
DÖNÜKLÜKis. 1. Əhdində, sözündə durmama; səbatsızlıq, etibarsızlıq, vəfasızlıq. Dönüklük etmək. - [Əmiraslan ağa:] Yoxsa dönüklük olmuşdur? S.S.Axundov. Onda qubernator .. deməzdimi ki, ay Müqim bəy Cavanşir, bu nə dönüklük azarıdır ki, səni yaxalayıbdır. S.Rəhimov.
Dəvətdən, çağırışdan imtina etmə; çağırılan yerə getməmə. Belə bir halda nə qədər süfrə dolu olsa, yenə qonaq dönüklük edər, bu ev onu məngənə kimi sıxar. S.Rəhimov. Paylaşın - Hamı bilsin
|