
DƏRDBİLƏNis. Başqasının dərdini, kədərini, ürək sirrini duyan, başa düşən, ona acıyan və kömək edən adam. Dərdini dərdbilənə söylə. (Ata. sözü). Sənə Vaqif kimi dərdbilən gərək; Layiq görməm hər nadanı mən sənə. M.P.Vaqif. Vilayətdə gözəl çoxdu, nə fayda; Dərdbilən, yetən dadə tapılmaz. Q.Zakir.
Paylaşın - Hamı bilsin
|