DÖRDmiqd. s. 1. Üçdən sonra gələn və 4 rəqəmi ilə işarə olunan say və miqdar. İki dəfə iki - dörd. Dörd yaş.
Beşballı sistemdə şagirdin, tələbənin müvəffəqiyyətini göstərən və “yaxşı” ifadə edən nömrə. Dərslərdən 4 almaq. □□ Dörd bir tərəf - dövrə, hər tərəf, hər yan, ətraf. Qalanı dörd bir tərəfdən mühasirəyə aldılar. Dörd bir yan - b ax dördyan. Bu görünən qaladır; Dörd bir yanı taladır. (Bayatı). Dörd divar(ın) arasında və ya içində qalmaq (oturmaq) - bax divar. Dörd əllə - ürəklə, həvəslə, bərk-bərk. Naznaz Qaraşı vurub çölə atmadı, gün-gündən dörd əllə ondan yapışdı. M.İbrahimov. Dörd gözlə - 1) səbirsizliklə, böyük bir intizarla. Dörd gözlə gözləmək. - ..Hamısı da axır möhtərəm Elçinin yolunu dörd gözlə gözləyirdilər!.. S.Rəhimov; // diqqətlə, böyük həvəslə. Anamın şəklini görüb dörd gözlə qəzeti oxumaq istədim. Mir Cəlal; 2) çox sayıq bir surətdə. Dörd olmaq - çox böyümək, çox artmaq. Yenə dörd oldu suyu irmağın. Nəsimi. Dörd tərəf- b ax dörd bir tərəf. [Aydəmir:] Yoldaşları dörd tərəfdən atdılar. C.Cabbarlı. Dörd yan - bax dörd tərəf. Göy yamacın ətəyində kəndciyəz; Dörd yanında dalğalanır tarlalar. A.Şaiq. Hər gölməçənin dörd yanında torpaqdan sədd çəkmişdilər. M.Hüseyn. Dörd yanına (tərəfinə) baxınmaq (boylanmaq) - çaşmaq, şaşırmaq, çaşaraq təlaşla ətrafına baxınmaq. Dörddə alacagım (alacağın, alacağı) yox, beşdə verəcəyim (verəcəyin, verəcəyi) dərdsizlik, qayğısızlıq mənasında. Dörddə bir - çox az miqdar, bir şeyin çox az hissəsi. Ey əcəb, mən ki sədaqət yolunu azmayıram! Hələ gördüklərimin dörddə birin yazmayıram! M.Ə.Sabir. Paylaşın - Hamı bilsin
|