DÖNÜKsif. Sözündə, əhdində, məsləkində durmayan; səbatsız, etibarsız, vəfasız. Dönük adam. - Aslan .. dönük fikirli və zəif iradəli adamları sevməzdi. M.İbrahimov.
□ Dönük çıxmaq - dönüklük göstərmək, vəfasız, etibarsız çıxmaq. Dünənə qədər mənim xəyalımla yaşayan bir qız birdənbirə nə üçün dönük çıxa idi? Mir Cəlal. Şerə yamaq vuranlara insan sözü qoy ar olsun! Şair olan dönük çıxmaz, yolunda min ruzgar olsun. R.Rza. Paylaşın - Hamı bilsin
|