DƏNİZTISBAĞASI (ID - 9046)is. zool. Ayaqları avar şəklində olan iri tısbağa. Dəniztısbağalarının ayaqları avara çevrilmişdir. “Sualtı aləm”.
|
DƏNİZULDUZU (ID - 9047)is. zool. Dərisitikanlılar tipindən beşguşəli dəniz heyvanı.
|
DƏNİZZANBAĞI (ID - 9048)is. zool. Dəniz dibində yaşayan bitkiyə oxşayan bir heyvan. Çiçəyə bənzəyən dənizzanbağı dənizin dibində nazik ayaqcıqlar üzərində yırğalanaraq yaşayır. Bu, bitki deyil, heyvandır. “Sualtı aləm”.
|
DƏNQURUDAN (ID - 9049)sif. xüs. Dəni qurutmağa yarayan. Dənqurudan cihazlar.
|
DƏNLƏMƏ (ID - 9050)“Dənləmək”dən f.is.
|
DƏNLƏMƏK (ID - 9051)f 1. Dənli yemləri bir-bir dimdiklə götürüb yemək (quşlar haqqında). Toyuqlar darını dənlədilər.
Meyvəni ağacdan bir-bir qoparıb toplamaq, yığmaq, dərmək. Meyvələri dənləmək. Arıtlamaq, təmizləmək, irini xırdadan,... |
DƏNLƏNMƏ (ID - 9052)“Dənlənmək”dən f.is.
|
DƏNLƏNMƏK (ID - 9053)f Dən yemək, dən axtarıb yemək. Küçədə bir neçə toyuq dənlənirdi.
Sarı toyuğum da balalarını başına toplayaraq armud ağacı altında eşələnir, dənlənirdi. A.Şaiq. Həyətdə yayxana-yayxana dənlənən yastı, sarıdimdikli... |
DƏNLƏŞMƏ (ID - 9054)“Dənləşmək”dən f.is.
|
DƏNLƏŞMƏK (ID - 9055)qarş. Bir-birinə mane olaraq, bir-birini itələyərək bir yerdə dən yemək. Göyərçinlər dənləşir. - Toyuqlar bir-birini dimdikləyə-dimdikləyə dənləşib qaqqıldaşır.. S.Rəhimov.
|
DƏNLƏTDİRMƏ (ID - 9056)“Dənlətdirmək”dən f.is.
|
DƏNLƏTDİRMƏK (ID - 9057)“Dənlətmək”dən icb.
|
DƏNLƏTMƏ (ID - 9058)“Dənlətmək”dən f.is.
|
DƏNLƏTMƏK (ID - 9059)“Dənləmək”dən icb.
|
DƏNLİ (ID - 9060)sif. k.t. Dəni çox və yaxşı olan. Dənli sünbül. Bu taxıllar çox dənlidir.
..Çöllər bərəkətli yaşıllıqla örtülürdü, zəmilərdə qaraqılçıq sünbüllər dənli başlarını yerə əyirdi. Ə.Məmmədxanlı. □ Dənli... |
DƏNLİK (ID - 9061)is. 1. Dən saxlanan, ərzaq saxlanan qab, anbar. Taxılı dənliyə tökmək.
Dəyirman boğazında dən tökülən qutu; sərsərə. Qursaq. Toyuğun dənliyi. sif. mənasında. Əkmək üçün olan; toxumluq. Dənlik qarğıdalı. |
DƏNLİLİK (ID - 9062)is. Dəni çox olma.
|
DƏNSİZ (ID - 9063)sif. Dəni olmayan, yaxud az olan. Dənsiz sünbül.
|
DƏNSİZLƏNMƏ (ID - 9064)“Dənsizlənmək”dən f.is.
|
DƏNSİZLƏNMƏK (ID - 9065)f. Dənsiz hala düşmək, dənsiz qalmaq, dəni tökülmək.
|
DƏNSİZLİK (ID - 9066)is. 1. Dəni olmama və ya az olma. Taxılların dənsizliyi quraqlığın nəticəsidir.
2. Yemsizlik. Toyuqlar dənsizlikdən acdır. - Arı balsız qalar, qarışqa dənsiz; Vaxt tapmaz ot çala çəpik çalanlar. M.Araz. |
DƏNTƏMİZLƏYƏN, DƏNT ƏMİZLƏYİCİ (ID - 9067)sif. tex. Dəni zibil və xırda daşlardan ayıran. Dəntəmizləyən maşın.
// is. Dəntəmizləyən maşın və s. Dəntəmizləyəni təmir etmək. |
DƏNTUTAN, DƏNTUTUCU (ID - 9068)is. tex. Dəntəmizləyən maşında və taxıldöyən kombaynda dəni zibildən və samandan ayıran hissə.
|
DƏNYEYƏN (ID - 9069) |
DƏRAĞUŞ (ID - 9070)[fars.] köhn.: dəraguş etmək, qucaqlamaq. Qarşısında ağ əlbəsədə Saranın xəyalı çiçəklərə yovuqlaşır, dərağuş edir, Bəhram çəkilir. C.Cabbarlı. Dəraguş olmaq - qucaqlaşmaq. Gecə yenə Əmiraslan öz vaxtında gəldi qızın...
|
DƏRAMƏD1 (ID - 9071)is. [fars.] mus. Tar, yaxud kamança ilə ifa olunan muğamların giriş hissəsi. 0ur dəramədi.
|
DƏRAMƏD2 (ID - 9072)is. köhn. Gəlir, qazanc.
|
DƏRAMƏDLİ (ID - 9073)sif köhn. Gəlirli, mənfəət-
Dəramədli yer. |
DƏRBAN (ID - 9074)is. [fars.] köhn. Qapıçı. Büsatisəltənət zövqündən əhli-eşqə əfsundur; Cahan mülkündə, ey Seyyid, dəri-dildarə dərbandır. S.Ə.Şirvani. Qapıların qabağında qara libaslı dərbanlar dayanıbdır. Ə.Haqverdiyev.
|
DƏRBAR (ID - 9075)is. [fars.] Padşah sarayı. [Xacə Mübarəkə] əmr olundu ki, cümləsini haman saat Qəzvinin altıncı küçəsinin başında müəyyən olunan evə piyada yetirsin, özü dərbari-şahiyə qayıtsın. M.F.Axundzadə. [Xacə Firuz:] Mən - qoca Xacə...
|
DƏRBƏ (ID - 9076)is. məh. Mal-qaranın qışlıq yem ehtiyatı.
|
DƏRBƏÇƏ (ID - 9077)is. [fars.] Balaca qapı. Ə.Abasov.
// Darvazada olan balaca qapı. |
DƏRBƏDƏR (ID - 9078)sif. [fars.] Qapı-qapı gəzən, avara, yurdsuz; ev-eşiyindən, yerindənyurdundan avara düşmüş.
// Zərf mənasında. Ey dərbədər gəzib ürəyi qan olan çocuq! Bir loğma nan üçün gözü giryan olan çocuq! M.Ə.Sabir. □ Dərbədər... |
DƏRBƏND (ID - 9079)is. [fars.] 1. köhn. Dağlarda dar keçid, dağ keçidi; dərə.
İranda dar küçə. Onlar axşam saat ona iyirmi beş dəqiqə qalmış Qaraçılar dərbəndində olur. M.S.Ordubadi. Təbrizdə Müctəhid dərbəndinə getmək istəyən adam əvvəlcə... |
DƏRBƏNDİ (ID - 9080)is. [Dərbənd şəhərinin adından] 1. İrigiləli kəmşirin üzüm növü. Dərbəndidən doşab olmaz.
Azərbaycan oyun havalarından birinin adı. Dərbəndi oynamaq. |
DƏRBƏRƏ (ID - 9081)is. Böyük darvazalardakı kiçik qapı.
|
DƏRBƏSTƏ (ID - 9082) |
DƏRC (ID - 9083)[ər.]: dərc edilmək (olunmaq) -
qəzetdə, ya məcmuədə çap edilmək (olunmaq). Qəzetdə Fərman haqqında bir məqalə dərc olunmuşdu. Ə.Sadıq. Dərc etdirmək qəzetdə, ya məcmuədə çap etdirmək. Məqaləni qəzetdə dərc etdirdi.... |
DƏRD (ID - 9084)is. [fars.] 1. Qəm, qüssə, kədər, ürək acısı, mənəvi əzab, əziyyət, iztirab. Dərdini dərd bilənə söylə. (Ata. sözü) ..Mahnı adamın bütün dərdini unutdurur.. M.Hüseyn.
// Haqqında düşünmək lazım gələn, qayğıya... |
DƏRD(İ)-HAL (ID - 9085)is. [fars. dərd və ər. hal] klas. bax dərd 3-cü mənada. Kənarda durmaqla millətin ehtiyacını və dərd-halını bilmək olmaz. F.Köçərli.
|
DƏRD(İ)-SƏR (ID - 9086)is. [fars.] klas. Başağrısı, əziyyət, narahatlıq; qayğı, qeyd. Ey xuda, kim çəkər axırda gülabın bu gülün; Dərdisər dəfinə aləmdə bu dərman gülüdür.S.Ə.Şirvani.
// Dərd-qəm, qayğı, fikir. ..Başıma dolanan, dərd-sərimi... |
DƏRD(Ü)-MÖHNƏT (ID - 9087)is. [fars. dərd və ər. möhnət] bax dərd-qəm.
|
DƏRD-BƏLA (ID - 9088)is. [fars.] Dərdə, qayğıya səbəb olan hal; iztirab və əziyyət verən və ya qorxulu hadisə. Dərd-bəladan qurtarmaq.
// Xəstəlik mənasında. Yol ötdüm, çıxdım yala; Nahaqdan düşdüm qala; Əyil üzündən öpüm; Candan çıxsın... |
DƏRDBİLƏN (ID - 9089)is. Başqasının dərdini, kədərini, ürək sirrini duyan, başa düşən, ona acıyan və kömək edən adam. Dərdini dərdbilənə söylə. (Ata. sözü). Sənə Vaqif kimi dərdbilən gərək; Layiq görməm hər nadanı mən sənə. M.P.Vaqif....
|
DƏRDBİLMƏZ (ID - 9090)is. Başqasının dərdini, halını düşünməyən, ona acımayan, kömək etməyən adam. Dərdbilməzlər qanar məni, heç bilməz; Dərd ilə doludur döşüm, ağlaram. Q.Zakir.
DƏRD-DİL is. [fars.] köhn. Ürək dərdi, sirr. Məşədi Qasım... |
DƏRDƏCƏR (ID - 9091)sif. Azarlı, dərdli, xəstə, nasaz, zəif. Dərdəcər adam. Dərdəcər uşaq.
Dərdəcər olmaq - dərdə düşmək, azara düşmək. Mehdi tutulandan sonra Nəbi ya dərdəcər olub öləcək, ya da üzə çıxacaqdır. “Qaçaq Nəbi”. [Hacı... |
DƏRD-ƏLƏM (ID - 9092)[fars. dərd və ər. ələm] bax dərd-qəm. Həmdəmimdi bu dərdələm: Öz içimdə öz zəlzələm; Ayıqca yatır, ay Allah! M.Araz.
|
DƏRD-ƏLƏMLİ (ID - 9093)b ax dərd-qəmli.
|
DƏRDƏSƏR (ID - 9094)is. [fars.] Başağrısı, dərd, qayğı.
|
DƏRDƏSƏRLİ (ID - 9095)sif Çoxlu dərdi, qayğısı olan; başıbəlalı, dərdli.
|
Bu səhifə dəfə baxılıb