DƏFTƏR-ÇƏRƏKƏ (ID - 8746)top. Dəftər və kitabçalar, kağızlar.
|
DƏFTƏRÇİ (ID - 8747)bax dəftərdar.
|
DƏFTƏRÇİLİK (ID - 8748)b a x dəftərdarlıq.
|
DƏFTƏRDAR (ID - 8749)is. [əsli yun. və fars.] 1. rəs. Dəftərxana işçisi, idarəyə gələn və oradan çıxan kağızları dəftərə qeyd etməklə məşğul olan işçi. Dəftərdar kağızı Ağarzaya tərəf uzadıb içəri qayıtdı. Mir Cəlal.
köhn. Mühasib,... |
DƏFTƏRDARLIQ (ID - 8750)is. rəs. Dəftərdarın işi, vəzifəsi. İdarədə dəftərdarlıq etmək. Dəftərdarlığa aid işlər.
|
DƏFTƏRXANA (ID - 8751)is. [əsli yun. və fars.] Bir idarənin kargüzarlıqla məşğul olan şöbəsi. Mirzə Səfər .. qəza dəftərxanasında qulluq edərdi. Ə.Haqverdiyev. [İvan bəy:] İskəndər, gəl, bu kağızları apar, ver dəftərxanaya.. N.Vəzirov. [Qumru:]...
|
DƏFTƏRXANAÇI (ID - 8752)is. Dəftərxana işçisi. [Qədir] qollarını bir-birinə keçirib dəftərxanaçının üzünə mənalı-mənalı baxdı. Mir Cəlal.
|
DƏFTƏRXANAÇILIQ (ID - 8753)is. Dəftərxanaçmm işi, peşəsi, vəzifəsi.
|
DƏFTƏR-KİTAB (ID - 8754)[ər.] Bax dəftərçərəkə.
|
DƏFTƏRQAZI (ID - 8755)is. məh. Yağlı və yumurtalı xəmirdən tavada bişirilib şəkər və sumaqla yeyilən qoğal; bişi.
|
DƏĞDƏĞƏ (ID - 8756)is. [ər.] klas. 1. Bihudə təlaş və iztirab, qorxu, həyəcan; gurultu-patırtı. Fariq eylə məni bu dəğdəğeyi-dünyadən. S.Ə.Şirvani.
Dərd, başağrısı, qayğı, əndişə, fikir. Hərgah doğrusunu bilmək istəyirsən, ərz edim:... |
DƏĞDƏĞƏÇİ (ID - 8757)sif. və is. dan. Vəsvəsəli, səksəkəli (adam).
|
DƏĞDƏĞƏLİ (ID - 8758)sif. Səbəbsiz yerə təlaş edən və qorxan; vəsvəsəli, səksəkəli. Mən isə utancaq və dəğdəğəli bir uşaq olduğumdan, anamın yanında büzülüb durur(dum). A.Şaiq.
|
DƏHAN (ID - 8759)is. [fars.] klas. Ağız. Sədəf dəhanından yüz min dürr saçar. S.Vurğun.
|
DƏHBAŞI (ID - 8760)is. köhn. Gecə qarovulçuları üstündə gəzən və onlara nəzarət edən şəxs. Məhəllənin dəhbaşısı.
|
DƏHƏN (ID - 8761)[fars.] B ax dəhan. Qismət olsa, gələr Yəməndən; Qismət olmasa, çıxar dəhəndən. (Ata. sözü). Qönçə dəhəni çəməndə xəndan. Xətayi.
|
DƏHLƏMƏ (ID - 8762)“Dəhləmək”dən f.is.
|
DƏHLƏMƏK (ID - 8763)f Səsləmək və b. yolla heyvanı hərəkətə gəlməyə məcbur etmək. O, qabağa keçib öküzləri hayxırdı, atı dəhlədi. S.Rəhimov.
|
DƏHLİZ (ID - 8764)is. [fars.] 1. Ev qapısı ilə otaqların qapıları arasında olan üstüörtülü aralıq; koridor. Yığılıb dağ kimi hər yanda kitab; Evdə, dəhlizdə və eyvanda kitab. M.Ə.Sabir. Əyləşir qocalar ikibir, üçbir; Qocalar evinin dəhlizlərində....
|
DƏHLİZCİK (ID - 8765)is. Kiçik dəhliz.
|
DƏHNƏ1 (ID - 8766) |
DƏHNƏ2 (ID - 8767)is. [fars.] 1. Ana xətdən ayrılan arxın, şırımın və s.-nin başlanğıcı. Bu dəhnə sel dəhnəsidir, Lil hökmran, qaya əsir... M.Araz. Görürəm Tərtər H'ES-in köpürdüyünü; Polad dəhnədə. M.Müşflq.
2. Dəyirman arxmda... |
DƏHNƏLƏMƏ (ID - 8768)“Dəhnələmək”dən f.is.
|
DƏHNƏLƏMƏK (ID - 8769)f Dəhnəni atın ağzına keçirmək (bax dəhnə1#).
|
DƏHNƏLƏNMƏ (ID - 8770)“Dəhnələnmək”dən f.is.
|
DƏHNƏLƏNMƏK (ID - 8771)məch. Yüyənin dəhnəsi ağzına keçirilmək (atın).
|
DƏHNƏLİ (ID - 8772)sif. Dəhnəsi olan.
|
DƏHR (ID - 8773)is. [ər.] klas. 1. Dünya, aləm, təbiət. Dəhrdə oldu mənə dildarü-dilbər bir tüfəng. M.P.Vaqif. Dəhrdə etmə iftiraqə həvəs; İftiraq ilə kəslər olmuş pəs. S.Ə.Şirvani.
Zaman, dövr. Can ilə həm cəhan bənəm, dəhr ilə... |
DƏHRƏ (ID - 8774)is. Ağac budamaq, yaxud çox qalın olmayan ağacları kəsmək üçün bumuəyri kəsici alət. Yox, əfəndim, bu məsələlərdə dəhrə ilə müharibəyə çıxmaq olmaz. N.Nərimanov. ..Abbas dəhrəsini və sicimini götürüb ayağa qalxdı.....
|
DƏHRƏBURNU (ID - 8775)is. Toxumalarda və kəlağayıların üzərində dəhrə burnu şəklində naxış.
|
DƏHRƏBURUN (ID - 8776)sif. Burnunun ucu dəhrə kimi yuxarı qalxmış, burnu dəhrəyə oxşayan. Dəhrəburun adam.
|
DƏHRƏQUYRUQ (ID - 8777)is. zool. Quyruğu dəhrəyə oxşayan böcək.
|
DƏHRƏLƏMƏ (ID - 8778)“Dəhrələmək”dən f.is.
|
DƏHRƏLƏMƏK (ID - 8779)f Dəhrə ilə doğramaq, kəsmək. Ağacların budaqlarını dəhrələmək.
|
DƏHRƏLƏNMƏ (ID - 8780)“Dəhrələnmək”dən f.is.
|
DƏHRƏLƏNMƏK (ID - 8781)məch. Dəhrə ilə doğranmaq, kəsilmək.
|
DƏHRƏLƏTMƏ (ID - 8782)“Dəhrələtmək”dən f.is.
|
DƏHRƏLƏTMƏK (ID - 8783)“Dəhrələmək”dən icb. Qurumuş budaqları dəhrələtmək.
|
DƏHRƏLİ (ID - 8784)sif. Dəhrəsi olan, əlində dəhrə. Belli, dəhrəli, yabalı, külünglü, kürəkli adamlar bir-birinə qarışmışdılar. Ə.Vəliyev. Bir nəfər əli dəhrəli adam tənbəl-tənbəl işləyirdi. Ə.Əbülhəsən.
|
DƏHRƏŞƏKİLLİ (ID - 8785)sif. Görünüşcə dəhrəyə oxşayan, dəhrə kimi.
|
DƏHRİ, DƏHRİYUN (ID - 8786)is. [ər.] köhn. Axirətə inanmayan və hər şeyin bu dünyada olduğunu iddia edən adam. Nə hüluliyəm, nə dəhri, nə kənariyəm, nə bəhri; Nə riyaziyəm, nə cəbri, hələ ləngü ləngü ləngəm. Nəbati.
|
DƏHŞƏT (ID - 8787)is. [ər.] 1. Qorxunc bir şey və ya böyük bir təhlükə, hadisə və s. qarşısında doğan şiddətli qorxu hissi; vahimə. Muradın gözləri dəhşətdən böyüdü. S.Hüseyn. Eşikağası dəhşətdən gözlərini yumub qaçdı xanın yanına....
|
DƏHŞƏTAMİZ (ID - 8788)[ər. dəhşət və fars. ...amiz] bax dəhşətəngiz. ...Əxlaqsızlığın dəhşətamiz və çılpaq səhnələri açıldı. M.İbrahimov.
|
DƏHŞƏTƏNGİZ (ID - 8789)sif. [ər. dəhşət və fars. ...əngiz] Dəhşətli, dəhşət doğuran; qorxunc. Sübh açılanda şahi-zalim və birəhmin hökmünə görə gərək adamlar kəlləsindən minarə qurulaydı. Vaqifin başı haman dəhşətəngiz minarənin qülləsini...
|
DƏHŞƏTLƏNDİRMƏ (ID - 8790)“Dəhşətləndirmək”dən f.is.
|
DƏHŞƏTLƏNDİRMƏK (ID - 8791)f. Dəhşətə salmaq, son dərəcə qorxutmaq.
|
DƏHŞƏTLƏNMƏ (ID - 8792)“Dəhşətlənmək”dən f.is.
|
DƏHŞƏTLƏNMƏK (ID - 8793)f. Dəhşətə düşmək, son dərəcə qorxmaq.
|
DƏHŞƏTLİ (ID - 8794)sif. 1. Dəhşət doğuran, son dərəcə qorxunc; müdhiş. Əgər bu, həqiqətə çevrilsəydi, gör Müqim bəy Cavanşir üçün necə dəhşətlifaciə üz vermiş olardı. S.Rəhimov. Kambayev dəhşətli sonun yaxınlaşdığını görürdü....
|
DƏHŞƏTNAK (ID - 8795)[ər. dəhşət və fars. ...nak] bax dəhşətəngiz.
|
Bu səhifə dəfə baxılıb