DÖNGƏis. Küçənin, yolun, arxın və s.-nin dönən, burulan yeri. [Avtomobil] ..gah dolayın döngələrində gizlənib yox olur, gah döngədən çıxıb yavıqlaşır. C.Məmmədquluzadə. ..Ağıryüklü fayton əyri-üyrü və eniş-yoxuş yollara çatdıqda bir döngədə aşıb oxu və çarxı sındı. S.S.Axundov.
// Əsas küçədən ayrılan kiçik, dar küçə. Əyri döngələrdə, dar küçələrdə; Səs-səmir kəsilir, adam azalır. R.Rza. ..Döngələrin birində [Səriyyə xala və uşaqları] qaynar bir izdihamın içinə düşdülər. M.İbrahimov. // Küçənin tini. Qarı isə məscidyanında durub, oğlu döngə başında gözdən itincəyə qədər onun ardınca baxdı. Ə.Məmmədxanlı. Paylaşın - Hamı bilsin
|