DÖNÜŞis. 1. Qayıdış, qayıtma, geri dönmə.
məc. Bir şeyin gedişində, inkişafında əsaslı və ciddi dəyişiklik. İşdə dönüş yaratmaq. - [Səttar xan:] Qüvvət bacarıqdan, qorxmamaqdan və kütlədə dönüş yaratmaqdan ibarətdir. M.S.Ordubadi. Bax dönüm 2-ci mənada. [Ana:] Qadan alım, oğlum, bu dönüş də mənim sözümü eşit. (Nağıl). Gündə yüz dönüş mənim dalımca gəlir, mən də o gələndə qaçıb gizlənirəm.. C.Cabbarlı. Paylaşın - Hamı bilsin
|