İzahlı lüğət

DƏRD(İ)-SƏR

is. [fars.] klas. Başağrısı, əziyyət, narahatlıq; qayğı, qeyd. Ey xuda, kim çəkər axırda gülabın bu gülün; Dərdisər dəfinə aləmdə bu dərman gülüdür.S.Ə.Şirvani.
// Dərd-qəm, qayğı, fikir. ..Başıma dolanan, dərd-sərimi dağıdan, viran könlümü gülüstan edən Ruqiyyə idi, Ruqiyyə. A.Divanbəyoğlu.
□ Dərd(i)-sər çəkmək - narahatçılıq çəkmək, narahat olmaq. Biz almışıq arvad, olaq bəxtəvər; Almamışıq, gündə çəkək dərdi-sər. Ə.Nəzmi. [Çimnaz:] ..Baxanda deyirsən ki, dərd-sər çəkməyir, [Sona] arsızdır... Ə.Əbülhəsən. Dərd(i)sər vermək - başağrısı vermək, əziyyət vermək, narahat etmək. . .Axır bu dəlixana söhbəti nə bir söhbətdi ki, bunun üstə özünüzə də, bizə də bu qədər dərd-sər verirsiniz? C.Məmmədquluzadə. Bir nəfər havadar və qəmxarım yoxdur, yenə sizə ümidvar olub da, dərd-sər verməyə cəsarət edirəm. M.Ə.Sabir.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed