İzahlı lüğət

DƏLALƏT

is. [ər.] 1. Dəlil, sübut.
□ Dəlalət etmək (eləmək) - sübut etmək, göstərmək, təsdiq etmək. [Hakimi-şər:] Siz məni inandırırsınız ki, Ağa Mərdan dindar adamdır? Bu dəlalət edir sizin nadürüstlüyünüzə. M.F.Axundzadə. [Məşədi İbad:] ...Bir də mən sənə deyim, insanın başının ağlığı onun qocalığına dəlalət eləməz. Ü.Hacıbəyov.
2. klas. Yol göstərmə, rəhbərlik. Mən əqldən istərəm dəlalət; Əqlim mənə göstərər zəlalət. Füzuli.
□ Dəlalət etmək (eləmək və s.) köhn. - 1) yol göstərmək, rəhbər olmaq, sövq etmək, yönəltmək. [İsa:] ..Dəlalət buyur bizi bir əmələ ki, o əməl bizi cənnətə daxil eləsin. C.Məmmədquluzadə;
çağırmaq, dəvət etmək. Könlümün nöqtəsin götür qaradan; Doğru yola məni dəlalət eylə. Aşıq Ələsgər.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed