
DÖNMƏZsif. Səbatlı, əzmli, dözümlü, qərarında möhkəm və ardıcıl. Dönməz qəhrəman. Dönməz iradə. - Rüstəm kişini həmişə qüvvətli və dönməz görməyə alışmış Səkinə şikayətlənməsinə dözə bilmədi. M.İbrahimov. Sən dönməz balıqçısan; Yoldaşların səbatlı. M.Rahim.
Paylaşın - Hamı bilsin
|