırsınız ki, Ağa Mərdan dindar adamdır? Bu dəlalət edir sizin nadürüstlüyünüzə. M.F.Axundzadə....

DƏLBƏND (ID - 8819)

is. köhn. Dəvənin boynundan keçib palanın arxasında düyünlənən örkən. Dəlbəndi bərk bağlamaq.

DƏLDİRİLMƏ (ID - 8820)

“Dəldirilmək”dən f.is.

DƏLDİRİLMƏK (ID - 8821)

məch. Deşdirilmək, deşik açdırılmaq.

DƏLDİRMƏ (ID - 8822)

“Dəldirmək”dən f.is.

DƏLDİRMƏK (ID - 8823)

icb. Deşdirmək, deşik açdırmaq.

DƏLƏ (ID - 8824)

is. 1. zool. Yırtıcılar dəstəsindən xəzdərili məməli kiçik heyvan. Dələ dərisi.
2. Həmin heyvanın dərisi, xəzi. Boynu dələdən olan palto.

DƏLƏDUZ (ID - 8825)

is. Fırıldaqçı, adamaldadan, hiyləgər, bic. Mənim qızım Səfərdən yaxşı oğlana getməyəcək ki, oğru deyil, dələduz deyil, bir kəsin toyuğuna daş atmaz. Ə.Haqverdiyev. Bəlkə, deyirdim, kağızı bir dələduza oxutmuşdur, arvadı...

DƏLƏDUZCASINA (ID - 8826)

sif. və zərf Dələduz kimi, dələduza xas olan bir qaydada.

DƏLƏDUZLUQ (ID - 8827)

is. Fırıldaqçılıq, hiyləgərlik, biclik. Dələduzluq etmək. - Mən Mirzənin də dələduzluğunu görmüşəm. S.Rəhimov.

DƏLƏGEY (ID - 8828)

sif. dan. 1. Səliqəsiz, tör-töküntülü, pinti. Dələgey qız.
Evində oturmayıb, ora-bura qaçıb söhbət etməyi sevən. Dələgey arvad.

DƏLƏGEYLİK (ID - 8829)

is. dan. Səliqəsizlik, pintilik.

DƏLƏQARIN (ID - 8830)

sif. və is. dan. Doymaz, çoxyeyən, qarınqulu (adam).

DƏLƏQARINLIQ (ID - 8831)

is. dan. Qarınqululuq.

DƏLƏMƏ (ID - 8832)

is. Pendir halına keçmək üzrə olan süd, pendir üçün mayalanmış süd. Qoyun sürüləri nə çox görünür; Bir dələmə tapıb içsək, pis olmaz. S.Vurğun. Gahipendir suyudur, gahi qatıq, gah dələmə; Kim ki, tənqidinə layiqdir, onu...

DƏLƏMƏLƏNDİRİLMƏ (ID - 8833)

“Dələmələndirilmək”dən f.is.

DƏLƏMƏLƏNDİRİLMƏK (ID - 8834)

məch. Dələmə halına salınmaq (südü).

DƏLƏMƏLƏNDİRMƏ (ID - 8835)

“Dələmələndirmək”dən f.is.

DƏLƏMƏLƏNDİRMƏK (ID - 8836)

f Dələmə halına gətirmək (südü).

DƏLƏMƏLƏNMƏ (ID - 8837)

“Dələmələnmək”dən f.is.

DƏLƏMƏLƏNMƏK (ID - 8838)

f Dələmə olmaq, dələmə halına gəlmək (süd).

DƏLƏNÇİK (ID - 8839)

is. məh. Oxlov.

DƏLƏNGAVAZ (ID - 8840)

sif. dan. Həddindən artıq uzun, irisümüklü, biçimsiz, nahamar. Dələngavaz adam.

DƏLƏYƏN (ID - 8841)

bax agacdələn. ..Uşaqlıqda ağaclara dırmaşıb dələyən balaları çıxardığı irigövdəli palıd ağaclarının dövrəsində dolanacaqdır. S.Rəhimov.

DƏLİ (ID - 8842)

1. sif. Ağlı və şüuru yerində olmayan, ruhi xəstə; divanə. Dəli arvad.
// İs. mənasında. Dəlilərə məxsus xəstəxana. -Dedim: - Bir nəzər qıl, aşiq, halına; Dedi:
Əcəb dəli, divanədir bu! Qurbani.
□ Dəli etmək...

DƏLİBAŞ (ID - 8843)

DƏLİBAŞLIQ (ID - 8844)

is. Dəlisovluq, qudurğanlıq, azğınlıq. Dəlibaşlıq etmək.
// Dəliqanlılıq.

DƏLİBƏNG (ID - 8845)

is. bot. Yarpaqlarından narkotik maddə hasil edilən birillik bitki; batbat. Dəlibəng - bir və ya ikiillik bitkidir, .. çirkli-sarı rəngli, geniş qıf şəklində və beşdişli çiçək taclarının üzəri tünd-bənövşəyi rəngli damarla...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed