İzahlı lüğət

DÖLÇÜLÜK (ID - 10596)

is. Döllük, cinslik heyvan yetişdirmə işi.

DÖLLƏNDİRİLMƏ (ID - 10597)

“Dölləndirilmək”dən f.is.

DÖLLƏNDİRİLMƏK (ID - 10598)

məch. biol. Rüşeym əmələ gətirilmək; mayalandırılmaq.

DÖLLƏNDİRMƏ (ID - 10599)

“Dölləndirmək”dən f.is.

DÖLLƏNDİRMƏK (ID - 10600)

f. biol. Erkək və dişi hüceyrələrini birləşdirməklə rüşeym əmələ gətirmək; mayalandırmaq.

DÖLLƏNMƏ (ID - 10601)

“Döllənmək”dən f.is.

DÖLLƏNMƏK (ID - 10602)

f Döl salmaq, döl bağlamaq; mayalanmaq.

DÖLLÜK (ID - 10603)

sif. Dölə yarayan, döl üçün ayrılan; cins, cinslik.

DÖLMƏ (ID - 10604)

is. dan. Dalan, aralıq. Qır iyi dölmədən gəlirdi. Mir Cəlal.

DÖLSÜZ (ID - 10605)

sif. biol. Döl verməyən, dölü olmayan; balası olmayan, nəsil verməyən, sonsuz; mayalanmayan.

DÖLSÜZLƏNDİRİLMƏ (ID - 10606)

“Dölsüzləndirilmək”dən f.is.

DÖLSÜZLƏNDİRİLMƏK (ID - 10607)

məch. biol. Dölsüz hala salınmaq.

DÖLSÜZLƏNDİRMƏ (ID - 10608)

“Dölsüzləndirmək”dən f.is.

DÖLSÜZLƏNDİRMƏK (ID - 10609)

f. biol. Ürəmək və ya ürətmək qabiliyyətindən məhrum etmək. Erkək atı axtalamaqla dölsüzləndirmək olar.

DÖLSÜZLƏNMƏ (ID - 10610)

“Dölsüzlənmək”dən f.is.

DÖLSÜZLƏNMƏK (ID - 10611)

bax dölsüzləşmək.

DÖLSÜZLƏŞDİRİLMƏ (ID - 10612)

“Dölsüzləşdirilmək”dən f.is.

DÖLSÜZLƏŞDİRİLMƏK (ID - 10613)

bax dölsüzləndirilmək.

DÖLSÜZLƏŞDİRMƏ (ID - 10614)

“Dölsüzləşdirmək”dən f.is.

DÖLSÜZLƏŞDİRMƏK (ID - 10615)

bax dölsüzləndirmək.

DÖLSÜZLƏŞMƏ (ID - 10616)

“Dölsüzləşmək”dən f.is.

DÖLSÜZLƏŞMƏK (ID - 10617)

f biol. Ürəmək və ya ürətmək qabiliyyətini itirmək.

DÖLSÜZLÜK (ID - 10618)

is. biol. Ürəmə və ya ürətmə qabiliyyətinin olmaması; sonsuzluq.

DÖLVERİCİLİK (ID - 10619)

is. biol. Dölvermə qabiliyyəti.

DÖNDƏRİLMƏ (ID - 10620)

“Döndərilmək”dən f.is.

DÖNDƏRİLMƏK (ID - 10621)

“Döndərmək”dən məch. Sağa döndərilmək. Üzüaşağı döndərilmək. Fikrindən döndərilmək.

DÖNDƏRİŞ (ID - 10622)

bax döndərmə1

DÖNDƏRMƏ1 (ID - 10623)

is. 1. “Döndərmək”dən f.is.
mus. Əsas havanın ardınca çalınan yüngül hava. Aşıqlar ağır havadan keçirlər döndərməyə. Ə.Haqverdiyev.
dan. Döngə, dönüş.

DÖNDƏRMƏ2 (ID - 10624)

is. 1. məh. k.t. Taxılın ikinci dəfə suvarılması.
2. köhn. Süd, qatıq və s. qablarının üstünü örtmək üçün qamışdan, ağacdan və s.-dən qayrılına qapaq, örtü.

DÖNDƏRMƏK (ID - 10625)

f 1. İstiqamətini yana və ya geriyə, yaxud başqa tərəfə yönəltmək. [Rüstəm] yavaşca öküzün boynuna vurub həyətə döndərdi. S.Rəhimov. ..Şirəhməd gördü ki, maşını döndərməyə yer qalmamışdır. H.Seyidbəyli.
Əvvəlki...

DÖNƏ (ID - 10626)

is. məh. Dəfə, yol. Bu dönə.

DÖNƏCƏK (ID - 10627)

is. Tin, döngə. ..Tarqovı küçəsinin dönəcəyində rastımıza bir neçə avtomobil çıxdı. C.Məmmədquluzadə.

DÖNƏ-DÖNƏ (ID - 10628)

zərf Dəfələrlə, bir neçə dəfə; təkrar-təkrar. “Cəfa çəkmə, məndən sənə yar olmaz”; Dönə-dönə dedi o dilbər mənə. Q.Zakir. Çıxacaqlar göyləri aşaraq dönə-dönə; Buludların fövqünə. M.Müşflq. Dilara .. məktubları...

DÖNƏK (ID - 10629)

bax dönük. Qəhr olsun o qəhrəman ki dönəkdir; Dünya gözəl olsa, dönməm yarımdan. H.Cavid.

DÖNGƏ (ID - 10630)

is. Küçənin, yolun, arxın və s.-nin dönən, burulan yeri. [Avtomobil] ..gah dolayın döngələrində gizlənib yox olur, gah döngədən çıxıb yavıqlaşır. C.Məmmədquluzadə. ..Ağıryüklü fayton əyri-üyrü və eniş-yoxuş yollara çatdıqda...

DÖNGƏL (ID - 10631)

is. məh. Cır əzgil.

DÖNGƏLƏMƏ (ID - 10632)

“Döngələmək”dən f.is.

DÖNGƏLƏMƏK (ID - 10633)

f dan. Vədini, qərarını dəyişmək; sözündən dönmək (qaçmaq). Sözünü döngələmək.

DÖNGƏLİ (ID - 10634)

sif. Döngəsi, ya döngələri olan. Döngəli yol, küçə. - Rüstəm fikirləşəfikirləşə .. döngəli yolları qalxıb evinə çatdı. S.Rəhimov. Qədir dar küçəli, qaranlıq döngəli bazarlarda sərsəri kimi mənasız dolaşırdı. Mir...

DÖNMƏ (ID - 10635)

DÖNMƏDƏN (ID - 10636)

zərf Qəti və ardıcıl surətdə. Göstərişləri dönmədən yerinə yetirmək.

DÖNMƏK (ID - 10637)

f. 1. Getdiyi, ya durduğu tərəfin əksinə çevrilmək. Sağa dön! - Atlı.. bütün vücudu ilə səs gələn səmtə döndü. M.Hüseyn.
// İstiqamətini dəyişmək, başqa tərəfə yönəlmək. Küçəni dönərkən bir Çin polisi onun...

DÖNMƏKSİZİN (ID - 10638)

b ax dönmədən.

DÖNMƏZ (ID - 10639)

sif. Səbatlı, əzmli, dözümlü, qərarında möhkəm və ardıcıl. Dönməz qəhrəman. Dönməz iradə. - Rüstəm kişini həmişə qüvvətli və dönməz görməyə alışmış Səkinə şikayətlənməsinə dözə bilmədi. M.İbrahimov. Sən...

DÖNMƏZLİK (ID - 10640)

is. Səbat, dözümlülük, əzmkarlıq, qərarında möhkəmlik və ardıcıllıq. Qocaoğlu dönməzliklə (z.) hərəkət edir, həyat təcrübəsi də işdə ona az kömək etmirdi. S.Rəhimov.

DÖNÜK (ID - 10641)

sif. Sözündə, əhdində, məsləkində durmayan; səbatsız, etibarsız, vəfasız. Dönük adam. - Aslan .. dönük fikirli və zəif iradəli adamları sevməzdi. M.İbrahimov.
□ Dönük çıxmaq - dönüklük göstərmək, vəfasız, etibarsız...

DÖNÜKLÜK (ID - 10642)

is. 1. Əhdində, sözündə durmama; səbatsızlıq, etibarsızlıq, vəfasızlıq. Dönüklük etmək. - [Əmiraslan ağa:] Yoxsa dönüklük olmuşdur? S.S.Axundov. Onda qubernator .. deməzdimi ki, ay Müqim bəy Cavanşir, bu nə dönüklük azarıdır...

DÖNÜM (ID - 10643)

is. 1. Dönmə, dönüş, qayıtma, dolanma.
2. Dəfə, kərə. Bir dönüm. Bu dönüm.

DÖNÜŞ (ID - 10644)

is. 1. Qayıdış, qayıtma, geri dönmə.
məc. Bir şeyin gedişində, inkişafında əsaslı və ciddi dəyişiklik. İşdə dönüş yaratmaq. - [Səttar xan:] Qüvvət bacarıqdan, qorxmamaqdan və kütlədə dönüş yaratmaqdan ibarətdir. M.S.Ordubadi.
Bax...

DÖRD (ID - 10645)

miqd. s. 1. Üçdən sonra gələn və 4 rəqəmi ilə işarə olunan say və miqdar. İki dəfə iki - dörd. Dörd yaş.
Beşballı sistemdə şagirdin, tələbənin müvəffəqiyyətini göstərən və “yaxşı” ifadə edən nömrə. Dərslərdən...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed